Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2210/2020 24.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, vəkil X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2001-ci il tarixdə anadan olmuş Səbinənin və xx.xx.2003-cü il tarixdə anadan olmuş Muradın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 60 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ilə xx.xx.2001-ci il tarixdə anadan olmuş Səbinənin və xx.xx.2003-cü il tarixdə anadan olmuş Muradın yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki,o, cavabdeh Musa Əkbərov ilə xx.xx.2001-ci il tarixdə ailə qurmuş və onların birgə yaşadıqları müddətdə xx.xx.2001-ci il tarixdə X6 və xx.xx.2003-cü il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2001-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Artıq uşaqlar böyümüş, tələbatları artmış, 60 manat bir uşağın tələbatını ödəmir və maddi cəhətdən əziyyət çəkir. Cavabdeh könüllü olaraq alimentin miqdarını artırmaq istəmədiyindən, o, məcburiyyət qarşısında qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, məhkəmə qətnaməsinə əsasən hər ay uşaqların saxlanması üçün hər uşağa 60 manat məbləğində aliment ödəmiş, hazırda böyük övladı Səbinənin 18 yaşı tamam olmuşdur. O, hazırda başqa ailə qurmuş, uşaqları var, əlildir, psixoloji disponserdə qeydiyyatdadır və hazırda heç yerdə işləmir. Onun iddia tələbində göstərilən məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Cavabdehin nümayəndəsi, vəkil X9 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)- 1960/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2001-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş seriya AZE 17095427 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ələkbərova Səbinə xx.xx.2001-ci il tarixdə X2 şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 65/93 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdən hal-hazıradək X14 Disponserində kəskin debillik dərəcəsində olan ağıl zəifliyi diaqnozu ilə qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 091450 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh uşaqlıqdan İİ dərəcəli əlildir. xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Ələkbərova (Həsənova) Nailə Adil qızının nikahları xx xxxxxx 2015-ci il tarixdə 68 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Ələkbərova (Həsənova) Nailə Adil qızının birgə nikahlarından xx xxxxxxx 2015-ci il tarixdə X7 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2001-ci il tarixdə anadan olmuş X1 18 yaşı tamam olmuş və yetkinlik yaşına çatmışdır. Odur ki, iddia tələbi xx.xx.2001-ci il tarixdə anadan olmuş X3 münasibətdə təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-1960/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1440 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(044)-1960/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-2210/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2210/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2210/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver