Məhkəmə qərarları › İş №2(044)-2464/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2464/2020

25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2464/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı birdəfəlik ödəmənin verilməsi, dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı birdəfəlik ödəmənin verilməsi, dəymiş maddi və mənəvi ziyan tələbinə və.s iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək belə hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsində qeyd olumuşdur ki, hüququ şəxs qanunla müəyyənləşdirilmış qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmiş elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində olmaq hüququna malikdir. Hüququ şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Ərizənin məzmunundan göründüyü kimi iddiaçının tələbinin yönəltdiyi cavabdehlər hüquqi şəxslər olmaqla onların ünvanlarının olduğu yer Bakı şəhəri olduğundan iddiaçı cavabdehlərdən birinin olduğu yerin məhkəməsinə ərizə ilə müraciət etmək əvəzinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilənlərə əsasən hesab edirəm ki, cavabdehlər hüquqi şəxs olaraq olduğu yerin ünvanı Bakı şəhəri olduğundan iddia hüquqi şəxslərin rəsmi qeydə alındığı yerin birinin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildisə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı birdəfəlik ödəmənin verilməsi, dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar