Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2071/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-in cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 116.16 manat əsas borc, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD ********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 20 ay müddətinə xx.xx.2018-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 1020.91 manat məbləğində kredit verilmişdir. Cavabdeh bir müddət borcu ödəmiş, sonradan ödəmədiyi üçün müqavilənin şərtlərini pozmuş və kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi borclu Zamin ilə xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 116.16 manat əsas borc, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli, LD ********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 20 ay müddətinə xx.xx.2018-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 1020.91 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin kimi öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə 116.16 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə 116.16 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul tutularaq Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2071/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2071/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver