Məhkəmə qərarları › İş №2(044)-2366/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2366/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2366/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehə məxsus mənzildə övladları ilə birlikdə yaşamaq hüququ» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «cavabdehə məxsus mənzildə övladları ilə birlikdə yaşamaq hüququ» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladlarının, yəni 22.08.2010-cu il təvəllüdlü X1, 18.09.2011-ci il təvəllüdlü X2 və 29.07.2020-ci il təvəllüdlü X3 Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 67 ünvanında yerləşən evə yaşayış hüquqlarının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 30 mart 2010-cu il tarixində Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 103 saylı akt qeydi ilə rəsmi qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 22.08.2010-cu il təvəllüdlü X4, 18.09.2011-ci il təvəllüdlü X5 və 29.07.2020-ci il təvəllüdlü X6 adlı üç övladları dünyaya gəlmişdir. Daha sonra xasiyyətləri uyğun gəlmədiyindən iddiaçı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(044)-2733/2020 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, 22.08.2010-cu il təvəllüdlü X1 və 18.09.2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.09.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. ünvan 1 ünvanda iddiaçı ilə cavabdeh övladları ilə birlikdə yaşayırlar. Qeyd olunan ünvanda iddiaçıya məxsus olan əşyalar vardır ki, həmin əşyaların onun tərəfindən icazə verilmədən istifadə edilməsi onun əmlakına dəyəcək zərəri tam ehtiva edir. İddiaçı hesab edir ki, o, mübahisəli evə cavabdehlərin razılığı ilə köçdüyündən cavabdehlərlə birlikdə həmin evdə yaşamaq hüququna malikdir və o, həmin hüquqdan məhrum edilə bilməz. İddiaçı məhkəməyə “iddia tələbinin dəyişdirilməsi”nə dair ərizə təqdim edərək, onun və övladlarının, yəni 22.08.2010-cu il təvəllüdlü X1, 18.09.2011-ci il təvəllüdlü X2 və 29.07.2020-ci il təvəllüdlü X3 Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 67 ünvanında yerləşən evə istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçının, 22.08.2010-cu il təvəllüdlü X1, 18.09.2011-ci il təvəllüdlü X2 və 29.07.2020-ci il təvəllüdlü X3 Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 67 ünvanında yerləşən evə dair istifadə hüquqlarının tanınmasına etiraz etmir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(044)-2733/2020 saylı qətnaməsinin surətindən görünür ki, Abulova (Bağırova) Zeynəb Şahin qızı ilə Cavabdeh arasında 30.03.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 103 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 22.08.2010-cu il tarixdə anadan olmuş X1 və 18.09.2011-ci il tarixdə anadan olmuş X2 nikahın pozulmasından sonra Abulova (Bağırova) Zeynəb Şahin qızının himayəsində saxlanılması, Cavabdeh 22.08.2010-cu il tarixdə anadan olmuş X1 və 18.09.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10.09.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Abulova (Bağırova) Zeynəb Şahin qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 06.10.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 22 avqust 2010-cu il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan 04.10.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 18 sentyabr 2011-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan 10.08.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 29 iyul 2020-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən 08.08.2007-ci il tarixdə tərtib olunmuş Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 67 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnun subyekti Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20.07.2007-ci il tarixli, ******* saylı Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində istifadədə olan 0.0045 ha torpaq sahəsində yerləşən 67 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 27.5 kv.m ümumi, 18.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı, 22.08.2010-cu il təvəllüdlü X1, 18.09.2011-ci il təvəllüdlü X2 və 29.07.2020-ci il təvəllüdlü X3 Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 67 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı, 22.08.2010-cu il təvəllüdlü X1, 18.09.2011-ci il təvəllüdlü X2 və 29.07.2020-ci il təvəllüdlü X3 Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 67 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar