Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2354/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 xx.xx.2019-cu təvəllüdlü X1 üçün hər ay hər uşağa tutulan 120 manta alimentin miqdarının hər ay hər uşağa 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 xx.xx.2019-cu təvəllüdlü X1 üçün onun qazancının üçdə birinə görə aliment miqdarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirmişdir ki, o, Cavabdeh ilə xx xxxxxxx 2010-ci il tarixdə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2019-cu təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. xx.xx.2019-cu il tarixli Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2019-cu təvəllüdlü X5 onun himayəsində saxlanmış və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat aliment tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh onların arasında olan nikahın pozulmasına dair iddia qaldırmışdır. Uşaqlar günü-gündən böyüyür, təlabatları artır hər ay 120 manat onların təlabatlarını ödəmir. Cavabdeh şirniyyat sexindən işləyir, həmçinin fərdi əməklə məşğuldur. Onun daha çox aliment ödəməyə maddi imkanı vardır. Sonda iddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ilkin iddinı rədd, qarşılıqlı iddianı müdafiə edərərk bildirmişdir ki, o, artıq fərdi əməklə məşğul olmur, hazırda şirniyyat sexində usta kimi fəaliyyət göstərir və aylıq əmək haqqı 300 manatdır. Buna görə də 2 uşaq üçün qazancının 1/3 hissəsində aliment tutulmasını tələb edir. Sonda cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2019-cu təvəllüdlü X7 adlı 2 uşaqları vardır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(044)- 3284/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, x xxxxxxx 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Cəmilin Şirniyyatları” Məhdud Məsuliyyətli Cəmiyyətinin x xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən həmin şirniyyat evində şirniyyatçı vəzifəsində işləyir. Onun aylıq əmək haqqısı 300 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Qeyd olunan normaların məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Hazırki halda isə aliment tutulması ilə bağlı qətnamə çıxdığı xx xxxxxxx 2019-cu il tarixdən keçən 1 il müddətində cavabdehin maddi vəziyyətində dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdeh tərəfindən uşaqların saxlanılması üçün iddiaçıya ümumilikdə 240 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin mövcudluğunu, alimentin tutulduğu gündən bu günə qədər cavabdehin gəlirlərində artım olmadığını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin artırılması üçün əsaslar olmadığına görə ilkin iddia təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1. və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki və sosial cəhətdən inkişaflarını, təhsil xərclərinin mövcudluğunu, uşaqlar üçün yaşayış minumumunu, həmçinin cavabdehin aylıq gəlirinin 1/3 hissəsində alimentin tutulmasının uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan vermədiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia da təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilkin iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı aliment miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2354/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2354/2020
13.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver