Məhkəmə qərarları › İş №2(044)-2461/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2461/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2461/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit və faizlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i : İddiaçı BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2185.95 manat əsas, 49.34 manat faiz, cəmi 2235.29 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan: 1 ədəd üzük (583), 1 ədəd üzük (Q/S-583), 1 ədəd saat (Q/S-583), 2 ədəd sırğa (Q/S-583), 2 ədəd üzük (Q/S-585), 1 ədəd sırğa (Q/S-585), 2 ədəd sırğa (Q/S-583), 2 ədəd klon (Q/S-585), 1 ədəd qolbağı (Q/S-585), 1 ədəd sırğa (Q/S-585), 1 ədəd klon (Q/S-583), 1 ədəd sep(sınıq-583), cəmi 16 sayda, 69.7 qr qızıl 25520825 manat, əlavə zinyət əşyalarının dəyəri 5207.23 manat qiymətlilərə yönəldilməsi, onların aşıq hərracda satış yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı BOKT MMC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, vurulmuş zərərin, cəmi 2235.29 manat, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə onun ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını da xahiş etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəlləsinin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən məhkəmə tərəflərin məhkəmə iclasında iştirak etməmələrini üzrsüz sayır və hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar