Məhkəmə qərarları › İş №2(044)-2324/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2324/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2324/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, X2katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əşyaların və ya onların dəyərinin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ünvan 1 mənzil 30 ünvanındanona məxsus əşyaları Soyuducu 1 kameralı Oruski 1 ədəddəyəri 550 manat, Soyuducu 1 kameralı Zil Moskva 1 ədəd-dəyəri 250 manat, Televizor geniş ekranlı kvars tipli 1 ədəd- 550 manat, Radio və priyomnik işində qurğu plastinka olan 1 ədəd- dəyəri 300 manat, Termoz 3 gözlü 1 ədəd- dəyəri 250 manat, Xalça döşəmə üçün 3/5 Gəncə zavodu 1 ədəd- dəyəri 350 manat, Kravat nikil setka purjunlu 4 ədəddəyəri 400 manat, Döşək yunla hazırlanmış 12 kq 2 ədəd- dəyəri 120 manat, Yastıq 3 ədəd- dəyəri 75 manat, Çexski mebelə daxil olan divan kravat 1 ədəd- dəyəri 650 manat, Kreslo komplektdə olan 2 ədəd- dəyəri 300 manat, Qızı üçün cehizlik, lepka, bagemalar və digər əşyalar 500 manat, Mətbəx avadanlıqları, qazanlar, boşqablar, və başqaları 500 manat, Mis qazan 40 L 2 ədəd- dəyəri 100 manat, Qazan üçün mis tiyənlər 2 ədəd- dəyəri 100 manat, Mis duşbalan 4 ədəd- dəyəri 100 manat, Paxlava mis ləyənləri 2 ədəd- dəyəri 300 manat, Qaz piltəsi 1 ədəd- dəyəri 100 manat, Təmizləyici lampa benzinlə işləyən 1 ədəd- dəyəri 50 manat, 07 markalı avtomobil üçün tökmə disk 4 ədəd- dəyəri 400 manat, Avtomobil farası Türkiyə istehsalı 4 ədəd- dəyəri 100 manat, 07 avtomobil üçün sürt qutusu 1 ədəd- dəyəri 200 manat, yol stulu və stulu 1 ədəd- dəyəri 200 manat, Çexski bakal 6 ədəd- dəyəri 300 manat, Çexski 6 rumka- dəyəri 300 manat, Çexski xrustal 12 ədəd- dəyəri 500 manat, çay dəsgahı 12 ədəd- dəyəri 400 manat, yemək dəsti 6 ədəd Çexski- dəyəri 600 manat, Çexski nəlbəki 6 ədəd- dəyəri 200 manat, 6 ədəd gümüşü qaşıq- dəyəri 200 manat, 12 ədəd Çexski güldan- dəyəri 300 manat, Qrafinka qabı Çexski 2 ədəd- dəyəri 300 manat, Meduza konfet qabı 2 ədəd- 200 manat, ümumi dəyəri 9445 manatın və ya əşyaların özünün cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. O, 2019–cu ilin mart ayında X1 Vilayətinin Konova şəhərindən öz evinə qayıtmış və evə gələndən sonra görmüşdür ki, evdə ona məxsus əşyalar yoxdur. Həmin əşyalar aşağıdakılardır: Soyuducu 1 kameralı Oruski 1 ədəd- dəyəri 550 manat, syuducu 1 kameralı Zil Moskva 1 ədəd-dəyəri 250 manat, televizor geniş ekranlı kvars tipli 1 ədəd- 550 manat, radio və priyomnik işində qurğu plastinka olan 1 ədəd-dəyəri 300 manat, çay qabı 3 gözlü 1 ədəddəyəri 250 manat, xalça döşəmə üçün 3/5 Gəncə zavodu 1 ədəd- dəyəri 350 manat, setkalı yataq dəsti - dəyəri 400 manat, yunla hazırlanmış döşək 12 kq 2 ədəd- dəyəri 120 manat, yastıq 3 ədəd- dəyəri 75 manat, Çex istehsalı olan mebelə daxil olan divan kravat 1 ədəd- dəyəri 650 manat, kreslo komplektdə olan 2 ədəd- dəyəri 300 manat, qızı üçün cehizlik, lepka, bagemalar və digər əşyalar 500 manat, mətbəx avadanlıqları, qazanlar, boşqablar və başqaları 500 manat, Mis qazan 40 L 2 ədəd- dəyəri 100 manat, qazan üçün mis tiyənlər 2 ədəd- dəyəri 100 manat, Mis duşbalan 4 ədəd- dəyəri 100 manat, paxlava mis ləyənləri 2 ədəd- dəyəri 300 manat, qaz plitəsi 1 ədəd- dəyəri 100 manat, təmizləyici benzinlə işləyən lampa 1 ədəd- dəyəri 50 manat, 07 markalı avtomobil üçün tökmə disk 4 ədəd- dəyəri 400 manat, avtomobil işıqları Türkiyə istehsalı 4 ədəd- dəyəri 100 manat, 07 avtomobil üçün sürt qutusu 1 ədəd- dəyəri 200 manat, yol stulu və stulu 1 ədəd- dəyəri 200 manat, Çex istehsalı olan bakal 6 ədəd- dəyəri 300 manat, Çex istehsalı olan 6 ədəd rumka- dəyəri 300 manat, Çex istehsalı olan xrustal 12 ədəd- dəyəri 500 manat, çay dəsgahı 12 ədəd- dəyəri 400 manat, yemək dəsti 6 ədəd Çex istehsalı olan- dəyəri 600 manat, Çex istehsalı olan nəlbəki 6 ədəd- dəyəri 200 manat, 6 ədəd gümüşü qaşıq- dəyəri 200 manat, 12 ədəd Çex istehsalı olan güldan-dəyəri 300 manat, qrafinka qabı Çex istehsalı 2 ədəd-dəyəri 300 manat, meduza konfet qabı 2 ədəd- 200 manat, ümumi dəyəri 9445 manatdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, cavabdeh onun oğludur və ailəsi ilə birgə onun yanında yaşayıb. O, 2019–cu ilin mart ayında Rsuiya Federasasiyasına getmişdir, evə gələndən sonra görmüşdür ki, ona və mərhum arvadına, o cümlədən qızı üçün alınmış cehgiz əşyalar mövcud deyildir. Odur ki, məhkəmədən iddi tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını iş materiallarında olan iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2.Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır.

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. İddiaçıya sadaladığı əşyalarının işin mübahisələndirilən halı olmasa da, sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, o, sadaladığı əşyalarının cavabdehdə qalmasını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Belə ki, əvvəla məhkəmə iddia tələbinin iddiaçının qızına hədiyyə edilmiş əşyaların cavabdehdən alınmasına dair dəlilləri ilə bağlı onu qeyd edir ki, bu hissədə iddiaçının müvafiq subyektiv hüquqa malik olması yoxlanılmalıdır. Belə ki, iddiaçı qızı üçün cehizlik, lepka, bagemalar və digər əşyaların, mətbəx avadanlıqlarının, qazanlar, boşqablar və başqa əşyaları datələb edərək, həmin əşyaları qızına hədiyyə edildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Göründüyü kimi iddiaçının tələb etdiyi əşyaların bir qismi qızına bağşlamaqla və qızı həmin əşyaları qəbul etməklə qeyd edilən əşyaların mülkiyyətçisinə çevrilmişdir.Ona görə də məhkəmə hesab edir ki, həmin əşyaların cavabdehdə olması sübut edilsə də belə hazırki iş üzrə iddiaçı qeyd edilən əşyaları cavabdehdən tələb etmək üçün hüquqi ixtiyarlı deyildir. Həmin subyektiv hüquq onun qızına məxsusdur. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 07 markalı avtomobil üçün tökmə disk 4 ədəd- dəyəri 400 manat, avtomobil işıqları Türkiyə istehsalı 4 ədəd-dəyəri 100 manat, 07 avtomobil üçün sürt qutusu 1 ədəd-dəyəri 200 manat, yol stulu və stulu 1 ədəd- dəyəri 200 manatın cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbi ilə bağlı onu qeyd edir ki, göründüyü kimi iddiaçı həmin avadanlıqların hazırda cavabdehin mülkiyyətində olan avtomobil üçün alındığını və həmin avtomobili də ona özü tərəfindən alındığını qeyd etsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, cavabdehin mülkiyyətində VAZ-21053 markalı minik avtomobili vardır. O,həmin avadanlıqların həmin avtomobil üçün alındığını bildirmişdir. Həmin avtomobil isə hazırda cavabdehin mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı Əlövsət oğlu ifadəsində göstərdi ki, hazırki iş üzrə iddiaçı onun babası, cavabdeh isə onun atasıdır. Babası 2020-ci ilin mart ayında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. O,Rusiyadan qayıdadandan iki ay sonra onunla görüşmüşdür. Nənəsi 2000-ci ildə vəfat etmişdir. İddia tələbində göstərilən əksər əşyaları görməsə də, babasının qeyd etdiyi avtomobil aksesuarlarını həyətdə görmüşdür. Məhkəmə bununla bağlı onu qeyd edir ki, avtomobilə aid qeyd edilən detallar cavabdehin mülkiyyətində olmuş avtomobil üçün alınmış və alınarkən cavabdehin həmin detallardan hansı qaydada istifadə edilməsi ilə bağlı tərəflər arasında hər hansı razılıq əldə edilməmişdir. Ona görə də məhlkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsində göstərilmiş əşyaların mövcud olması və onun cavabdehdə qalmasına dair də sübutlar da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əşyalarının mövcudluğunu, onun cavabdehdə olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ərizəsi üzrə tələb təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı Cavabdeh qarşı «əşyaların və ya onların dəyərinin qaytarılması» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar