Məhkəmə qərarları › İş №2(044)-209/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-209/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-209/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehlərin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 200000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2013-cü ilin fevral ayında razılığa gəlmişlər ki, o, Gəncə şəhərində yerləşən “Şah Sarayı” restoranındakı payını cavabdehə satsın və razılaşmaya görə o, restoranda olan 1/2 hissə payını cavabdehə ******* (bir milyon) ABŞ dollarına satmaq qərarına gəlmişdir. Cavabdeh ona bildirmişdir ki, onun hal-hazırda ******* (bir milyon) ABŞ dolları məbləğində pulu yoxdur və ona 505000 (beş yüz beş min) manat məbləğində pul ödəmiş, yerdə qalan pulu isə onun payını alıb adına rəsmiləşdirib banka girov qoyaraq pul götürməklə ödəyəcəyini bildirmiş, o, Cavabdeh1 ilə razılaşmışdır. O, “Şah Sarayı” restoranındakı payını 5 saylı notariat kontorunda 18.02.2013-cü il tarixdə 4Ə-1-86 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 yoldaşı Cavabdeh2 satmışdır. Alqı-satqı müqaviləsindən sonra cavabdehlər 3 saylı notariat kontorunda bağlanmış 01.03.2013-cü il tarixli 3M-01-54 saylı reyestrdə qeydə alınmış 06M000000927 nömrəli ipoteka müqaviləsinə əsasən həmin əmlak "xxxx" QSC-nin Gəncə filialında yüklü edilmiş və o, bunu bildikdən sonra pulunu tələb etmişdir. Lakin cavabdeh onun pulunu vermək əvəzinə ondan MTN-nə şikayət etmiş, o MTN-nə gedib orada izahat vermişdir. Cavabdeh Elfak Əliyev ona bildirmişdir ki, bir az səbrli olsun və ona vaxt versin ki, özünü düzəldib pulunu qaytaracaqdır. O, xeyli müddət gözləmiş, cavabdeh ona vəd verərək vaxt istəmiş, indi isə pulu ödəmək istəmir. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. O, cavabdehlər tərəfindən 200000 (iki yüz min) ABŞ dolları məbləğində pulunun saxlanmasına görə cavabdehlərdən əldən çıxmış faydanı tələb edə bilərdi, lakin o, hələlik bu tələblə çıxış etmir, ancaq cavabdehlər onun pulunu qaytarmamaqda davam etsələr, o, bu tələblə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalacaqdır. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi, vəkil X2 məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, iddiaçı İddiaçı və Cavabdeh1 tanıyır. İddiaçı Gəncə şəhərində yerləşən “Şah Sarayı” restoranındakı payını cavabdehə satması barədə razılaşmışlar. İddiaçı restoranda olan 1/2 hissə payını cavabdehlərə ******* (bir milyon) ABŞ dollarına satması barədə razılaşmışlar. X8 İddiaçı 505000 (beş yüz beş min) manat məbləğində pul ödəmişdir. Lakin Elfaqın sonradan qalan pulu ödəməyə maddi imkanı olmadığından, qalan borcunu Orxana ödəyə bilməmişdir. Hazırda Cavabdeh1 İddiaçı 200000 (iki yüz min) ABŞ dolları məbləğində borcu qalmışdır. 23.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikasi İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özgəninkiləşdirilməsi Departamentinin 06.05.2003-cü il tarixli 000613 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsi və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 29.10.2007-ci il tarixli 000775 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsində yerləşən qeyri-yaşayış binası (0.0912ha torpaq sahəsində yerləşən 1100.9 kv.m əsas sahə, 396.5 kv.m köməkçi sahəsindən ibarət Sevinc kafesi) X3 adına qeydiyyata alınmışdır və ona 18.01.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 18.07.2011-ci il tarixli 172 saylı sərəncamına əsasən X6 məxsus “Şah Sarayı” restoranındakı 400.0 kv.m zirzəmi, restoranın ətrafında istifadə olunan 0.635 ha torpaq sahəsi, həmintorpaq sahəsində inşa edilmiş 62.9 kv.m, 149.7 kv.m yemək otaqları, 62.9 kv.m ofis, 158.4 kv.m, 9.6 kv.m, 20.0 kv.m, 14.8 kv.m, 17.7 kv.m, 17.7 kv.m, 8.4 kv.m, 8.4 kv.m, 8.7 kv.m və 32.3 kv.m talvarların rəsmiləşdirilərək X3 adına qeydiyyata alınması barədə qərar verilmişdir. X6 ünvanı Vəli Xuluflu küçəsi, 131 olan əmlak kompleksində (0.0912 ha torpaq sahəsində yerləşən tikili “A”-da 1135.0 kv.m ümumi sahəli istirahət binası, 763.1 kv.m sahəli zirzəmidə yerləşən təhsil binası, tikili “B”-də 42.5 kv.m, tikili “C”-də 51.3 kv.m, tikili “Ç”-də 131.0 kv.m ümumi sahəliistirahət binaları) 15.03.2012-ci il tarixli ********** qeydiyyat nömrəşi çıxarış verilmişdir. 2 saylı notariat kontorunun 31.03.2012-ci il tarixli 4Ə-01-128 saylı alqı-satqı müqaviləsinə əsasən X7 bu əmlakın 1/2 hissəsini İddiaçı satmışdır. Bu əmlak Kompleksinə İddiaçı 1/2 hissə adına 08.05.2012-ci il tarixli ********** və X3 1/2 adına 08.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 5 saylı nitariat kontorunun 18.02.2013-cü il tarixli 4Ə-1-86 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkdə olan payını Cavabdeh2 satmışdır. Bu əmlak kompleksində Cavabdeh2 Sadəx qızının 1/2 hissə adına 26.02.2013-cü il tarixli ********** və X3 1/2 hissə adına 08.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. "xxxx" QSC-nin Gəncə filialının 01.03.2013-cü il tarixli 138 saylı məktubunda 3 saylı notariat kontorunda bağlanmış 01.03.2013-cü il tarixli 3M-01-54 saylı reyestrdə qeydə alınmış 06M000000927 nömrəli ipoteka müqaviləsinə əsasən bu əmlakın "xxxx" QSC-nin Gəncə filialının xeyrinə yüklü edildiyi bildirilmişdir. Cavabdeh2 və X6 02.03.2013-cü il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14.01.2015-ci il tarixli 2(043)-179/2015-ci saylı qətnaməsinə əsasən Vəli Xuluflu küçəsi, 131 saylı ünvanda yerləşən “Şah Sarayı” əmlak kompleksində yenidən inşa edilmiş 73.4 kv.m qeyri-yaşayış sahəsinə və 60.6 kv.m zirzəmiyə Cavabdeh2 və X3 mülkiyyət hüquqları tanınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.05.2015-ci il tarixli 2(104)-839/2015 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-179/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2015-ci il tarixli 2(102)- 4784/2015 saylı qərarına əsasən Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-839/2015 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən 18.02.2013-cü il tarixdə tərtib olunmuş 4Ə-1-86 reyestr nömrəli notariat işindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda 0.0912 ha torpaq sahəsində yerləşən Əmlak kompleksinin 1/2 hissəsini Cavabdeh2 505000 (beş yüz beş min) manata satılması barədə aralarında AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. 08.05.2012-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0.0912 ha torpaq sahəsində yerləşən Əmlak kompleksinin 1/2 hissəsi Cavabdeh2 və 1/2 hissəsi isə İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ünvan 1 ünvanda 0.0912 ha torpaq sahəsində yerləşən Əmlak kompleksindən 1/2 hissədən ibarət payını Cavabdeh1 ilə aralarında ******* (bir milyon) ABŞ dollarına satması barədə razılığa gəlmişlər. Cavabdeh Elfak Əliyev ******* (bir milyon) ABŞ dolları məbləğindən 505000 (beş yüz beş min) manatını ilkin olaraq ödəmiş, qalan hissəsini isə əmlaka dair alqı-satqının rəsmiləşdirilməsindən sonra, həmin əmlakı banka girov qoyaraq pul götürməklə ödəyəcəyi bildirmişdir. Bundan sonra 18.02.2013-cü il tarixdə Gəncə şəhər 5 saylı notariat kontorunda İddiaçı tərəfindən ünvan 1 ünvanda 0.0912 ha torpaq sahəsində yerləşən Əmlak kompleksinin 1/2 hissəsini Cavabdeh2 505000 (beş yüz beş min) manata satılması barədə aralarında AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 əmlak kompleksinə dair aralarında razılaşdırılmış ******* (bir milyon) ABŞ dolları məbləğinin qalan hissəsini razılaşdıqları kimi iddiaçıya ödəməmişdir. Hazırda Cavabdeh1 İddiaçı 200000 (iki yüz min) ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətini təşkil edən 200000 (iki yüz min) ABŞ dolları məbləğində pulu cavabdehlər şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200000 (iki yüz min) ABŞ dolları (ödəniş vaxtına manatın məzənnəsi üzrə) məbləğində pul alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200000 (iki yüz min) ABŞ dolları (ödəniş vaxtına manatın məzənnəsi üzrə) məbləğində pul alınaraq, İddiaçı verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar