Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2121/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ona verdiyi elektrik əşyaların qalıq dəyəri kimi 1323 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçi məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə şəhəri Nizami rayonu İsrafil Məmmədov 127 ünvanda yaşayan Cavabdeh1 zamin duraraq arvadı Cavabdeh2 adına ona məxsus H.Əliyev 20 ünvanda yerəşən "Elektron" elektrik məişət malları mağazasindan 23.01.2020-ci il tarixində dəyərini hissə-hissə ödəmək şərti ilə, ümumi dəyəri 888 manat olan məişət malları LG 43D markalı televizor almış, ikin olaraq 170 manat ödəmiş, sonra etibardan sul istifadə edərək 06.02.2021 ci il tarixində qızı Cavabdeh3 adına ümumi dəyəri 906 manat olan SAMSUNG UFE 43 N7090 AUXRU markalı televizor almış, ikin olaraq 181 manat ödəmişdir. Sonra arvadı Cavabdeh2 adına aldığı televizorun borcundan 23.02.2020-ci il tarixində 60 manat, 21.08.2020-ci iltarıxində 60 manat ödəmiş bununla ödənişləri dayandırmış, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aldığı malların pulunu ödəməmişdir. Cavabdeh1 zamin duraraq arvadı Cavabdeh2 adına aldığı mala görə olan borcu: 888 man-170 man-60 man-60 man=598 manat, qızı Cavabdeh3 adına aldığı mala görə olan borcu: 906man-181 manat=725manat olmaqla, ümumi borcu:598 manat+725 manat=1323 manat təşkil edir. Dəfələrlə müraciət etməklərinə və malin alinmasindan bir ildən çox keçməsinə baxmayaraq Cavabdeh1 müxtəlif bəhanələrlə borclu olduğu 1323 manat məbləği ödəmir. Nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 23.01.2020-ci il tarixli və 06.02.2020-ci il tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh1 dəyəri 888 manat olan məişət malları LG 43D markalı televizor və dəyəri 906 manat olan SAMSUNG UFE 43 N7090 AUXRU markalı televizor almışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı münasibətlərindən irəli gələn mülki hüquqi öhdəliklər yaranmış, cavabdehlər müqavilə üzrə öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, yəni müqavilədən irəli gələn pul məbləğinin satıcıya ödənilməsini təmin etməmişdir. Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-AR MM-in) 29-cu fəslinin normaları ilə tənzimlənir. Alqı-satqı müqaviləsinin anlayışı AR MM-in 567-ci maddəsində aşağıdakı kimi verilmişdir; "Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür" Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Qeyd edilən Məcəllənin 568.2-ci maddəsinə görə isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 569-cu maddəsinə görə isə, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidirlər. Məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1323 manat pul, eyni zamanda 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 1323 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2121/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2121/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver