Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-226/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlu ondan 30.03.2021-ci il tarixdə nağd şəkildə 10000 (on min) manat, 30.03.2021-ci il tarixdə aldığı 10000 (on min) manat puldan hissəhissə 627 manat qaytarmış, qalan 9373 manat pulu isə ona qaytarmamışdır. Cavabdeh oğlundan 9373 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan Cavabdeh oğlu ondan 30.03.2021-ci il tarixdə nağd şəkildə 10000 (on min) manat məbləğində borc pul almış, həmin borcu istənilən tarixədək qaytaracağını öhdəsinə götürmüş, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı 10000 (on min) manat məbləğində puldan 627 manat qaytarmış, 9373 manat pulu qaytarmamışdır. Dəfələrlə Cavabdeh oğlunun ondan aldığı pulun qalan 9373 manat hissəsini qaytarmasını tələb etmiş, lakain cavabdeh hər dəfə 9373 manat pulu verəcəyini bildirsə də qaytarmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış teleqramda, özü şəkər xəstəsi olduğundan səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, Cavabdeh oğlu ona olan 10000 (on min) manat puldan 5600 (beş min altı yüz) manatını hissə-hissə ödədiyindən, Cavabdeh oğlundan 4400 (dörd min dörd yüz) manatın alınaraq, ona verilməsi və iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqramda, o, İddiaçı ilə aralarında borc müqaviləsi bağlayaraq, İddiaçı 10000 (on min) manat borc pul almış və borcundan hissə-hissə olaraq 5600 manat ödəmişdir, borcun qalan hissəsini, yəni 4400 (dörd min dörd yüz) manat borcunu isə İddiaçı hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 30.03.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən 10000 (on min) manat borc olaraq pulu Cavabdeh istənilən vaxt verməsi şərti ilə vermiş və aralarında borc müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, 30.03.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış və İddiaçı tərəfindən Cavabdeh 10000 (on min) manat məbləğində borc pul vermişdir. Hazırkı iş məhkəmənin icraatında olduğu vaxt Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan 10000 (on min) manat məbləğində borc puldan 5600 (beş min altı yüz) manat məbləğini İddiaçı qaytarmışdır. Bu hal tərəflərin məhkəməyə ünvanlanmış teleqramda öz əksini tapmışdır. Göründüyü kimi hazırda cavabdeh Rəşad Əkbərovun İddiaçı 4400 (dörd min dörd yüz) manat məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətini təşkil edən 4400 (dörd min dörd yüz) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 4400 (dörd min dörd yüz) manat alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4400 (dörd min dörd yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-226/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-226/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver