Məhkəmə qərarları › İş №2(044)-240/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-240/2022

13.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-240/2022 13.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ev əşyalarının çıxardılması, evin boşaldılması, iddiaçıya təhvil verilməsi, istifadə hüquqlarının itirilməsi, evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ev əşyalarının çıxardılması, evin boşaldılması, iddiaçıya təhvil verilməsi, istifadə hüquqlarının itirilməsi, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanın boşaldılamsı, ev əşyalarının çıxarılması, iddiaçıya təhvil verilməsi, cavavdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeydiyyatsız yaşayan şəxslərin ünvan 1 ünvandan istifadə hüquqlarının itirilmiş hesab olunaraq həmin evdən çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka aaxlayan tərəfindən əldə edilməsi üçün hərracın yekunları barədə 06.09.2019-cu il tarixli 42/02 saylı Protokoluna və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 06.09.2019-cu il tarixli Müqaviləyə əsasən X2 məxsus olmuş ünvan 1 ünvanda yerləşən və 59.6 kv.m ümumi sahəsi olan mənzili hərracdan ipoteka saxlayan kimi 40162.50 manata almışdır. Hal-hazırda həmin ünvanda qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yeni mülkiyyətçi İddiaçı ASC-nin razılığı olmadan həmin evdə qanunsuz olaraq yaşayırlar. Cavabdehlərin həmin ünvandan çıxarılması üçün Bank tərəfindən görülmüş bütün tədbirlər nəticəsiz qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı ASC ünvan 2 ünvanına tam mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak hal-hazırda da iddiaçının mülkiyyətindədir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola, eyni zamanda iddiaçının hüququnu əldə etməsinə baxmayaraq cavabdehlər sözügedən mənzildən çıxmaqdan və onu boşaltmaqdan imtina etmişlər, İddiaçı ASC mülkiyyət hüququnun bütün elementlərini istifadə edə bilmədiyindən mülkiyyətçi kimi qanuni hüquqlarını həyata keçirə bilməmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayarqaq nümayəndəsi gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Mansur Osmanov tərəfindən məhkəməyə ünvanlanmış teleqramda onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayarqaq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 06.09.2019-cu il tarixli 42/02 saylı X1 saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə protokoldan görünür ki, ipoteka predmeti olan ünvan 3 ünvanı İddiaçı ASC tərəfindən 40162.5 manata əldə edilmişdir. 06.09.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X2 məxsus ünvan 3 ünvanına dair İddiaçı ASC ilə X3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 10.02.2021-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı İddiaçı ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 3 ünvanı 10.02.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin əmlakdan çıxmadıqlarından iddiaçının mülkiyət hüquqlarını pozmuşlar. İddiaçı qanuni əsaslarla özünə məxsus ünvan 3 ünvandan cavabdehlərin əmlakları ilə birlikdə çıxarılmasını və banka təhvil verməsini tələb etmiş, cavabdehlər həmin ünvandan çıxmamış, faktiki olaraq iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvandan istifadə hüquqlarının itirilmiş hesab olunmalı, cavabdehlər həmin evdən ev əşyaları ilə birlikdə çıxarılmalı, ünvan 1 ünvanı boşaldılaraq, iddiaçıya təhvil veriməli, cavadehlərdən ödənilmiş 10 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvandan istifadə hüquqları itirilmiş hesab olunsun və cavabdehlər həmin evdən ev əşyaları ilə birlikdə çıxarılsınlar. ünvan 1 ünvanı boşaldılaraq İddiaçı ASC-nə təhvil verilsin. Cavadehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ödənilmiş 10 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar