Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2448/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 14.11.2018-ci il tarixli müqaviləsinə əsasən, Philips markalı üzqırxan, HOFFMANN markalı mikrodalğalı soba, HOFFMANN markalı mini soba üçün 54 manat ödənilməmiş hissə, 5 manat cərimə, 27.01.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı qabyuyan və mikser üçün 290 manat ödənilməmiş hissə, 29 manat cərimə, 20.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15378 Xiaomi Redmi 8 markalı telefon üçün 180 manat ödənilməmiş hissə, 18 manat cərimə, ümumilikdə 576 manat borc, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 14.11.2018-ci il tarixli, 27.01.2019-cu il tarixli və 20.11.2019-cu il tarixli müqavilələrinə əsasən Philips markalı üzqırxan, HOFFMANN markalı mikrodalğalı soba, HOFFMANN markalı mini soba, HOFFMANN markalı qabyuyan və mikser və İMEİ kodu **********15378 Xiaomi Redmi 8 markalı telefon almış və nəticədə 576 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 666 manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) Philips markalı üzqırxan, HOFFMANN markalı mikrodalğalı soba, HOFFMANN markalı mini soba üçün 59 manat olmaqla ondan, 54 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə, 27.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1063 manat (18 ay x 58 manat + 19 manat ilkin ödəniş) HOFFMANN markalı qabyuyan və mikser üçün 319 manat olmaqla ondan, 290 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 manat cərimə, 20.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 496 manat (18 ay x 26 manat + 28 manat ilkin ödəniş) İMEİ kodu **********15378 Xiaomi Redmi 8 markalı telefon üçün 198 manat olmaqla ondan, 180 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1701 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 14.11.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən Philips markalı üzqırxan, HOFFMANN markalı mikrodalğalı soba, HOFFMANN markalı mini sobanı 666 manata almışdır. - Tərəflər arasında bağlanmış 14.11.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 20.12.2018-ci il tarixdən 20.05.2020-ci il tarixədək 18 ay ərzində hər ay 37 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 27.01.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən HOFFMANN markalı qabyuyan və mikser 1063 manata almışdır. - Tərəflər arasında bağlanmış 27.01.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 28.02.2019-cu il tarixdən 31.07.2020-ci il tarixədək 18 ay ərzində hər ay 58 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 20.11.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********15378 Xiaomi Redmi 8 markalı telefonu 496 manata almışdır. - Tərəflər arasında bağlanmış 20.11.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 25.12.2019-cu il tarixdən 25.05.2021-ci il tarixədək 18 ay ərzində hər ay 26 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 27.05.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 14.11.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 612 manat, ödənilməmiş məbləği 54 manat, cərimə məbləği 5 manat, ümumilikdə ödənilməmiş məbləği 59 manat, 27.01.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 773 manat, ödənilməmiş məbləği 290 manat, cərimə məbləği 29 manat, ümumilikdə ödənilməmiş məbləği 319 manat, 20.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 316 manat, ödənilməmiş məbləği 180 manat, cərimə məbləği 18 manat, ümumilikdə ödənilməmiş məbləği 198 manat olmaqla cəmi ödənilməmiş məbləği 576 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 14.11.2018-ci il tarixli, 27.01.2019-cu il tarixli və 20.11.2019-cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 14.11.2018-ci il tarixli müqavilə üzrə 54 manat ödənilməmiş hissə, 5 manat cərimə, 27.01.2019-cu il tarixli müqavilə üzrə 290 manat ödənilməmiş hissə, 29 manat cərimə, 20.11.2019-cu il tarixli müqavilə üzrə 180 manat ödənilməmiş hissə, 18 manat cərimə olmaqla cəmi ümumilikdə cəmi 576 (beş yüz yetmiş altı) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2448/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2448/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver