Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2074/2020 24.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı BOKT “xxxxxxxx”MMC-nin cavabdehlər Cavabdeh və Zamin «borc» tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq, Müəyyən etdim: İddiaçı BOKT “xxxxxxxx”MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «borc» tələbinə dair icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Kiçik iddialar üzrə sadələşdirilmiş icraatın materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu ilə kredit müqaviləsi xx xxxxxx 2016-cı ildə bağlanıldığı halda həmin müqavilə üzrə kreditin verilməsini təsdiq edən kassa məxaric orderi müqavilənin bağlanılmasından daha əvvəl, yəni xx xxx 2015-ci ildə verilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinin tələblərinə sasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 284-4.-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-cü maddəsinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı BOKT “xxxxxxxx”MMC-nin cavabdehlər Cavabdeh və Zamin «borc» tələbi ilə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə biməz.
Məhkəmə qərarları › İş №2(044)-2074/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2074/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver