Məhkəmə qərarları › İş №2(044)-2265/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2265/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2265/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan İMEİ kodu **********47764 Xiaomi Redmi 6A markalı telefon üçün 147 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 162 manat, İMEİ kodu **********80872 Huawei P Smart markalı telefon üçün 510 manat ödənilməmiş hissə, 51 manat cərimə, cəmi 561 manat ümumilikdə 723 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 753 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********47764 Xiaomi Redmi 6A markalı telefon, İMEİ kodu **********8872 Huawei P Smart markalı telefonalmış, nəticədə cəmi 723 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 315manat (15 ay x 21 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********47764 Xiaomi Redmi 6A markalı telefonüçün ümumilikdə 162manat olmaqla, ondan 147 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu borc yaranmışdır. Həmçinin cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 662 manat ( 18 ay x 34 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu **********80872 Huawei P Smart markalı telefon üçün 561 manat olmaqla ondan, 510 manat ödənilməmiş hissə,51 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh tərəfindən cəmi 320 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********47764 Xiaomi Redmi 6A markalı telefon, İMEİ kodu **********8872 Huawei P Smart markalı telefonu 315manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 15 ay ərzində hər ay 21 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2019-cuil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən , İMEİ kodu **********80872 Huawei P Smart markalı telefonu 662 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cuil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ay 49 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx xxxx 2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 168 manat, ödənilməmiş məbləği 147 manat, cərimə məbləği 15 manat, ümumilikdə ödənilməmiş məbləği 162 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 152 manat, ödənilməmiş məbləği 510 manat, cərimə məbləği 51 manat, ümumilikdə ödənilməmiş məbləği 561 manat olmaqla cəmi ödənilməmiş məbləği 723 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cuil tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 147 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 162 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 510 manat ödənilməmiş hissə cəmi 51 manat olmaqla cəmi 561 ümumilikdə 723 (yeddi yüz iyirmi üç) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar