Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2264/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan Hoffmann markalı soyuducuüçün 664 manat ödənilməmiş hissə, 66 manat cərimə pulu, cəmi 730 manat borc, İMEİ kodu İMEİ kodu **********02515 Hoffmann X Max markalı telefon üçün 186 manat ödənilməmiş hissə, 19 manat cərimə, cəmi 205 manat borc, ümumilikdə 935 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 965 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Hoffmann markalı soyuducu,İMEİ kodu İMEİ kodu **********02515 Hoffmann X Max markalı telefon almış, nəticədə cəmi 935 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2018-ciil tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1296manat (24 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı soyuducuüçün ümumilikdə 730 manat olmaqla, ondan 664 manat ödənilməmiş hissə, 66 manat cərimə pulu borc yaranmışdır. Həmçinin cavabdeh xx.xx.2018-ciil tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 522 manat ( 18 ay x 29 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu İMEİ kodu **********02515 Hoffmann X Max markalı telefon üçün 205 manat olmaqla ondan, 186 manat ödənilməmiş hissə, 19 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh tərəfindən cəmi 968 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Hoffmann markalı soyuducunu 1296 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 24 ay ərzində hər ay 54 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən , İMEİ kodu İMEİ kodu **********02515 Hoffmann X Max markalı telefon 522 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 18 ay ərzində hər ay 29 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx xxxx 2020-ci il tarixli maliyyə arayışdan görünür ki,Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 632 manat, ödənilməmiş məbləği 664 manat, cərimə məbləği 66 manat, ümumilikdə ödənilməmiş məbləği 730 manat,xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 336 manat, ödənilməmiş məbləği 186 manat, cərimə məbləği 19 manat, ümumilikdə ödənilməmiş məbləği 205 manat olmaqla cəmi ödənilməmiş məbləği 935 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ciil tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ciil tarixli müqavilə üzrə 664 manat ödənilməmiş hissə, 66 manat cərimə, cəmi 730 manat, xx.xx.2018-ciil tarixli müqavilə üzrə 186 manat ödənilməmiş hissə, 19 manat cərimə, cəmi 205 manat olmaqla ümumilikdə cəmi 935 (doqquz yüz otuz beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2264/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2264/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver