Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2336/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Ayın oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 20.08.2020-ci il tarixli borc müqaviləsi üzrə 11000 manat məbləğində ödənilməmiş qalan 5000 manatın, hüquqi yardıma görə 100 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cəmi 5130 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 5000 manat pulun və 30 manat dövlət rüsumunun cəmi 5030 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, iddiaçı Sərxan onun qardaşıdır. Sərxan 20.08.2020-ci il tarixdə Cavabdeh ilə notarial qaydada 11000 manat məbləğində borc müqaviləsi bağlamış və Sərxan 11000 manat pulu Cavabdeh borc vermişdir. Borc pulu alıb sonuncu lombarda olan kredit borcunu bağlayacağını bildirmişdir. Müqavilə bağlanarkən onlar razılaşmışlar ki, müqavilədə nəzərdə tutulan 12 ay vaxt tamam olana qədər hissə-hissə ödənişlər edərək bütün borcu bağlayacaq və vaxt bitənə kimi borcu ona tam ödəyəcəkdir. İlkin mərhələdə borcun bir qismini ödəmiş və 5000 manat borcu qalmışdır. Lakin sonradan dəfələrlə ona xəbərdarlıq edilsə də Cavabdeh şifahi razılaşdığı kimi hər ay ödənişlər etməklə Sərxana olan borcu ödəməkdən boyun qaçırmış və öncədən razılaşdıqları kimi borca verdiyi pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmiş, ödəməmişdir. Halbuki əvvəldən borcun qalıq hissəsinin minimum 3000 manat olmaqla sonradan 2000 manat olmaqla iki hissədə qaytarılması barədə şifahi razılaşmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə bamayaraq, borcu ödəməkdən boyun qaçırır. Sərxan hal-hazırda ev tikdirir və bununla əlaqədar xeyli xərcə düşmüş və tikinti materialları satan mağazalara xeyli borcu yaranmışdır. Hazırda borclarını qaytara bilməkdə xeyli çətinlik çəkir. Öhdəsində xəstə anası vardır. Dolanışığı çətinləşmişdir. Həmin 5000 manata çox ehtiyacı vardır. Cavabdeh maddi vəziyyətinin pis olduğunu və borcu qaytara bilməyəcəyini bildirmiş, Sərxana hədə qorxu gələrək borcu istəməsindən boyun qaçırmasını tələb etmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraata baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan Gəncə Asan xidmət mərkəzi Notariat ofisində bağlanmış 20 avqust 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh oğlu İddiaçı 11000 manat borc pul almış, borcu 20 avqust 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh kredit müqaviləsinə əsasən aldığı borcu müqavilədə nəzərdə tutulmuş müddətdə hissə-hissə iddiaçıya qaytarmağı öhdələrinə götürsə də, öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən borcu tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 5000 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 358 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2336/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-2336/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver