Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2344/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o heç bir yerdə işləmir, xəstələndiyi üçün, dərman almağa pulu olmadığından özünə məxsus dəyəri 300 manat olan “Samsung” markalı telefonunu satmaq məcburiyyətində qalmışdır. Ona görə də o, əvvəllər tanıdığı Gəncə şəhəri Mərkəzi Univermağında telefon alqı-satqısı ilə məşğul olan Cavabdeh 2020-ci ilin iyun ayında Samsung markalı telefonu 300 manata satmış, Məhərrəm ona həmin pulu iki günə verəcəyini vəd etmişdir. Həmin vaxtdan bəri sonuncu müxtəlif bəhanələrlə onun telefonunun pulunu verməmişdir. O, cavabdehdən ona olan 300 manat borcunu almaq məqsədilə Samux rayon polis şöbəsinə 16.11.2020-ci il tarixdə müraciət etmiş, araşdırma zamanı cavabdeh həqiqətən ona 300 manat borclu olduğunu etiraf etmiş, lakin hələ də o, borcunu ödəməmişdir. Sonda o, iddianın təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin 03.08.2021-ci il tarixli məktubu ilə İddiaçı 16.11.2020-ci il tarixdə yazmış olduğu şikayət ərizəsi əsasında toplanmış materialın təsdiq olunmuş surətindən görünür ki, 06.12.2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 16.11.2020-ci il tarixdə Samux rayon Kolayır kəndində yaşayan İddiaçı Samux RPŞ-nə ərizə və izahatla müraciət edərək, tanıdığı Məhərrəm adlı şəxsə 300 manata ipone markalı telefon satması, lakin pulunu ala bilməməsini bildirmişdir. Odur ki, Məhərrəm adlı şəxsin ona borclu olduğu pulun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, telefon alqı satqısı ilə məşğul olur və İddiaçı oğlu ilə birlikdə mütamadi olaraq ondan telefon almışdırlar. İddiaçı telefonu ona verərək satmasını xahiş etmişdir, hazırda iş yeri bağlandığına görə maddi imkanı zəif olduğundan 15 gün ərzində 300 manat pulu İddiaçı və ya oğluna verəcəyini bildirmişdir. Həmin materialda olan izahatında Cavabdeh İddiaçı satmaq üçün 300 manat dəyərində telefonu aldığını, mağaza bağlandığından işi olmadığı üçün telefonun pulunu ödəmədiyini bildirmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Samux Rayon Polis Şöbəsinin 08.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ona olan borcu ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iddiaçının təqdim etdiyi sübutlara əsaslanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 537-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Qeyd edilən normalara əsasən işin faktiki hallarından müəyyən olunur ki, aralarında olan şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 300 manata nisyə aldığı telefonun dəyərini iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı cavabdehdən həmin pulun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2344/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2344/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver