Məhkəmə qərarları › İş №2(044)-238/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-238/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-238/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh kredit borcu üzrə həm kredit müqaviləsi, həm kredit üzrə cəmi 7463 manat 72 qəpik, yəni əsas kredit müqaviləsi üzrə 6505,93 manat, bir kart kredit müqaviləsi üzrə 957.79 manat borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisələndirilməyən hallarından müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli 185GTKR2703713AA saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 23,84 faiz ödəmək şərti ilə 18000 manat kredit verilmiş, xx.xx.2019-cu il tarixli 185GTKR2703713AA saylı zaminlik müqaviləsinə əsasən İddiaçı zamin kimi borclu X2 müqavilədən irəli gələn öhdəliyini tamamilə icra edilməsi üçün öhdəlikləri öz üzərinə götürmüş və Cavabdeh Nati oğlu öhdəliyini icra etmədiyi üçün zamin İddiaçı əmək haqqından xx.xx.2021-ci il tarixə cəmi 7463,72 manat məbləğində pul vəsaiti tutulmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh xahişi ilə onun Kapital Bank ASC-dən götürdüyü kreditinə zamin durmuşdur. Cavabdeh onunla birlikdə AR Daxili qoşunlar hərbi bölməsində qulluq etmişdir. Kapital Bank ASC-dən cavabdeh xx.xx.2019-cu il tarixdə 18000 manat kredit götürmüş həmin kreditin təminat üsulu kimi sonuncu ona zamin durmuşdur. Bankla razılaşmaya əsasən bank əgər kredit ödənilməsə akseptsiz qaydada zamindən həmin pulu tutacağı barədə şərt daxil etmişdir və sonradan cavabdeh işdən çıxdığı üçün Bank akseptsiz qaydada cavabdehin borcu üzrə onun əmək haqqından 9000 manat pul tutmuş, həmin halı iddia ərizəsinə əlavə etdiyi əmək haqqı kartından aparılmış silgi təstiq edir. Cavabdehin ödənilməmiş 1396 manat borcu qaldığından həmin borca münasibətdə Bank tərəfindən hər ikisinin məhkəməyə verilməsi barədə cavabdehə və ona xəbərdarlıq edilmişdir. Hazırda borclu olaraq cavabdehin kreditinə münasibətdə ondan zamin olaraq tutulmuş pulun cavabdehdən tutularaq ona ödənilməsində haqlıdır və bu baxımdan cavabdeh həmin pulu zamin olaraq ona ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, kredit müqaviləsi üzrə zamin olduğu üçün cavabdehdən heç bir pul almış, həmçinin cavabdeh ona borca 4500 manat pul verməmiş və onun cavabdehə heç bir borcu yoxdur. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının izahatındakı xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 2018-ci ildə onun anası dializ xəstəsi olduğu üçün pula ehtiyacı olmuşdur. Həmin ərəfədə iddiaçı ona sonuncununda pula ehtiyacı olduğunu, bankdan kredit götürərsə, ona zamin duracağını onun müqabilində sonuncuya 4000 manat verəcəyini bildirmişdir. O, İddiaçı təklifi ilə razılaşmış, bankdan 20000 manat pul götürmüş, iddiaçı ona zamin durmuş və o, götürdüyü puldan 4000 manat Telmana vermişdir. Sonradan Telman onun yenidən pula ehtiyacı olduğunu bildirmiş və onlar birlikdə bankdan xx.xx.2019-cu il tarixdə 18000 manat kredit götürmüşlər. Həmin pulun 4500 manatını o Telmana borc müqabilində vermişdir. O, hər iki kredit xətti üzrə pulu iddiaçıya bankomatdan çıxararaq, işlədikləri hərbi hissənin qarşısında atasının iştirakı ilə vermişdir. Hazırda iddiaçının ona 8500 manat borcu vardır. Sonda o, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Kapital Bank ASC-nin xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1396.01 manat məbləğində kreidtin qaytarılması xəbərdar edilmişdir. - Kapital Bank ASC-nin xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı əmək haqqı kartından X2 CİF-2703713 saylı müştəri kodu olan hesabına 5343.99 manat vəsait tutulmuşdur. - Kapital Bank ASC-nin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Kapital Bank ASC-nin Samux filialından xx.xx.2019-cu il tarixində 185GTKR2703713AA saylı zaminlik müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyini ödəmədiyindən əmək haqqı kartından 2019-2021-ci illər ərzində Gündəlik Tələbat Krediti üçün 6505.93 manat və Birkart üçün 957.79 manat vəsait tutulmuşdur. - xx.xx.2019-cu il tarixli 185GTKR2703713AA saylı kredit müqaviləsinin surətindən görünür ki, Kapital Bank ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 23,84 faiz ödəmək şərti ilə 18000 manat kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli 185GTKR2703713AA saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı borclu X2 müqavilədən irəli gələn öhdəliyini tamamilə icra edilməsi üçün öhdəlikləri öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən X4rşısında öhdəliklərini icra etdikdə Borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququ vardır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Çünki kredit müqaviləsi üzrə zamin olan İddiaçı borclu Cavabdeh Kapital Bank ASC qarşısnda olan öhdələyinin bir hissəsini, yəni 7463.72 manat məbləğində pulu ödəyərək icra etmişdir. Buna görə də kredit müqaviləsi üzrə Kapital Bank ASC-nin tələbini ödədiyi həcmdə bankın həmin öhdəlik üzrə hüquqları iddiaçıya keçdiyindən iddiaçının cavabdehdən icra etdiyi öhdəliyi reqres qaydasında tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 473-cü maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır - 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Cavabdeh İddiaçı zamin olduğu üçün 4000 manat, əlavə olaraq borc kimi 4500 manat, cəmi 8500 manat məbləğində pul verdiyini və iddiaçıın ona borcu olduğunu bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 7463,72 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 7463 (yeddi min dörd yüz altmış üç) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar