Məhkəmə qərarları › İş №2(044)-2108/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2108/2020

26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2108/2020 26.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması”tələbinə dair mülki işə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı “alimentin artırılması”tələbinə dair məhkəmədə iddia qaldıraraq, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2150/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 170 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2150/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh yetkinlk yaşına çatan kimi saxlanılması üçün hər ay 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Cavabdeh aqlay ustasıdır. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir. O, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2150/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh yetkinlk yaşına çatan kimi saxlanılması üçün hər ay 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir; Çelyabinsk vilayətinin Uysk rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 864544 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə Çelyabinsk vilayətinin Uysk rayonunda anadan olmuşdur. Valideynləri Cavabdeh ilə X4r; əmlak və gəlir məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh ixtisassız fəhlə işləməklə 270 manat məbləğində əmək haqqı alır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X12 iddianın rəddedilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlmatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatlarını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o Cavabdeh anasıdır. Rəhmanın ikinci nikahdan bir uşağı vardır. Rəhmanın ikinci nikahdan olan uşağına 80 manat məbləğində aliment ödənilməsinə dair icra sənədi olsa da, onlar barışmışlar və hazırda biryerdə yaşayırlar. Artıq o ikinci nikahdan olan uşağı X8 maddi yardım göstərir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2150/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh yetkinlk yaşına çatan kimi saxlanılması üçün hər ay 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Cavabdeh X7 ilə faktiki nikah münasibətlərindən xx xxxxxx 2015-ci ildə X13 doğulmuşdur. Məhkəmə bir uşaq üçün 90 manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan və iddiaçının himayəsində qalmış uşaqların böyüdükcə artan təlabatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə alimentin 170 manat məbləğində təyin edilməsinin qeyrimümkünlüyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. İdiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilinməməsi onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. İddiaçı ərizəsində cavabdehin gəlirləri barədə dəlillər irəli sürsə də o bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.Məhkəmə cavabdehin himayəsində bir uşağın olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin 170 manat məbləğində təmin edilməsi cavabdehin himayəsində olan uşağın da əsaslı mənafeyinə təsirsiz ötüşməyəcəkdir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh əmək qabiliyyətlidir. Belə ki, o ixtisassız fəhlə kimi təmirçi işləməklə 270 manat məbləğində əmək haqqı alır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2150/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməli, xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat miqdarında aliment tutularaq iddiaçı X3 verilməlidir. Cavabdeh “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il qərarının 5ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilsin və hər ay Cavabdeh cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət Büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar