Məhkəmə qərarları › İş №2(044)-236/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-236/2021

24.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-236/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pəncərənin bağlanması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami rayon məhkəməsinin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi il məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun evinin pəncərəsi evinin arxa tərəfi istiqamətindən açılmış pəncərənin bağlanılması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bir necə müddət bundan qabaq onun evinin aynəbəndinə evinin arxa istiqamətdə təxmini 1 metr enində 1 metr 20 sm hündürlüyündə pəncərə yeri açıb oraya pəncərə qoymuşdur. Onların pəncərə istiqamətdə pəncərə yerini deşikli fanerka ilə gizlətmişdir. O, pəncərəni bağlamağı bildirsə də, cavabdeh buna məhəl qoymamışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan 12.06.2012-ci il tarixli, MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adınadır; Məhkəmə tikinti-texniki ekspertizasının 21.12.2020-ci il tarixli 603 saylı rəyindən görünür ki, iddiaçının evinin arxa tərəfinin istiqamətinə, Gəncə şəhəri, Nizami rayonu, H.Cavid küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 2 saylı otağından açılmış, mübahisələndirilən gözlük tikinti norma və qaydalarına uyğun deyil. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakları olmadan işə baxılmasını mümkün hesab emişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə tərəfndən iddia tələbinə hüquqi qiymətin veriməsi baxımından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Müstəqil Məhkəmə Ekspertiza MMC-nin 21.12.2020-ci il tarixli 603 saylı rəyi ilə iddiaçının evinin arxa tərəfinin istiqamətinə, Gəncə şəhəri, Nizami rayonu, H.Cavid küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 2 saylı otağından açılmış, mübahisələndirilən gözlüyün tikinti norma və qaydalarına uyğun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, mülkiyyətçi olan iddiaçı Gəncə şəhəri, Nizami rayonu, H.Cavid küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 2 saylı otağından açılmış gözlüyün bağlanmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də həmin gözlük bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mübahisəli pəncərənin təsvirinə dair fotoşəkillərdən görünür ki, cavabdehə məxsus otağın qonşunun şüşəbəndinə doğru açılmış pəncərə sonradan inşa edilmiş və texniki pasportda həmin pəncərənin mövcudluğu öz əksini tapmamışdır. Tərəflər uzun müddətdir ki, qonşu yaşayırlar və eyni hüquqi vəziyyətə malik olan tikilələrə sahib olmuşlar. Tikilərdən istifadə ilə bağlı onlar arasında müəyyən bir qayda mövcud olmuş, iddiaçı cavabdehin otağını əvvəllər pəncərəsiz gördüyündən və məhz cavabdehin evinin həmin otağında pəncərə olmadığından iddiaçı özünə aid hissədə şüşəbənd inşa etmişdir. Cavabdehin mülkiyyətində olan evin otağının qonşuya doqru olan arxa hissəsində ev inşa edilərkən pəncərə nəzərdə tutulsaydı və cavabdeh öncədən pəncərə açsaydı iddiaçı o zaman mövcud vəziyyətə uyğun olaraq özünə aid olan hissəni şüşəbənddən deyil, digər görünməyən materiallardan hörməyə məcbur olacaqdı.Məhkəmə onu qeyd edir ki, tərəflərdən hər-hansı biri yaşayış şəratinin yaxşılaşdırılması üçün hər-hansı tədbir görərkən digər tərəfin mənafeyini və qanunla qorunan hüquqlarını pozmamalıdırlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «Broniovski Polşaya qarşı» işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. Mübahisə pretmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “X1”MMC-yə Kod: 201025, VÖEN:-**********, SWİFT kod: AİİBAZ2x, M/h:AZ37NABZ**********000000; VÖEN: **********, Hesab AZ53AAİİB******************** ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Cavid küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin arxa tərəfi istiqamətinə Cavabdeh tərəfindən açılmış pəncərə(gözlük) bağlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358- 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Cavid küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin arxa tərəfi istiqamətinə Cavabdeh tərəfindən açılmış pəncərə(gözlük) bağlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “X1”MMC-yə Kod: 201025, VÖEN:-**********, SWİFT kod: AİİBAZ2x, M/h:AZ37NABZ**********000000; VÖEN: **********, Hesab AZ53AAİİB******************** ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar