Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2343/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45000 (qırx beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onun bacısıdır. Bacısı Əliyeva X8 Qoşqar Qoca oğlu ilə 16.12.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. İddiaçı 09.12.2020-ci il tarixdə 45000 manat məbləğində pulu hər iki şəxsə ər-arvad olaraq saxlamağa vermişdir. 06.01.2021-ci il tarixdə COVİD-19 xəstəliyindən əziyyət çəkdiyindən vəfat etmişdir. Bununla bağlı tərəfindən Gəncə şəhər Nizami rayon Polis İdarəsinə, Gəncə şəhər Prokurorluğuna və digər orqanlara şikayət etmişdir. Şikayətindən sonar Cavabdeh həmin məbləğdə pulun onun tərəfindən əri X7 verdiyini göstərmişdir. Bugünkü gündə Cavabdeh X5 arvadı olmaqla onun vərəsəsidir və nigah dövründə əldə edilmiş əmlakın və bundan sonar düşən miras payın ona ayrılması barədə iddia qaldırmışdır. Göründüyü kimi cavabdeh X5 varisi kimi bütün aktiv və passsivləri qəbul etməsini etiraf edir. Bu baxımdan cavabdeh X5 varisi olaraq onun verdiyi pulu qaytarmağa hüquqi məsuliyyət daşıyır.Cavabdeh ona olan borcunu qaytarmadığından o, məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyil. Belə ki, bacısı Flora 42000 manat pulu saxlamaq üçün mərhum əri Həsrətov Qoşqar ilə ona vermişdir. Əri Qoşqar 06.01.2021-ci il tarixdə vəfat etmişdir. Həmin 42000 manat pulu mərhum əri X5 oğlu X2, qardaşı X9 və bacısı Flora ilə birlikdə Floraya vermək üçün stolun üzərinə qoymuş, lakin qəflətən Kamal Həsrətov pulu götürərək qaçmışdır. Ona görə də hesab edir ki, iddiaçı pulu Kamaldan tələb etməlidir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, İddiaçı və Cavabdeh onun bacılarıdır. Lakin İddiaçı ilə uzun müddətdir ki münasibətləri yoxdur. Bacısı Tahirə onu çağıraraq Floranın borcunun qaytarılması zamanı onun da yanında olmasını istəmiş, bu səbəbdən həmin vaxt o da orada olmuşdur. Cavabdeh mərhum əri X5 oğlu Kamal Tahirədən mərhum əri X3 qalmış əmlaklardan imtina etməsi barədə ərizə yazmasını istəmiş, həmçinin atasından xeyli miqdarda pul qalmasını və Tahirənin o pulları gizlətməsini iddia etmişdir. Tahirə isə ona bildirdi ki, onda vaxtilə bacısı Flora tərəfindən mərhum əri X1 üçün borc kimi verilmiş 42 000 manat puldan başqa heç bir pul yoxdur. Kamal isə bunun müqabilində Tahirəyə Floranın həmin evə çağırılaraq onların gözü qarşısında həmin pulu verməsini təkid etmişdir. Tahirə bu səbəbdən mərhum əri X5 qızlarının və onun yanında 42000 manat pulu stolun uzərinə qoymuşdur. Kamal isə onu aldadaraq Floraya çatdırmaq adı ilə pulu cibinə qoymuşdur. Sonra isə Tahirə atasından qalmış əmlaklardan imtina etməsi barədə ərizəyə qol çəkməsə Floraya pulu verməyəcəyini bildirmiş və Floraya zəng edərək pulun Tahirədə olduğunu demişdir. O, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək onlarda ailə munaqişəsi olması barədə məlumat versə də polis əməkdaşları gələnə kimi Kamal evi 20 dəqiqəlik harasa tərk edib pulu gizlətmişdir. Mülki iş materiallarında olan: 15.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin cinayət işi üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, bacısı İddiaçı yaşamağa evi olmadığı üçün 42000 manat pulu saxlamaq üçün mərhum əri Qoşqar Həsrətova vermişdir. Ərinin ölümündən sonra onun ögey oğlu Kamal həmin pulu Floraya verilməsi üçün ondan alsa da, pulu aralarında mirasla bağlı mübahisə yarandığı üçün pulu verməkdən imtina etmşdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı daimi yaşadığı evi olmadığı üçün özünəməxsus 42000 manat pulu saxlamaq üçün bacısı Cavabdeh və onun mərhum əri mərhum əri Qoşqar Həsrətova vermişdir. Qoşqar Həsrətov 06.01.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı məxsus 42000 manat pul ona qaytarılmamışdır. İşin bu halı şahid ifadəsi, cavabdehin həm polisdə araşdırılma zamanı, həm də məhkəmə iclasında verdiyi izahatlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə vurulmuş əsassız varlanma nəticəsində pulun alınması ilə bağlı yaranan mübahisədir və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlə, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir İş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus 42000 manat pul saxlanılması üçün cavabdehin rəsmi nikahda olduğu mərhum əri Qoşqar Həsrətova və Tahirəyə verilmişdir. Sonuncu vəfat etmiş, ondan qalmış miras əmlak vərəsələri tərəfindən eləcə də, birinci növbə vərəsə olan cavabdeh tərəfindən qəbul edilmişdir. Ona görə də hazırda iddia tələbi üzrə məsuliyyət daşıyır. Bununla bağlı məhkəmə diqqəti vərəsəlik hüquq münasibətlərinə yönəltməyi zəruri hesab edir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin əsassız varlanmadan irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, onun öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Tərəflərin izahatlarından görünür ki, cavabdeh tərəfindən miras əmlak qəbul edilmişdir. Ona görə də, o miras qoyanın passivləri üzrə öhdəlik daşıyır və Mülki Məcəllənin 1091-ci maddəsinin ona tətbiqi mümkündür. Eyni zamanda cavabdeh tərəfindən pulun mərhum ərinə verilməsi, hazırda bacısı olan iddiaçıya qaytarılmaması cavabdehin etirafı ilə təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə sadalananları tətbiq edilməli olan və yuxarıda göstərilən maddi hüquq normaları əsasında təhlil edərək belə nəticəyə gəlir ki, iddia tələbini 42000 manat məbləğdə pulun tutulması hissəsində təmin edilməlidir. İddia tələbinin qalan 3000 manat pulun tutulması hissəsini məhkəmə əsassız hesab edir və bununla bağlı aşağıdakıları göstərir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 18.03.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən 3000 manata münasibətdə gəlməmişdir. Bu barədə onun tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Ona görə də, həmin hissə üzrə iddia tələbi təmin edilə bilməz. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2343/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2343/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver