Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2457/2020 06.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli 109.LN.2102.210115.00002 saylı kredit müqaviləsi üzrə 1632.25 manat əsas və 278.27 manat faiz olmaqla, cəmi 1910.52 manat borcun və ödənilmiş 20.40 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(044)- 2644/2018 saylı məhkəmə əmrinə əsasən xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, R.Qasımov 1-dalan, ev 6-da yaşayan Cavabdeh1, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 37, mənzil 5-də yaşayan Cavabdeh2 və xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 4-cü döngə, 1-ci dalan, ev 5-də yaşayan Cavabdeh3 Gəncə şəhəri, H.Əliyev prospekti 125 ünvanda fəaliyyət göstərən İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 109.LN.2102.210115.00002 saylı müqavilə üzrə 1632,25 manat məbləğində əsas, 278,27 manat məbləğində faiz borcu olmaqla, cəmi 1910.52 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rümunun tutulması qərara alınmışdır. Borclu Cavabdeh1 ərizə ilə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2457/2020 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, xx xxxxxx 2015-ci il tarixli 109.LN.2102.210115.00002 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 26 faizlə 20 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxx 2018-ci il tarixə Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli 109.LN.2102.210115.00002 saylı kredit müqaviləsi üzrə 1632.25 manat əsas və 278.27 manat faiz borcu olmaqla, cəmi 1910.52manat borcu yaranmışdır. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamışlar və borcu ödəməkdən boyun qaçırmışlar. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək, zaminlərə münasibətdə iddiaya xitam verilməsini, ona münasibətdə isə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 109.LN.2102.210115.00002 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 26 faizlə 20 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. - xx xxxxxx 2015-ci il tarixli 109.CL.210115.00002/c saylı və 109.CL.210115.00002/b saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 zamin kimi xx xxxxxx 2015-ci il tarixli 109.LN.2102.210115.00002 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri öz üzərlərinə götürmüşlər. - xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu, əsas borc üzrə 1632.25 manat, faiz borcu üzrə 278.27 manat ümumilikdə 1910.52 manat təşkil edir. - xx xxxxxx 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 8280 manat pul verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmış, lakin cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərini vaxtı-vaxtında icra etməmişlər və onların 1632.25 manat əsas, 278.27 faiz borcu olmaqla, 12645,51 manat cəmi 1910.52 manat borcu ödənilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən aldığı krediti vaxtında ödəməyərək sonuncu qarşısında üzərinə götürdüyü öhdəliyə tam əməl etməmişdir. Buna görə də iddiaçının ondan kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabde Cavabdeh1 iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, Cavabdeh1iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia ona münasibətdə təmin olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bununla belə, məhkəmə iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx xxxxxx 2015-ci il tarixdə 20 ay müddətinə bağlanmış kredit və zaminlik müqavilələrinin müddəti xx xxxxxxxx 2016-cı il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor İddiaçı ASC zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1632.25 manat əsas və 278.27 manat faiz olmaqla, cəmi 1910.52 manat borc tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının MPM-nin 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə əmri ləğv edilərək iddia icraatına keçdiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, kəsir qalan 9.60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1632.25 manat əsas və 278.27 manat faiz olmaqla, cəmi 1910 manat (min doqquz yüz on) manat 52 (əlli iki) qəpik məbləğində borc və 20 (iyirmi) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutulsun. Qalan hissədə iddia rədd edilsin. İş üzrə kəsir qalan 9 (doqquz) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2457/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2457/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver