Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-23/2020 31.05.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı X1 (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli 109.LN.2106.290513.00001 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh onun xeyrinə 18463.89 manat əsas, 9565.70 manat faiz, 5699.55 manat cərimə olmaqla, cəmi 33729.14 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi ilə Pərviz Səmədov küçəsinin kəsişməsində icarəsində olan 0.005 ha torpaq sahəsində yerləşən 1 girişli, 39.9 kv.m ümumi, 39.9 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın açıq hərracda satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi ilə Pərviz Səmədov küçəsinin kəsişməsində icarəsində olan 0.005 ha torpaq sahəsində yerləşən 1 girişli, 39.9 kv.m ümumi, 39.9 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxx 2013-cü il tarixli, 109.LN.2106.290513.00001 saylı kredit müqaviləsi üzrə 17008,85 manat əsas, 9565,70 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 26594 (iyirmi altı min beş yüz doxsan dörd) manat, 55 (əlli beş) qəpik məbləğində borcun tutulması, tələbin Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi ilə Pərviz Səmədov küçəsinin kəsişməsində icarədə olan 0.005 ha torpaq sahəsində yerləşən 1 girişli, 39.9 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və hərrac satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi ilə Pərviz Səmədov küçəsinin kəsişməsində 0.005 ha torpaq sahəsində yerləşən 1 girişli, 39.9 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının ilkin satış qiymətinin 72000 (yetmiş iki min) manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 manat dövlət rüsumunun 23 (iyirmi üç) manat məbləğində hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Çünki Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-23/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsində iş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci haqqında məsələ həll edilməmişdir. Belə ki, iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-40/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən təyin olunmuş qiymətləndirmənin aparılması “xxxxxxxxxxxxx” MMC-yə tapşırılmış, xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxxx” MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinə dair rəy və qiymətləndirmə haqqı barədə hesab-faktura verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 229.1. və 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə çıxara bilər. - 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, ipoteka müqaviləsində ipoteka predmetinin iddiaçı tərəfindən müəyyən olunmuş qiymətinin qiymətləndirmə rəyindəki ipoteka predmetinin ilkin satış qiymətinə yaxın olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq “xxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 229, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Məhkəmə – qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN:**********; “xxxxxxxxx” ASC Əməliyyat filialı; VÖEN:**********; M/h:AZ89NABZ********************; Kodu:503314; S.W.İ.F.T. BİC:AMRAAZ22; H/h:AZ40AMRA********************) keçirilsin. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-23/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(044)-23/2020
31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver