Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2306/2020 09.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2009-cu ildə anadan olmuş X1 üçün hər ay 300 (üç yüz) manat alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıiddia ərizəsinin onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X5 ananın himayəsində qalmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)4383/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 125(bir yüz iyirmi beş)manat alimentin İddiaçı xeyirinə tutulması qət olunmuşdur. Cavabdeh uşağın saxlanılması üçün verdiyi aliment uşağın hazırki tələbatlarını ödəmir. Halbuki, cavabdehin maddi imkanı çox yaxşıdır və aylıq gəliri yüksək məbləğdədir. Göstərilənləri əsas gətirib, məhkəmədən xx.xx.2009-cu ildə anadan olmuş X1 üçün hər ay 300 (üç yüz) manat alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək, iddianı qəbul etmədiklərini, oğlu Elmirin aylıq əmək haqqının 255(iki yüz əlli beş) manat təşkil etdiyini, bu səbəbdən hazırda ödədiyi 125 manat alimenti ödəməkdə də çətinlik çəkdiyini bildirdi və oğlu Elmirin hər ay 300 manat aliment ödəməyə imkanı olmadığından iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)3953/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq, Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, 100 (yüz) manat miqdarda alimentin tutularaq iddiaçı Həsənova(Muradova) Aygün Zahid qızına verilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)4383/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-395/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, İddiaçı ödəməkdən azad edildiyi 30(otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilməsi, artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 2(044)4383/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxx 2010-cu il tarixdə Gəncə nikah evi tərəfindən verilmiş AZ-İİ 456159 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X5 anadan olmuşdur. Bu barədə xx xxx 2010-cu il tarixdə 185 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır. Ata qrafasında “Cavabdeh”, ana qrafasında isə “İddiaçı” kimi qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Türkan Telekom MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Türkan Telekom MMC-də satıcı vəzifəsində işləyir və onun əmək haqqı 255(iki yüz əlli beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş X-ЖГ 373818nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki,X3 ilə X4 birgə nikahlarından xx.xx.1984-cü il tarixdə Cavabdeh anadan olmuşdur. Bu barədə xx xxxxxx 1984-cü il tarixdə 2285 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır. Ata qrafasında “X6”, ana qrafasında isə “X3” kimi qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra- Ailə Məcəlləsinin) 75.1ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyn işləmədikdə və ya valideynin maddi imkanı olmadıqda onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. Əksinə, valideynin qazancı və ya sair gəliri olmadığı halda ondan alimentin sabit pul məbləğində tutulması barədə qanunvericilikdə göstəriş qeyd olunub. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.2.2-ci maddəsinə əsasən-iki uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə əsasən üç və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X9” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmçinin xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “X9”BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili Qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Ona görə də, məhkəmə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək fiziki, əqli və mənəvi cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün, müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 160 (yüz altmış) manat miqdarda müəyyən etməyi məqsədə müvafiq hesab edir. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və 2020-ci il üçün yaşayış minumumu uşaqlar üçün 170.0 manat olmasını əsas tutaraq iddia tələbinin qismən təmin olunmasını və alimentin artılaraq sabit pul məbləğində tutulmasını məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)4383/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160(yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1.920 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)4383/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 ( yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2306/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2306/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver