Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2449/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı «Pareks Lizinq and Faktorinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Pareks Lizinq and Faktorinq” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2019-cu il tarixli 01/230/19 saylı Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 4627.45 manat əsas, 1973.48 manat cərimə pulu olmaqla, cəmi 6600.93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, «Pareks Lizinq and Faktorinq” MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli 01/230/19 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı qiyməti 5554.31 manat olan 1 ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş cədvəlinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviəyə əlavə olan ödəniş qrafikinə əsasən 07.04.2021-ci il tarixinədək 926.86 manat ödəniş edib, cavabdeh müqavilə üzrə borcu 4627.45 manat əsas, 1973.48 manat dəbbə pulu olmaqla, cəmi 6600.93 manat təşkil edir. Cavadeh tərəfindən müqavilə üzrə ödənişlər 406 gün müddətinə gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Müqavilənin müddəti 10.10.21-ci il tarixdə bitir. Ona görə də, müqavilə üzrə 6600.93 manat məbləğində borc Cavabdeh tutularaq «Pareks Lizinq and Faktorinq” MMC-nə ödənilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclasında səlahiyyətli nümayəndənin gəlmə imkanı məhdud olduğundan, onların iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - 30.09.2019-cu il tarixli NAS-01/230/19 saylı nisyə alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh «Pareks Lizinq and Faktorinq” MMC-dən “Teplo” markalı divardan asılan məişət qaz qazanını 5554.31 manata 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - 07.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın «Pareks Lizinq and Faktorinq” MMC-yə 30 sentyabr 2019-cu il tarixli 01/230/19 saylı (nisyə) alqısatqı müqaviləsinə görə 3007.45 manat ödəniş üzrə borc qalığı ,1620 manat əsas borcun qalığı , 1973.48 manat cərimə borcu, cəmi 6600.93 manat borcu vardır. 11.10.2019-cu il tarixli əmlakın təhvil təslim aktından görünür ki, «Pareks Lizinq and Faktorinq” MMC 30.09.2019-cu il tarixli NAS-01/230/19 saylı nisyə alqı-satqı müqavilənə əsaəsn buraxılış ili 2018-ci il olan “Teplo” markalı divardan asılan məişət qaz qazanını alıcı Cavabdeh təhvil vermişdir. 17.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh «Pareks Lizinq and Faktorinq” MMC ilə bağladığı 30.09.2019-cu il tarixli NAS-01/230/19 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün xəbərdar edilmişdir. 24 aprel 2020- cil il, 15 iyul 2020-ci il və 13 oktyabr 2020-ci il tarixli tələb məktublarından görünür ki, Cavabdeh «Pareks Lizinq and Faktorinq” MMC tərfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə tələb məktubu göndərilmiş ondan «Pareks Lizinq and Faktorinq” MMC-yə olan borcunu dərhal ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən «Pareks Lizinq and Faktorinq” MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 30.09.2019-cu il tarixli NAS-01/230/19 saylı nisyə alqısatqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə pulu azaldılaraq 30.09.2019-cu il tarixli müqavilə üzrə 40 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, «Pareks Lizinq and Faktorinq” MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli 01/230/19 saylı Nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, 30.09.2019-cu il tarixli müqavilə üzrə 4627.45 manat əsas, 40 manat cərimə, cəmi 4667.45 manat məbləğində pul, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «Pareks Lizinq and Faktorinq” MMC ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli 01/230/19 saylı Nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh 30.09.2019-cu il tarixli müqavilə üzrə 4627.45 manat əsas, 40 manat cərimə, ümumilikdə 4667 (dörd min altı yüz altmış yeddi) manat, 45 (qırx beş) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq iddiaçı «Pareks Lizinq and Faktorinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2449/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2449/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver