Məhkəmə qərarları › İş №2(044)-2388/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2388/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2388/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdeh Zamin qarşı “kredit borcuna” dair iş üzrə Zamin tərəfindən verilmiş etirazı nəzərdən keçirərək Müəyyən etdim: Cavabdeh Zamin iddiaçının tələbinə dair etirazla məhkəməyə müraciət etmişdir. Etirazı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, etiraz və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, etiraz ərizəsi və ona əlavə edimiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, etiraz ərizəsi əsaslandırılmamış və etiraza etirazın əsası kimi istinad edilməsinə dair sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələbinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Göründüyü kimi cavabdeh iddiaya qarşı əsaslandırılmış etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinəgörə isə tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Hesab edirəm ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmadığından işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. AR MPM-nin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda hesab edirəm ki, etiraz ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264-cü və 267-268 və 284-5-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdeh Zamin qarşı “kredit borcuna” dair iş üzrə etiraz ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar