Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2268/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 05.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70335 HOFFMANN X Prime markalı telefon üçün 94 (doxsan dörd) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, 05.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********65459 HOFFMANN X Prime markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********98393 HOFFMANN X Prime markalı telefon üçün 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı paltaryuyan üçün 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 22.05.2020-ci il tarixli müqaviləyə əsasən Dnepr- Yataq- Çarpayı, Dnepr-Yataq-Dolab-Ceviz, Dnepr-Yataq-Termo-Ceviz, Dnepr-Yataq- Tumba-Ceviz, Alyans-1 qapılı vitrin Verona markalı mebel əşyaları üçün 1225.8 (min iki yüz iyirmi beş manat, səksən) manat ödənilməmiş hissə, 122.2 (yüz iyirmi iki manat, iyirmi qəpik) manat cərimə, ümumilikdə 1742 (min yeddi yüz qırx iki) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 05.09.2019-cu il, 05.09.2019-cu il, 14.11.2019-cu il, 06.12.2019-cu il tarixli və 22.05.2020ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70335 HOFFMANN X Prime markalı telefon, İMEİ kodu **********65459 HOFFMANN X Prime markalı telefon, İMEİ kodu **********98393 HOFFMANN X Prime markalı telefon, HOFFMANN markalı paltaryuyan və Dnepr-Yataq- Çarpayı, Dnepr-Yataq-Dolab-Ceviz, Dnepr-Yataq-Termo-Ceviz, Dnepr-Yataq- Tumba-Ceviz, Alyans-1 qapılı vitrin Verona markalı mebel əşyaları almış və nəticədə 1742 (min yeddi yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 234 (iki yüz otuz dörd) manat İMEİ kodu **********70335 HOFFMANN X Prime markalı telefon üçün ümumilikdə 103 manat olmaqla ondan, 94 (doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə, 05.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 234 (iki yüz otuz dörd) manat İMEİ kodu **********65459 HOFFMANN X Prime markalı telefon üçün ümumilikdə 127 manat olmaqla ondan 116 (yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq11 (on bir) manat cərimə, 14.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 252 (iki yüz əlli iki) manat İMEİ kodu **********98393 HOFFMANN X Prime markalı telefon üçün ümumilikdə 94 manat olmaqla ondan 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 528 (beş yüz iyirmi səkkiz) manat HOFFMANN markalı paltaryuyan üçün ümumilikdə 70 manat olmaqla ondan 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 22.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1858.8 (min səkkiz yüz əlli səkkiz manat, səksən qəpik) manat Dnepr-Yataq- Çarpayı, Dnepr-Yataq-Dolab-Ceviz, Dnepr-Yataq-Termo-Ceviz, Dnepr-Yataq-Tumba-Ceviz, Alyans-1 qapılı vitrin Verona markalı mebel əşyaları üçün ümumilikdə 1348 manat olmaqla ondan 1225.8 (min iki yüz iyirmi beş manat, səksən) manat ödənilməmiş hissə, 122.2 (yüz iyirmi iki manat, iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1521 manat təşkil edir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 05.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən 18 ay müddətinə 234 (iki yüz otuz dörd) manat məbləğində İMEİ kodu **********70335 HOFFMANN X Prime markalı telefon satılmışdır; Maliyyə və ödəniş cədvəlindən görünür ki, 05.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********70335 HOFFMANN X Prime markalı telefon üçün, 94 (doxsan dörd) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə borcu yaranmışdır. 05.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən 18 ay müddətinə 234 (iki yüz otuz dörd) manat məbləğində İMEİ kodu **********65459 HOFFMANN X Prime markalı telefon satılmışdır; Maliyyə və ödəniş cədvəlindən görünür ki, 05.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********65459 HOFFMANN X Prime markalı telefon üçün, 116 (yüz on altı) manat ödənilməmiş hissə , 11 (on bir) manat cərimə borcu yaranmışdır. 14.11.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən 18 ay müddətinə 252 (iki yüz əlli iki) manat məbləğində İMEİ kodu **********98393 HOFFMANN X Prime markalı telefon satılmışdır; Maliyyə və ödəniş cədvəlindən görünür ki, 14.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********98393 HOFFMANN X Prime markalı telefon üçün 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə borcu yaranmışdır. 06.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən 12 ay müddətinə 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində HOFFMANN markalı paltaryuyan satılmışdır; Maliyyə və ödəniş cədvəlindən görünür ki, 06.12.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN markalı paltaryuyan üçün 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu yaranmışdır. 22.05.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən 24 ay müddətinə 1858.8 (min səkkiz yüz əlli səkkiz manat, səksən qəpik) manat məbləğində Dnepr-Yataq- Çarpayı, Dnepr-Yataq-Dolab-Ceviz, Dnepr-Yataq-Termo-Ceviz, Dnepr- Yataq-Tumba-Ceviz, Alyans-1 qapılı vitrin Verona markalı mebel əşyaları satılmışdır; Maliyyə və ödəniş cədvəlindən görünür ki, 22.05.2020-ci il tarixli müqavilə üzrə Dnepr- Yataq- Çarpayı, Dnepr-Yataq-Dolab-Ceviz, Dnepr-Yataq-Termo-Ceviz, Dnepr-Yataq- Tumba-Ceviz, Alyans-1 qapılı vitrin Verona markalı mebel əşyaları üçün 1225.8 (min iki yüz iyirmi beş manat, səksən) manat ödənilməmiş hissə, 122.2 (yüz iyirmi iki manat, iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Qeyd edilən Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 05.09.2019-cu il, 05.09.2019-cu il, 14.11.2019-cu il, 06.12.2019-cu il tarixli və 22.05.2020-ci il müqavilələrin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən müqavilə öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarından göründüyü kimi "xxxx" MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilə ilə müəyyənləşdirilmiş avadanlığı cavabdehə vermiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi sonacan yerinə yetirməmişdir bu səbəbdən də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alıanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Qeyd edilən qətnamənin 284-6.3-cü maddəsinə əsasən kiiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.09.2019-cu il tarixli, 05.09.2019-cu il tarixli, 14.11.2019-cu il tarixli, 06.12.2019-cu il tarixli və 22.05.2020-ci il tarixli müqavilələrə əsasən borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh İMEİ kodu **********70335 HOFFMANN X Prime markalı telefon üçün 94 (doxsan dörd) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, İMEİ kodu **********65459 HOFFMANN X Prime markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, İMEİ kodu **********98393 HOFFMANN X Prime markalı telefon üçün 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, HOFFMANN markalı paltaryuyan üçün 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, Dnepr-Yataq-Çarpayı, Dnepr-Yataq-Dolab-Ceviz, Dnepr-Yataq- Termo-Ceviz, Dnepr-Yataq-Tumba-Ceviz, Alyans-1 qapılı vitrin Verona markalı mebel əşyaları üçün 1225.8 (min iki yüz iyirmi beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 122.2 (yüz iyirmi iki manat, iyirmi qəpik) manat cərimə, ümumilikdə 1742 (min yeddi yüz qırx iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********70335 HOFFMANN X Prime markalı telefon üçün 94 (doxsan dörd) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, İMEİ kodu **********65459 HOFFMANN X Prime markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, İMEİ kodu **********98393 HOFFMANN X Prime markalı telefon üçün 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, HOFFMANN markalı paltaryuyan üçün 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, Dnepr-Yataq-Çarpayı, Dnepr-Yataq-Dolab-Ceviz, Dnepr-Yataq- Termo-Ceviz, Dnepr-Yataq-Tumba-Ceviz, Alyans-1 qapılı vitrin Verona markalı mebel əşyaları üçün 1225.8 (min iki yüz iyirmi beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 122.2 (yüz iyirmi iki manat, iyirmi qəpik) manat cərimə, ümumilikdə 1742 (min yeddi yüz qırx iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2268/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2268/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver