Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2457/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Turanbank ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli İK № GK-121- MK/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada onun xeyrinə 4459.53 manat əsas, 15.54 manat faiz, 2.59 manat cərimə borcu olmaqla, cəmi 4477,66 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Turanbank ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli İK № GK-121-MK/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada onun xeyrinə 4459.53 manat əsas borc, 31.89 manat faiz borcu, 4.22 manat cərimə borcu olmaqla ümumilikdə 4495.64 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-ci il tarixli İK № GK-121-MK/2019 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1 faiz 12 ay güzəşt müddəti olmaqla 4459.53 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Zamin1 və Zamin2 arasında 16.12.2019-cu il tarixli № GK-121-MK/2019 saylı zaminlik müqaviləsi bağlanmışdır.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh 16.12.2019-cu il tarixli İK № GK-121-MK/2019 saylı kredit müqaviləsinə əsasən 15 aprel 2021-ci il tarixinə kimi kredit müqaviəsi üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun ödəməmişdir. Hal-hazırda Cavabdeh banka 4459.53 manat əsas borc, 31.89 manat faiz borcu, 4.22 manat cərimə borcu olmaqla ümumilikdə 4495.64 manat kredit borcu qalmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 16.12.2019-cu il tarixli İK nömrəli GK-121MK/2019 saylı Güzəştli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASCdən illik 1 faiz 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə götürdüyü 4459.53 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 16.12.2019-cu il tarixli GK-121MK/2019 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, 16.12.2019-cu il tarixli İK nömrəli GK-121MK/2019 saylı kredit müqaviləsinin təminatı kimi Zamin2 və Zamin1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmışlar, borclu Cavabdeh Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Zamin2 və Zamin1 Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 16.12.2019-cu il tarixli X3 surətindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4459.53 manat məbləğində kredit verilmişdir. - 04 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 banka olan borclarını ödəmələri barədə xəbərdarlıq edilmişdirlər. - 11 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 dekabr 2019-cu il tarixli GK-121MK/2019 nömrəli kredit müqaviləsi üzrə 4459.53 manat əsas, 31.89 manat faiz, 4.22 manat cərimə borcu olmaqla, cəmi 4495.64 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ vardır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 16.12.2019-cu tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, Zamin2 və Zamin1 zaminlik müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər, buna görə də iddiaçı onlar da borcun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Turanbank ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli İK № GK-121-MK/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, 4459.53 manat əsas, 31.89 manat faiz, 4.22 manat cərimə borcu olmaqla, cəmi 4495.64 manat məbləğində borc cavabdehdənmüştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdənlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Turanbank ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli İK № GK-121-MK/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdehlər Cavabdeh, Zamin1ndn və Zamin2 müştərək qaydada 4459.53 manat əsas, 31.89 manat faiz, 4.22 manat cərimə borcu olmaqla, cəmi 4495 (dörd min dörd yüz doxsan beş) manat 64 (altmış dörd) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2457/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2457/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver