Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2335/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc və qızıl-zinət əşyası tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh 8400 manat məbləğində pulun, 585 əyyarlı 10 qram çəkidə dəyəri 1400 manat olan bir ədəd qədimi onluq, 588 əyyarlı 15 qram çəkidə dəyəri 1800 manat olan bir ədəd qədimi on beşlik, 750 əyyarlı 10 qram çəkidə olan dəyəri 2000 manat olan bir ədəd qədimi “İmperial” klon, 583 əyyarlı 20 qram çəkidə dəyəri 1800 manat olan bir ədəd “ləpik” qızıl boyunbağı, 583 əyyarlı 10 qram çəkidə dəyəri 1000 manat olan nazik qızıl boyunbağının özünün və ya pul qismində 8000 manatın ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsi, ev 152 A-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, İnşaatçılar küçəsi, ev 23-də yaşayır. Cavabdeh onunla qonşuluqda yaşayan Elminazın bacısı oğludur. Nurlan özü keçmiş hərbi qulluqçu olsa da, hazırda fəhləliklə məşğuldur. Belə ki, Nurlan 2019-cu ilin sentyabr ayının əvvəlləridə onun evində 5 gün müddətinə usta kimi işləmiş, o, Nurlanı evində işləyən zaman tanımışdır. O, ATU-da qida mühəndisliyi və ekspertiza kafedrasının dosent əvəzi işləyir. Cavabdeh onun yanına iş yerinə gedərək, mebel sexi açdığı üçün, ona 2000 manat pul lazım olduğunu, həmin pulun müqabilində ayda 300 manat faiz ödəyəcəyini demiş, o da Nurlana həmin pulu vermişdir. Bundan sonra o, Nurlana mebel sexinə avadanlıq alması məqsədilə müxtəlif tarixlərdə pul vermiş, həmin pulların ayda 10% -ni ödəyəcəyini söz vermişdir. Belə ki, 02.11.2020-ci il tarixdə 4000 manat, 03.11.2020-ci il tarixdə 1500 manat, 17.11.2020-ci il tarixdə 3000 manat, 20.11.2020-ci il tarixdə 2500 manat, 28.11.2020-ci il tarixdə 4000 manat pul vermiş, beləliklə Nurlana yanvar ayına kimi tədricən hissə-hissə ümumilikdə 20000 manat məbləğində pul vermişdir. Nurlandan bügünə kimi faiz olaraq cəmi 3000 manat pul almış, qalan faizi və aldığı pulun özünü qaytarmamışdır. 2020-ci ilin mart ayında Nurlan ona zəng edərək Bakı şəhərində tutulduğu üçün təcili pul lazım olduğunu demişdir. O, da Nurlanın ona olan 20000 manat borcunu qaytarması məqsədilə məcbur qalıb 1 ədəd qızı qızıl onluq, 1 ədəd qızıl onbeşlik, 1 ədəd qızıl klon və 2 ədəd qızıl boyunbağını Nurlanın dostu Xəyal adlı şəxsə öz evində vermiş ki, Nurlan qızılları lombarda qoyaraq onun borcunu qaytarsın, sonra lombarda olan borcu bağlayaraq qızılları girovdan çıxarıb ona versin. Nurlan da ondan aldığı 50 qram qızılları lombarda qoyub pul götürmüşdür. Lakin Nurlan 2020-ci iyun ayına kimi müxtəlif bəhanələr gətirərək borcunu və qızıllarını qaytarmamışdır. Sonra 2020-ci ilin iyun ayında borcunu qaytarmaq məqsədilə dəfələrlə Nurlana zəng etsə də sonuncuya zəng çatmamışdır. Bundan sonra məcbur olub Polis İdarəsinə müraciət etməli olmuşdur. Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Təhqiqat Bğlməsinin təhqiqatçısı, polis kapitanı X1 09.01.2021-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmuş və o, Cavabdeh ona borclu olduğu 8400 manat pulun və qızılların qaytarmaması ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasın adair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək bildirdi ki, iddiaçının iddia etdiyi cəmi 8400 manat məbləğində pulun və 8000 manat dəyərində qızıl-zinyət əşyalarını qaytarmağa razıdır. O, müxtəlif vaxlarda iddiaçıdan 2000, 3000, 1500 və s. manat olmaqla bir neçə dəfə borc pul, həmçinin lombarda qoymaq üçün müxtəlif qızıl əşyaları almış, borcunun bir hissəsini ödəmiş, lakin cəmi 8400 manat borcu və lombarda qoyduğu 8000 manat dəyərində qızılları qaytarmamışdır. Sonda cavabdeh iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 Cinayət işinin başlanmasının rədd ediməsi haqqında 09 yanvar 2021-ci il tarixli qərarından görünür ki, 2019-cu ilin sentyabr, oktyabr və noyabr aylarında vətəndaş İddiaçı mənfəət qarşılığında evində usta kimi işləyən zaman tanıdığı Cavabdeh borca pul vermişdir. Belə olan halda İddiaçı tanışı Cavabdeh ryibarından sui-istifadə etməsi və ya aldatma yolu ilə onun əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi faktı öz təsdiqini tapmışdır. Odur ki, Cavabdeh əməlində AR CM-nin 178-ci maddəsinin tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh iddiaçı ilə aralarında olan şifahi borc müqavilələrinə əsasən müxtəlif vaxtlarda 3000 manatdan artıq olmayan müxtəlif məbləğlərdə aldığı borcu iddiaçının tələbi ilə ağlabatan müddətdə qaytarmayaraq, öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən borcu tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. - 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 736.2-ci maddəsinə əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. - 736.3-cü maddəsinə əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, aralarında olan şifahi əvəzsiz istifadə müqaviləsinə əsasən cavabdeh lombarda girov qoymaq məqsədi ilə iddiaçıdan aldığı 8000 manat dəyərində qızıl-zinət əşyalarını lombarda girov qoysa da, lombarddan götürdüyü pulla iddiaçının borcunu qaytarmamış, aralarındakı şifahi razılaşmada nəzərdə tutulmuş təyinatla istifadə etməmiş və iddiaçının tələbi ilə həmin əşyaları qaytarmamışdır. Buna görə də iddiaçının cavabdehdən həmin qızıl-zinət əşyalarını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə cavabdehin etirafını nəzərər alaraq, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh cəmi 8400 manat məbləğində pul, həmçinin 585 əyyarlı 10 qram çəkidə dəyəri 1400 manat olan bir ədəd qədimi onluq, 588 əyyarlı 15 qram çəkidə dəyəri 1800 manat olan bir ədəd qədimi on beşlik, 750 əyyarlı 10 qram çəkidə olan dəyəri 2000 manat olan bir ədəd qədimi “İmperial” klon, 583 əyyarlı 20 qram çəkidə dəyəri 1800 manat olan bir ədəd “ləpik” qızıl boyunbağı, 583 əyyarlı 10 qram çəkidə dəyəri 1000 manat olan nazik qızıl boyunbağının özü naturada və ya həmin qızıl-zinət əşyalarının cəmi 8000 manat dəyəri tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul, həmçinin 585 əyyarlı 10 qram çəkidə dəyəri 1400 manat olan bir ədəd qədimi onluq, 588 əyyarlı 15 qram çəkidə dəyəri 1800 manat olan bir ədəd qədimi on beşlik, 750 əyyarlı 10 qram çəkidə olan dəyəri 2000 manat olan bir ədəd qədimi “İmperial” klon, 583 əyyarlı 20 qram çəkidə dəyəri 1800 manat olan bir ədəd “ləpik” qızıl boyunbağı, 583 əyyarlı 10 qram çəkidə dəyəri 1000 manat olan nazik qızıl boyunbağının özü naturada və ya həmin qızıl-zinət əşyalarının cəmi 8000 (səkkiz min) manat dəyəri və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2335/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2335/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver