Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2468/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 07.11.2019-cu il tarixli müqaviləyə əsasən Lydos markalı su qızdırıcı ariston üçün 230 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 778 manat ödənilməmiş hissə, 241 manat dəbbə pulu miqdarında borc, 09.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99593 Xiaomi Redmi 8 markalı telefon üçün 259.6 manat ödənilməmiş hissə, 77.4 manat dəbbə pulu, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı paltaryuyan və soyuducu üçün 1202.6 manat ödənilməmiş hissə, 210.4 manat dəbbə pulu, ümumilikdə 3065 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddanı müdafiə edərək bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə 07.11.2019-cu il tarixli, 11.10.2019-cu il tarixli, 09.01.2020-ci il tarixli və 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən Lydos markalı su qızdırıcı ariston, Samsung LED markalı televizor, İMEİ kodu **********99593 Xiaomi Redmi 8 markalı telefon və HOFFMANN markalı paltaryuyan və soyuducu almış və nəticədə 3065 manat borcu yaranmışdır. 07.11.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 444 manat (12 ay x 37 manat) olan Lydos markalı su qızdırıcı ariston üçün ümumilikdə 296 manat olmaqla ondan, 230 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu; 11.10.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 1344 manat (18 ay x 73 manat + 30 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün ümumilikdə 1019 manat olmaqla ondan, 778 manat ödənilməmiş hissə, 241 manat dəbbə pulu; 09.01.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 453.6 manat (12 ay x 37.8 manat) olan İMEİ kodu **********99593 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 337 manat olmaqla ondan, 259.6 manat ödənilməmiş hissə, 77.4 manat dəbbə pulu; 24.05.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 1272.6 manat (18 ay x 70.7 manat) olan HOFFMANN markalı paltaryuyan və soyuducu üçün ümumilikdə 1413 manat olmaqla ondan, 1202.6 manat ödənilməmiş hissə, 210.4 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1044 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 07.11.2019-cu il tarixli 01034024 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 444 manat olan Lydos markalı su qızdırıcı ariston üçün ayda 37 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 07.11.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 20.12.2019-cu il tarixdən 20.11.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 20-i tarixində ayda 37 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.10.2019-cu il tarixli 00973379 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 1344 manat olan Samsung LED markalı televizor üçün ayda 73 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 11.10.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 20.11.2019-cu il tarixdən 20.04.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 20-i tarixində ayda 73 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09.01.2020-ci il tarixli 20023836 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 453.6 manat olan İMEİ kodu **********99593 Xiaomi Redmi 8 markalı telefon üçün ayda 37.8 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 09.01.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 22.02.2020-ci il tarixdən 22.01.2021-ci il tarixədək 12 ay ərzində hər ayın 22-i tarixində ayda 37.8 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 24.05.2020-ci il tarixli 20305262 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 1272.6 manat olan HOFFMANN markalı paltaryuyan və soyuducu üçün ayda 70.7 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 24.05.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 06.07.2020-ci il tarixdən 06.12.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 6-ı tarixində ayda 70.7 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.11.2019-cu il tarixli müqavilə üzrə 214 manat ödənilmiş məbləğ, 230 manat ödənilməmiş hissə, 66 manat cərimə, ümumilikdə ödənilməmiş məbləğ 296 manat, 11.10.2019-cu il il tarixli müqavilə üzrə 566 manat ödənilmiş məbləğ, 778 manat ödənilməmiş hissə, 241 manat cərimə, ümumilikdə 1019 manat ödənilməmiş məbləğ, 09.01.2020-ci il il tarixli müqavilə üzrə 194 manat ödənilmiş məbləğ, 259.6 manat ödənilməmiş hissə, 77.4 manat cərimə, ümumilikdə 337 manat ödənilməmiş məbləğ, 24.05.2020-ci il il tarixli müqavilə üzrə 70 manat ödənilmiş məbləğ, 1202.6 manat ödənilməmiş hissə, 210.4 manat cərimə, ümumilikdə 1413 manat ödənilməmiş məbləğ, cəmi 3065 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının həmin müqavilələr üzrə yaranmış borcu cavabdehdən tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə pulu azaldılaraq 07.11.2019-cu il tarixli müqaviləyə əsasən 3 manat, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən 8 manat, 09.01.2020-ci il tarixli müqaviləyə əsasən 3 manat, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən 12 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07.11.2019-cu il tarixli müqavilə üzrə 230 manat əsas, 3 manat cərimə, 11.10.2019-cu il tarixli müqavilə üzrə 778 manat əsas, 8 manat cərimə 09.01.2020-ci il tarixli müqavilə üzrə 259.6 manat əsas, 3 manat cərimə, 24.05.2020-ci il tarixli müqavilə üzrə 1202.6 manat əsas, 12 manat cərimə olmaqla, cəmi 2496.2 manat pulu və ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07.11.2019-cu il tarixli müqavilə üzrə 230 manat ödənilməmiş hissə, 3 manat cərimə, 11.10.2019-cu il tarixli müqavilə üzrə 778 manat ödənilməmiş hissə, 8 manat cərimə, 09.01.2020-ci il tarixli müqavilə üzrə 259.6 manat ödənilməmiş hissə, 3 manat cərimə, 24.05.2020-c il tarixli müqavilə üzrə 1202.6 manat ödənilməmiş hissə, 12 manat cərimə olmaqla ümumilikdə 2496 (iki yüz min dörd yüz doxsan altı) manat 02 (iki) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 26 (iyirmi altı) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2468/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2468/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver