Məhkəmə qərarları › İş №2(044)-2407/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2407/2020

28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2407/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-ti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh 2389 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıçıkassir vəzifəsinə işə qəbul olunmuş və “X5 haqqında müqavilə imzalanmış, xx.xx.2018-ci il tarixli 493-K əmrlə Adminstrator vəzifəsinə keçmiş və xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində, iş yerində intizam xətasına yol vermiş, yəni xx.xx.2019-cu il tarixdə Oba-Gəncə 3 mağazasında çalışdığı zaman aparılmış inventarirasiya nəticəsində cavabdeh tərəfindən Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4396.10 manat olmuşdur. Bununla da cavabdeh onunla bağlanmış əmək müqaviləsi və X5 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmədən İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh 2389 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə işə iddiaçının nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında 3 aylıq sınaq müddəti tətbiq edilməklə xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış satıcıkassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2018-ci il tarixli əmrlə Adminstrator vəzifəsinə keçirilmiş və xx.xx.2019-cu il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. O, satıcı kassir və sonra mağaza müdiri işləmişdir. O, hər ay 475 manat əmək haqqı almış və işlədiyi müddət ərzində ondan asili olmayaraq 4500 manat məbləğində borcu yaranmış, bundan silinmə payı silinmiş və hazırda 2389 manat borcu qalmışdır. Məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən isə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh Satış əməliyyatları şöbəsi, OBA marketlər şəbəkəsi, satıcı-kassir vəzifəsinə 3 (üç) ay müddətinə işə qəbul edilmişdir. İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 494-K saylı əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh X2 Şöbəsinin OBA Marketlər Şəbəkəsinə xx.xx.2017-ci il tarixinə 3 (üç) aylıq sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və əmək haqqının ştat cədvəlinə əsasən 153 manat ödənilməsi əmrı verilmişdir. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixliu 493-k saylı əmrindən çıxarışın surətindən görünür ki, X2 Şöbəsinə 05.11. 2018-ci il tarixdən İsmayılov X1 vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 175 manat ödənilməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 4396.10 manat çatışmazlıq müəyyən edilmiş və 2007.10 manat güzəşt edilmiş, 2389 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 2389 (iki min üç yüz səksən doqquz) manat cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdırlar. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2389 (iki min üç yüz səksən doqquz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı MMC-nə verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar