Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2384/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Rasim Kazımov Sarı oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə 13.08.2019cu il tarixli müqaviləyə əsasən Samsung markalı tozsoran üçün 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86894 Samsung galaxy A10 markalı telefon üçün 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, ümumilikdə 516 (beş yüz on altı) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh "xxxx" MMC ilə bağladığı 13.08.2019-cu il və 18.09.2019-cu il tarixli müqavilələrə əsasən Samsung markalı tozsoran və İMEİ kodu **********86894 Samsung galaxy A10 markalı telefon almış və nəticədə 516 (beş yüz on altı) manat borc yaranmışdır. 18.09.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 420 (dörd yüz iyirmi) manat (20 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********86894 Samsung galaxy A10 markalı telefon üçün 323 (üç yüz iyirmi üç) manat olmaqla ondan, 294 (iki yüz doxsan dörd) ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə pulu, 13.08.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 264 (iki yüz altmış dörd) manat (24 ay x 11 manat +0 manat ilkin ödəniş) olan Samsung markalı tozsoran üçün 193 (bir yüz doxsan üç) manat olmaqla ondan, 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17(on yeddi)manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 214 manat təşkil edir. Ödəniş cədvəlinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi 13.08.2019-cu il və 18.09.2019-cu il müqavilələrə əsasən Samsung markalı tozsoran və İMEİ kodu **********86894 Samsung galaxy A10 markalı telefon almış və nəticədə 214 manat borc yaranmışdır, həmçinin, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh № 00922491 və 00844572 nömrəli müqavilələr üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 13.08.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı tozsoran üçün 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86894 Samsung galaxy A10 markalı telefon üçün 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, ümumilikdə 516 (beş yüz on altı) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, qət etdi: İddia təmin edilsin. Cavabdeh 13.08.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı tozsoran üçün 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86894 Samsung galaxy A10 markalı telefon üçün 294 (iki yüz doxsan dörd) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, ümumilikdə 516 (beş yüz on altı) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2384/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2384/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver