Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2266/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB X3 Cavabdeh «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 766.50 ABŞ dolları, faiz borcu üzrə 134.32 ABŞ dolları, cərimə 38.28 ABŞ dolları, cəmi 939.10 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-6771/2016 saylı məhkəmə əmrinə əsasən borclu-xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Ə.Babayev küçəsi, 1-ci dalan, ev 18-də yaşayan Cavabdeh 766.50 ABŞ dolları, faiz borcu üzrə 134.32 ABŞ dolları, cərimə 38.28 ABŞ dolları, cəmi 939.10 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 20 manat dövlət rüsumunun «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıarılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 6771/2016 saylı qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-6771/2016 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilməklə məhkəmə baxışına təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə özərlərinə vaxtında və lazımınca icra etməmişlər. Nəticədə cavabdehin banka 939.10 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 4134nkSGNDJ/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxx» KB ASC-ti tərəfindən Cavabdeh 18 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixdə «xxxxxxx» KB ASC-ti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə banka əsas borc üzrə 623.36 ABŞ dolları, faiz borcu 109.24 ABŞ dolları, cərimə 31.13 ABŞ dolları, cəmi 763.73 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il tarixə banka əsas borc üzrə 623.36 ABŞ dolları, faiz borcu 109.24 ABŞ dolları, cərimə 31.13 ABŞ dolları, cəmi 763.73 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, Cavabdeh əsas borc üzrə 623.36 ABŞ dolları, faiz borcu üzrə 109.24 ABŞ dolları, cərimə 5 ABŞ dolları, cəmi 737.6 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 623.36 ABŞ dolları, faiz borcu üzrə 109.24 ABŞ dolları, cərimə 5 ABŞ dolları, cəmi 737.6 (yeddi yüz otuz yeddi dollar altmış sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun ödənilməmiş 10 manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2266/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2266/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver