Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-242/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi-X5katibliyi, İddiaçı1, digər iddiaçıların nümayəndəsi və vəkili X10, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair ilkin, Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı maddi ziyan və pulun tutulmasına dair qarşılıqlı iddia tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 0,57 ha torpaq sahəsi üçün 91200(doxsan bir min iki yüz)manat, əldən çıxmış faydaya görə 50000(əlli min)manat və mənəvi ziyana görə 50000(əlli min)manat, ümumilikdə 191200(yüz doxsan bir min iki yüz)manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Sadıxov X8 Mobil Cəlil oğluna, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı maddi ziyan və pulun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun tərəfindən mübahisəli torpaq sahəsində əkilmiş 40 ədəd meyvə ağacının dəyəri kimi 45.100 manat, 1000 ədəd üzüm tinginin dəyəri kimi 50.000 manatın, 2002-ci ildə cavabdehlərə torpaq sahəsinə görə verdiyi 2000 ABŞ dollarında pulun hazırki günün məzənnəsi ilə 40.000 manatın 150 metr uzunluğunda 400 sm diametrində su turbasının dəyəri və çəkilməsi üçün xərclənmiş 7000 manatın, 67 metr uzunluğunda bir tərəfin, 95 metr uzunluğunda digər tərəfin, 50 metr uzunluğunda digər tərəfin, hündürlüyü 2,60 metr olan daşdan tikilmiş divarın dəyəri kimi 15.000 manatın, cəmi 147.000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Xanlar (indiki Göygöl) Rayon X9 xx.xx.2001–ci il tarixli, 16 saylı qərarına əsasən Göygöl rayonu Üçtəpə kəndi ərazisində onların ailəyə ümumilikdə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq Cavabdeh 2007–ci ildə Xanlar Rayon Məhkəməsində onlara və digər şəxslərə qarşı iddia qaldıraraq qanuni mülkiyyətlərində olan torpaq sahəsini onun mülkiyyətinə keçirilməsini xahiş etmişdir. Xanlar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2–50–2007 saylı qətnaməsinə əsasən onların mülkiyyətində olan 0,57 ha torpaq sahəsinin və başqa-başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun Cavabdeh verilməsi qət edilmişdir. Qeyd olunan saxta qətnamə əsasında cavabdeh onların mülkiyyətində olan torpaq sahəsini öz adına rəsmiləşdirmiş və bundan sonra başqa-başqa şəxslərə satmışdır. Xanlar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016–cı il tarixli, 2(104)-1649/2016 saylı qətnaməsinə əsasən Xanlar Rayon Məhkəməsinin 2'xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh iddiası rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmişdir. Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz olaraq öz adına keçirdikdən sonra həmin torpaq sahəsini başqa–başqa şəxslərlə alğı-satqı edərək satmışdır və həmin şəxslərdə alğı-satqı müqaviləsi əsasında öz adlarına çıxarışlar almışdır. Onlar Cavabdehla onların torpaqlarına görə digər şəxslər arasında bağlanmış müqavilələrin və çıxarışların ləğvi barədə 2018-ci ildə iddia qaldırsalar da, lakin həmin şəxslərin vicdanlı alıcı olmaları əsas gətirilərək iddiaları rədd edilmiş və məhkəmə qətnaməsi ilə onlara izah edilmişdir ki, mülkiyyətlərində olan torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə satılması nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onlar mülkiyyət hüquqlarından məhrum edilmiş, həmçinin 2014-cü ildən hazırki vaxta kimi cavabdeh onlara külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin günahı üzündən demək olar ki, 5 ildir bütün instansiya məhkəmələrində həm maddi, həm də mənəvi cəhətdən ziyan çəkmişlər. Bundan başqa qeyd olunan mübahisəli torpaq sahəsi Göygöl rayonu Üçtəpə kəndində yerləşir və təyinatı da kənd təsərrüfatı təyinatlıdır. Onlar beş ildə ən azından həmin torpaq sahəsindən 50.000 (əlli min) manat qazanc əldə edə bilərdilər. Belə ki, torpaq sahəsinin yerləşdiyi yer kənd təsərrüfatı üçün çox yararlıdır. Həmin ərazidə əsasən qırmızı moruq və çiyələk növündə giləmeyvələr əkilib becərilir. Bundan başqa mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə satış üçün torpaq sahəsinin hazırki bazar qiymətinin bir sotu 1600–2000 manat məbləğindədir. Cavabdeh onları mülkiyyət hüququndan məhrum etməklə onlara ümumilikdə 91.200 (doxsan bir min iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur.Ona görə də hesab edirlər ki, cavabdehdən 0,57 ha torpaq sahəsi üçün 91. 200 (doxsan bir min iki yüz) manat, əldən çıxmış faydaya görə 50. 000 (əlli min) manat və mənəvi ziyana görə 50. 000 (əlli min) manat pul tutularaq onlara ödənilməlidir. Qarşılıqlı iddiaçı üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona və digər cavabdehə qarşı Göygöl rayon məhkəməsində iddia qaldıraraq Göygöl rayon X9 xx xxxxxx 2001–ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,57 ha torpaq sahəsinə dair bağlanmış alğı–satqı müqaviləsinin etibarsız hesab olunması və onlara verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsinin özünə qaytarılmasını xahiş etmişdir. Bildirir ki, o mübahisəli torpaq sahəsinə görə cavabdehlərə 2002-ci ildə Gəncə şəhəri sovxoz Nizami deyilən yerdə yerləşən 5 otaqlı evini (indiki bazar qiyməti ilə dəyəri 50.000 manat olan) satıb cavabdehlərə vermişdir. Cavabdehlərdən aldığı torpağa xeyli miqdarda meyvə ağacları əkmişdir. Meyvə ağaclarının çoxunu qırsalar da, hələ hazırda 400 ədəd meyvə ağaclarının «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1–ci bəndinə əsasən ona məxsus ağaclara görə cavabdehlərdən 45100 manat pul tutulub ona verilməlidir. Cavabdehlərdən həm də mübahisəli torpaq sahəsinə uzunluğu 450 metr olan, diametri 250 mm olan su turbasının çəkilməsi üçün xərclənmiş 7000 manat pul, həmçinin torpaq sahəsinin ətrafına 67 metr uzunluğunda bir tərəfdən, 95 metr uzunluğunda bir tərəfdən, 50 metr uzunluğunda hündürlüyü 2,60 metr olan daş hasarın bütün xərci kimi 15.000 manatın, cəmi məbləğ kimi 147.000 manat cavabdehlərdən tutulub ona ödənilməlidir. Bildirir ki, o mübahisəli torpağı özbaşına tutmamışdır. Torpaq sahəsinə pul verib almışdır. 2002-ci ildən bir müddət istifadə edib sonra satmışdır. Torpaq sahəsinə görə bütün vergiləri ödəmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsində torpaq sahəsinə görə torpağı alan şəxsə çıxarış verilmişdir. Bu bir daha onu sübut edir ki, o torpaq sahəsini qanuni əsaslarla əldə etdiyi üçün onun qarşılıqlı iddiası əmin edilməlidir. Həm də iddia ilə qarşılıqlı iddia məhkəmə qətnaməsi ilə eyni vaxtda icra olunmalıdır.Odur ki,qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: “xxxxx” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 255 nömrəli rəyindən müəyyən edilir ki, Göy-Göl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinin 01 sotunun bu günkü günə orta bazar qiyməti 1600-1800 manat təşkil edir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmağına baxmayaraq torpağın yerləşdiyi ərazi və ətraf ərazisi həyət yanı torpaq sahəsi kimi istifadə olunur; Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Göygöl Dövlət X23 xx xxxxx 2020-ci il tarixli, 09 nömrəli rəyi ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qizinin, İddiaçı4, İddiaçı5 qizinin və İddiaçı6 JN–0257 (kod 50806028) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətlərinə kənd təsərrüfatı məhsulu istehsalı üçün verilmiş 0.57 ha torpaq sahəsi mübahisəli olmaqla bu günə qədər təyinatı üzrə istifadə olunmamış, həmin torpaq sahəsindən istifadə etməmələrinə səbəb torpağa mülkiyyət hüququna dair yaranmış mübahisə və keçmiş Xanlar (Göygöl) Rayon məhkəməsinin xx xxxxxx 2007–ci il tarixli 2-50-2007 nömrəli qətnaməsi ilə həmin torpaq sahəsinin mülkiyyət hüququnun Gəncə şəhər sakini Cavabdeh verilməsi olmuşdur.Yuxarida göstərilən səbəbdən iddiaçılar həmin ərazidə əkin-biçin işləri aparmamışlar. Həmin əraziyə yaxın torpaq sahələrində digər istehsalçılar meyvə-tərəvəz bitkilərinin əkilib becərilməsi ilə məşğul olmuşlar. İddiaçılar mübahisəli torpaq sahələrində göstərilən səbəbdən əkin–biçinlə məsğul olmadıqlarından illər ərzində kənd təsərrüfatının istehsalına xərc çəkilməmiş və gəlir əldə olunmamışdır. Bununla bərabər mübahisəli ərazidə əkin işləri aparılacağı təqdirdə 321,0 manat istehsal xərci çəkilməklə 160,6 manat xalis gəlir götürülə bilərdi. Mübahisəli torpaq sahəsi iddiaçıların əlindən çıxdığı illər ərzində əkin-biçin üçün yararlı olmuşdur; Torpağa mülkiyyət hüququna dair JN-0257 seriyalı, KOD 50806028 nömrəli dövlət aktından görünür ki, iddiaçıların mülkiyyətində 0,57 ha kənd təsərrüfatı istehsalı məqsədləri üçün torpaq sahəsi omuşdur; Xanlar rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə Xanlar Rayonunun Üçtəpə kəndində yerləşən İddiaçı1 Cəmil oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan 0,57 hektar torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi qət edilmişdir; Cavabdeh İddiaçı1 Cəmil oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Xanlar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 2–50-2007 nömrəli qətnaməsinin torpağın mülkiyyətə verilməsinə dair JN–02xx xxx 50806028 nömrəli Dövlət Aktı ilə İddiaçı1 Hüseyn oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan 0, 57 ha torpaq sahəsinin iddiaçı Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-02xx xxx 50806028 nömrəli Dövlət Aktı ilə İddiaçı1 Hüseyn oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus olan 0,57 ha torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2104)·1649/2916 saylı qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik eqən və məruzəçi), Elçin Xasməmmədov və Azər Bayramov) cavabdehlər X19 tərəfindən verilmiş apelyasiya şikayətri təmin edilmiş, Xanlar Rayon Məhkəməsinin xx xxxxxx 2007–ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Xanlar rayonu, Uçtəpə kəndində yerləşən İddiaçı1 Cəmil oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan 0,57 hektar torpaq sahələrinin iddiaçı Cavabdeh satılması barədə alqı–satqı müqaviləsinin bağlanmış hesab edilməsi; Xanlar rayonu, Üçtəpə kəndində yerləşən İddiaçı1 Cəmil oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan 0,57 hektar, X1 və onun ailə üzvü X6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və onun ailə üzvləri İddiaçı6 Əhəd oğluna, X11 məxsus olan 0,37 hektar torpaq sahələrindən istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2104)·1649/2916 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(10)-4206/2019 nömrəli Qərarından müəyyən edilir ki, Göygöl rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Məmmədov, iş 2(066)-557/2018) ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı6, X7, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh, X13, X24, X2, X20, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Göygöl rayon Dövlət Notariat Kontoruna qarşı onların mülkiyyətində olan 0,57 ha torpaq sahəsinə Cavabdeh AN-İ № ******* saylı xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin, X13, X24, X3ma nisbətdə X20 ilə bağanmış AN-İ № ******* saylı xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və adma verilmiş Çıxarışın, X21ma verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın, X3ma verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın və X14 verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın ləğv edilməsi barədə ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 qızma, İddiaçı6, İddiaçı3 qızma, İddiaçı5 qızma və İddiaçı4 qarşı ilkin iddiaçılardan onun tərəfindən mübahisəli torpaq sahəsində əkilmiş 215 ədəd meyvə ağacının dəyəri 45100 manat, 1000 ədəd üzüm tənəyinin dəyəri olan 50000 manat, 2002- ci ildə cavabdehlərə torpaq sahəsinə görə verdiyi 2000 ABŞ dollarının bu günkü məzənə ilə 40000 manat, 150 metr uzunluğunda 400 sm diametrində su borusunun dəyəri və çəkilmə xərci olan 7000 manat, 67 metr uzunluğunda bir tərəfin və 95 metr bir tərəfin hündürlüyü 2,6 metr olan daşdan tikilmiş divarın dəyəri kimi 15000 manat, cəmi 147000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X15 ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 qızma, İddiaçı6, İddiaçı3, İddiaçı5 qızma və İddiaçı4 qarşı ilkin iddiaçılardan onun tərəfindən mübahisəli torpaq sahəsində tikdirdiyi evin dəyəri kimi 70000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə dövlət rüsumu kimi iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) tərəfindən ödənilmiş 10 (on) manat və ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat və X24 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində pulun onların özlərinə aid edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərci ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, X4, İddiaçı5, İddiaçı4 müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Quliyev (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və R.Mamedov, iş № 2(104)-698/2019) ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, X18, İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göygöl rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6, X12, İddiaçı5 və İddiaçı4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.Ali Məhkəmənin həmin Qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı1 və digər iddiaçıların nümayəndəsi və vəkili X22 məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, əgər iddiaçılar ona dəymiş ziyanı ödəsələr,o onlara həmin torpaq sahəsinə uyğun olan yerdə torpaq sahəsi verə bilər. O, 145.000 manat boruya, ağac və tinglərə xərc çəkmişdir. Odur ki, qətnamə qəbul edilərkən bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, öncə ilkin iddia tələbində göstərilən dəlillərə hüquqi qiymətin verilməsi zəruridir. Belə ki, ilkin iddia tələbindən göründüyü kimi iddiaçılar iddia edirlər ki, onların mülkiyyətlərində olan Göygöl rayonu Üçtəpə kəndi ərazisində ümumilikdə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanunsuz olaraq mülkiyyətlərindən çıxarılmış və bununla onlara maddi və mənəvi ziyan dəymişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 0,57 ha torpaq sahəsi üçün 91200 manat, əldən çıxmış faydaya görə isə 50.000 manat maddi ziyan dəydiyini bildirmiş və məhkəmə araşdırılması zamanı iddia tələbinin həmin hissələrdə qismən əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). İddia ərizəsindən və iddiaçının izahatlarından göründüyü kimi iddiaçılar cavabdehin hərəkətləri nəticəsində onlara dəymiş real zərərin ödənilməsini tələb edir. İddiaçılar iddia tələbində digər formada maddi zərər, o cümlədən, əldə çıxmış fayda ilə bağlı mövqe irəli sürmüş və iddia ərizəsində belə bir əsaslandırma ilə çıxış etmişlər. Mülki qanunvericilikdən göründüyü kimi hər hansı şəxsə dəymiş real zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi başa düşülür. Qanunun mənasına görə şəxsin əmlakının zədələnməsindən irəli gələn real zərər həmin əmlakın dəyərinin azaldığı məbləğdən, yaxud əmlakın özünün dəyərindən, yəni şəxsin real əmlak itkisindən artıq ola bilməz. Əgər əmlakın ilkin vəziyyətinin bərpa olunması hətta əmlakın özünün də dəyərini aşan qeyri-mütənasib xərclər tələb edirsə, dəymiş real zərər əmlakın ilkin vəziyyətinin bərpa olunmasına tələb olunan xərclərlə eyniləşdirilə bilməz. Belə ki, Mülki Məcəlləyə müvafiq olaraq zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir (maddə 459.1). Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər (maddə 459.5). Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı cavabdeh eyni növlü və keyfiyyətli əmlak iddiaçıya təklif etsə də, iddiaçı bununla razılaşmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə müvafiq olaraq torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər (maddə 101). Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar (maddə 112). Beləliklə, hazırkı mübahisə üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş real zərər onun əlindən çıxmış əmlakın hazırki bazar qiyməti ilə dəyərini təşkil edir. İş materialları əsasında iddiaçılara məxsus kənd təsərrüfatı təyinatlı torpağın qanunsuz olaraq,yəni cavabdehin təqsirli hərəkətləri nəticəsində əldən çıxması müəyyən edilmişdir. Belə ki, Xanlar rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə Xanlar Rayonunun Üçtəpə kəndində yerləşən İddiaçı1 Cəmil oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan 0,57 hektar torpaq sahəsinin istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi qət edilsə də, cavabdeh İddiaçı1 Cəmil oğlunun apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Xanlar Rayon Məhkəməsinin xx xxxxxx 2007–ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Xanlar rayonu, Uçtəpə kəndində yerləşən İddiaçı1 Cəmil oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan 0,57 hektar torpaq sahələrinin iddiaçı Cavabdeh satılması barədə alqı–satqı müqaviləsinin bağlanmış hesab edilməsi; Xanlar rayonu, Üçtəpə kəndində yerləşən İddiaçı1 Cəmil oğluna və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məxsus olan 0,57 hektar, X1 və onun ailə üzvü X6 məxsus olan 0,05 hektar, Hüseynova (Quliyeva) Vəfa Kazım qızına və onun ailə üzvləri İddiaçı6 Əhəd oğluna, X11 məxsus olan 0,37 hektar torpaq sahələrindən istifadə və mülkiyyət hüququnun iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmişdir. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı1 Cəmil oğlu ilə bağlı xx.xx.2005-ci ildə tərtib olunmuş akt əsasında alğı-satqının bağlanmış hesab olunması əsassız hesab edilmişdir. Cavabdeh İddiaçı1 Cəmil oğlu və onun ailə üzvlərindən torpaq sahələri alarkən qanunauyğun alğısatqı həyata keçirilməməsinə baxmayaraq, cavabdehlərlə aralarında akt tərtib edildiyini, həmin aktlara əsasən cavabdehlərə torpaq sahələrinin dəyəri olan pulu ödədiyini və cavabdehlərin pulu şahidlərin yanında alması, gələcəkdə heç bir narazılıq olmayacağı qeyd olunmasına dair dəlillərinə də məhkəmə qiymət verilmiş və apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, həmin aktda torpaq sahəsinin alğı-satqısı ilə bağlı qeydlər göstərilmiş olsa da, lakin satıcı tərəf olan şəxslər,yəni cavabdehlər həmin akta imza etməmişlər.Bununla da həmin aktların cavabdehlərin torpaq sahələrinin alğı-satqısı ilə bağlı öz iradə ifadələrini əks etdirməsi təkzib edilmişdir. Beləliklə işdə olan sənədlərlə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin iş üzrə cavabdehin hüquqa zidd davranışları nəticəsində əldən çıxması sübuta yetirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən göründüyü kimi iddiaçıların mülkiyyətində olmuş torpaq sahəsi hazırki iş üzrə cavabdeh tərəfindən üçüncü şəxslərə satılmış, iddiaçılar alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə həmin üçüncü şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, məhkəmə tərəfindən üçüncü şəxslərin vicdanlı alıcı olmaları qənaətinə gəlinmiş və hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsi nəticəsində onlara dəymiş ziyanla bağlı Cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması istisna edilməmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri baxımından yaranmış vəziyyətdə məhkəmə dəymiş real zərərin əvəzinin ödənilməsini iddiaçıya onun mülkiyyətindən çıxmış əmlakının orta bazar dəyərinin pul əvəzinin verilməsi yolu ilə mümkün hesab edir. Çünki iddiaçılarla cavabdeh arasında əvvəllər torpaq sahəsinin alğısatqısı ilə bağlı hər hansı razılıq olmamış və torpaq sahəsi tərəflər arasında qiymətləndirilməmiş, tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi də etibarsız hesab edilmişdir. Məhkəmə iddiaçının torpaq sahəsinin bazar dəyəri ilə bağlı məhkəməyə təqdim etdiyi rəyi sübut növü kimi qəbul edir. Belə ki, rəydə göstərilənlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıların mülkiyyətində olmuş torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin verilməsini təklif etmiş, iddiaçı isə bununla razılaşmadığını bildirmişdir.İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 255 nömrəli “xxxxx”MMC tərəfindən verilmiş rəydən görünür ki, Göy-Göl rayonu Üçtəpə kəndi ərazisində həmin torpaq sahəsinin bir sotunun bu günə olan orta bazar qiyməti 1600-1800 manat təşkil edir. Məhkəmə torpaq sahəsinin hər sotunun qiymətinin 1600 manat qəbul edilməsini işin hallarına uyğun hesab edir. Belə olduğu halda məhkəmə hesab edir ki, 0,57 ha torpaq sahəsinin qiyməti olan 91.200 (doxsan bir min iki yüz manat) manat pul Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə əldən çıxmış faydaya görə 50.000 manat məbləğində pulun cavabdehdən alınmasına dair iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi hazırki iş üzrə iddiaçılar tərəfindən Xanlar Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və həmin qətnamənin ləğvinə dair məhkəmə aktı 2016-cı ildə qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçılar 2007-ci ildən 2016-cı ilədək olan dövr ərzində mülkiyyətlərində olan torpaq sahəsi ilə maraqlanmamışlar və həmin torpaq sahəsi üzərində hər hansı əkin-biçin işləri ilə məşğul olmaq niyyətlərində olmamışlar. Əks halda onlar məhz 2007-ci ildən onların mülkiyyətində olmuş torpaq sahəsinin başqaları tərəfindən istifadə edildiyinin şahidi olardılar. Ona görə də məhkəmə hesab edir ki, 2016-cı ildən hazırki vaxtadək olan dövr ərzində iddiaçıların mübahisəli torpaq sahəsindən istifadə ilə bağlı əldən çıxmış fayda hesablanaraq nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan da müəyyən edilir ki, iddiaçılar beş il bundan öncə mülkiyyətlərində olan torpaqdan məhrum edildiklərini bilmişlər. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Göygöl Dövlət X23 xx xxxxx 2020-ci il tarixli, 09 nömrəli rəyi ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qizinin, İddiaçı4, İddiaçı5 qizinin və İddiaçı6 JN–0257 (kod 50806028) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətlərinə kənd təsərrüfatı məhsulu istehsalı üçün verilmiş 0.57 ha torpaq sahəsi mübahisəli olmaqla bu günə qədər təyinatı üzrə istifadə olunmamış, həmin torpaq sahəsindən istifadə etməmələrinə səbəb torpağa mülkiyyət hüququna dair yaranmış mübahisə və keçmiş Xanlar (Göygöl) Rayon məhkəməsinin xx xxxxxx 2007–ci il tarixli 2-50-2007 nömrəli qətnaməsi ilə həmin torpaq sahəsinin mülkiyyət hüququnun Gəncə şəhər sakini Cavabdeh verilməsi olmuşdur.Yuxarida göstərilən səbəbdən iddiaçılar həmin ərazidə əkin-biçin işləri aparmamışlar. Həmin əraziyə yaxın torpaq sahələrində digər istehsalçılar meyvə-tərəvəz bitkilərinin əkilib becərilməsi ilə məşğul olmuşlar. İddiaçılar mübahisəli torpaq sahələrində göstərilən səbəbdən əkin–biçinlə məsğul olmadıqlarından illər ərzində kənd təsərrüfatının istehsalına xərc çəkilməmiş və gəlir əldə olunmamışdır. Bununla bərabər mübahisəli ərazidə əkin işləri aparılacağı təqdirdə 321,0 manat istehsal xərci çəkilməklə 160,6 manat xalis gəlir götürülə bilərdi. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların torpaq sahəsindən istifadə etmədikləri 2016-2020-ci illərdə, yəni 5 il ərzində əkin işləri aparacaqları halda, ildə 160,6 manat olmaqla, cəmi 803 manat məbləğində xalis gəlir götürə bilərdilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək 803 manat cavabdehdən alınaraq iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar mülkiyyətlərində olan əmlak üzərində öz iradələrinə uyğun şəkildə sərəncam vermədikləri halda onlar mülkiyyətlərində olmuş əmlaka sərbəst surətdə sahib ola bilmək və ondan istifadə edə bilmək hüquqlarından məhrum edilmişlər. Məhkəmə iddiaçıların mənəvi ziyana dair iddia tələbi ilə bağlı onu qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 4-cü maddəsinə və X27 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X27 Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, iddiaçılar uzun müddətdir cavabdehin təqsirli hərəkətləri nəticəsində öz mülkiyyətlərindən məhrum edilsələr də, ayrı-ayrı vaxtlarda hazırki iş üzrə iddiaçıların hüquqi marağını təmin edən məhkəmə aktlarının qəbul edilməsi iddiaçıların şüurunda yaranmış müəyyən mənfi psixi reaksiyalara səbəb olsa da belə həmin məhkəmə aktlarının qəbul edilməsi ilə qeyd edilən sarsıntılar artıq müəyyən müddətdən sonra aradan qalxmış hesab edilə bilər. Onba görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyana aid hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə onu qeyd edir ki, göründüyü kimi qarşılqılı iddia tələbinin dəlillərindən biri 2005-ci ildə torpaq sahəsinin alğı-satqısına dair akt tərtib edilərkən hazırki iş üzrə iddiaçılara 2000 ABŞ dolları məbləğində pulun verilməsindən ibarət olmuşdur. Əvvəla İddiaçı1 Cəmil oğlu ilə bağlı xx.xx.2005-ci ildə tərtib olunmuş akt əsasında alğı-satqının bağlanmış hesab olunması apellyasiya instansiyası tərəfindən əsassız hesab edilmişdir. Cavabdeh İddiaçı1 Cəmil oğlu və onun ailə üzvlərindən torpaq sahələri alarkən qanunauyğun alğı-satqı həyata keçirilməməsinə baxmayaraq, cavabdehlərlə aralarında akt tərtib edildiyini, həmin aktlara əsasən cavabdehlərə torpaq sahələrinin dəyəri olan pulu ödədiyini və cavabdehlərin pulu şahidlərin yanında alması, gələcəkdə heç bir narazılıq olmayacağı qeyd olunmasına dair dəlillərinə də məhkəmə qiymət vermiş və apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, həmin aktda torpaq sahəsinin alğı-satqısı ilə bağlı qeydlər göstərilmiş olsa da, lakin satıcı tərəf olan şəxslər,yəni cavabdehlər həmin akta imza etməmişlər.Bununla da həmin aktların cavabdehlərin torpaq sahələrinin alğı-satqısı ilə bağlı öz iradə ifadələrini əks etdirməsi təkzib edilmişdir. Bunda başqa da Elturan hazırki iş üzrə iddiaçılara 2000 ABŞ dollarında pul verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin qalan hissəsini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən təmir, yenidən qurma işləri aparılsa da belə torpaq sahəsi mülkiyyətçilərin, yəni iş üzrə iddiaçıların sahibliyindən çıxdıqdan sonra aparılmışdır. Hazırki iş üzrə iddiaçılar cavabdehə həmin işlərin görülməsi ilə bağlı tapşırıq verməmiş, tərəflər arasında bununla bağlı hərhansı razılıq olmamışdır. Bundan başqa da məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının qeyd edilən iddia tələbi ilə torpaq sahəsinin faktiki mülkiyyətçilərinə qarşı məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. (Azərbaycan Respublikası MPM-si 14.2, 76.1, 77.1, 80, 81, 88, 106.1, 217.3, 217.4, 218.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi qismın təmin edildiyindən və iddiaçılar məhkəmə xərcini tələb etmədiyindən iddiaçılar və cavabdeh tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onların özlərinə aid edilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən və iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 91200 manat və əldən çıxmış faydaya görə 803 manat, cəmi 92003(doxsan iki min üç manat) Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 verilməli, ilkin iddia tələbi qalan hissələrdə təmin edilməməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən və iddiaçıların mülkiyyətlərində olmuş 0,57 ha torpaq sahəsinin orta bazar qiyməti olan 91200 manat və əldən çıxmış faydaya görə 803 manat, cəmi 92003(doxsan iki min üç manat) Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 verilsin. İlkin iddia tələbi qalan hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-242/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-242/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver