Məhkəmə qərarları › İş №2(044)-232/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-232/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-232/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: iddiaçı Ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə xx xxxx 2013-cü il tarixli 74 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 9998835.75 (doqquz milyon doqquz yüz doxsan səkkiz min səkkiz yüz otuz beş) manat (yetmiş beş) qəpik, hesablanmış faiz 864230.43 ( səkkiz yüz altmış dörd min iki yüz otuz) manat 43 (qəpik), ümumi borc 10863066.18 (on milyon səkkiz yüz altmış üç min altmış altı) manat 18 (qəpik) məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, iddiaçının xeyrinə ödəniməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə X2 banka ləğvedici qismində təyin edilmişdir. xx xxxx 2013-cü il tarixdə İddiaçı ASC və Cavabdeh arasında 74 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, xx xxxx 2013-cü tarixli kredit müqaviləsi üzrə 10000000 (on milyon) manat məbləğində illik 6 % olmaqla, 60 aylıq güzəştlə, 120 ay müddətinə kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. xx xxxx 2019-cu il tarixinə Cavabdeh, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə olan borcu əsas məbləğ üzrə ******* manat 75 qəpik, hesablanmış faiz 864230 manat 43 qəpik, ümumi borc 10863066 (on milyon səkkiz yüz altmış üç min altmış altı) 18 (on səkkiz) qəpik müəyyən olunmuşdur. İş üzrə kredit müqaviləsinin və kassa məxaric orderinin əslləri hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işinə əlavə edildiyi üçün həmin sənədləri ekspertizaya təqdim edə bilməmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında işə mahiyyəti üzrə baxılarkən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 hüquqi şəxs, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu və cavabdeh tərəfindən alınmış kreditin sahibkarlıq fəaliyyəti bağlı olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iddiaçı Ləğv prosesində olan İddiaçı X3 ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması tələbinə dair 2(044)-232/2020 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində X5 Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar