Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2369/2021 02.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, İddiaçı Cavabdeh qarşı cavabdehdən 5100 manat məbləğində və dövlət rüsumu kimi 30 manat pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onunla Cavabdehdan odan aldığı 4 baş iribuynuzlu inəklərin dəyəri olan 5100 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsi imzalanmamışdır. Bu da, AR MPM-nin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara və AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı cavabdehdən 5100 manat məbləğində və dövlət rüsumu kimi 30 manat pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia Ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2369/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2369/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver