Məhkəmə qərarları › İş №2(044)-2479/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2479/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2479/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3096.61(üç min doxsan altı manat altmış bir qəpik) manat əsas borc, 4.17(dörd manat on yeddi qəpik)manat faiz borcu, 11.59(on bir manat əlli doqquz qəpik)manat dəbbə borcu, 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 576.25( beş yüz yetmiş altı manat iyirmi beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3688.62(üç min altı yüz səksən səkkiz manat altmış iki qəpik)manat pulun və ödənilmiş 30 (otuz manat) məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 3127.77(üç min yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Qeyd edilənləri əsas gətirərək İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3096.61(üç min doxsan altı manat altmış bir qəpik) manat əsas borc, 4.17(dörd manat on yeddi qəpik)manat faiz borcu, 11.59(on bir manat əlli doqquz qəpik)manat dəbbə borcu, 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 576.25( beş yüz yetmiş altı manat iyirmi beş qəpik) manatməbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3688.62(üç min altı yüz səksən səkkiz manat altmış iki qəpik)manat pulun və ödənilmiş 30 (otuz manat) məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 29 oktyabr 2019-cu il tarixli 10-M-1-0-1742- 12 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona 60 ay müddətinə 1 faiz ödəmək şərti ilə 3127.77(üç min yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 03 may 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 03 may 2021-ci il tarixinə kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 3096.61(üç min doxsan altı manat altmış bir qəpik) manat əsas borc, 4.17(dörd manat on yeddi qəpik)manat faiz borcu, 11.59(on bir manat əlli doqquz qəpik)manat dəbbə borcu, 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 576.25( beş yüz yetmiş altı manat iyirmi beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3688.62(üç min altı yüz səksən səkkiz manat altmış iki qəpik)manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin dəbbə puluna aid hissəsini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 11.59(on bir manat əlli doqquz qəpik)manat dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, hər yubanma gün üçün dəbbə pulu ödəməlidir. Məhkəmə, bu məbləği tənasübsüz surətdə yüksək məbləğ hesab edir və cərimənin 5(beş) manatadək azaldılmasını mümkün hesab edir. Məhkəmə kredit müqaviləsi üzrə 03 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 576.25 (beş yüz yetmiş altı manat iyirmi beş qəpik) manat məbləğində əldən çıxmış faydanı əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair XXXX-cü il tarixli qərarı). Məhkəmə xüsusilə vurğulayır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanmış gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. Məhkəmə hesab edir ki, cavabdehdən dəbbə pulunun tutulması bankın itirdiyi məbləğləri dəbbə pulu ilə əhatə etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş hökümət ödəniş portalın ********* nömrəli qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29 oktyabr 2019-cu il tarixli 10-M-1-0- 1742-12 saylı kredit müqaviləsi üzrə 3096.61(üç min doxsan altı manat altmış bir qəpik) manat əsas borc, 4.17(dörd manat on yeddi qəpik)manat faiz borcu, 5(beş)manat dəbbə borcu, cəmi 3105.78(üç min yüz beş manat yetmiş səkkiz qəpik)manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,191, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 oktyabr 2019-cu il tarixli 10-M-1-0-1742-12 saylı kredit müqaviləsi üzrə 3096.61(üç min doxsan altı manat altmış bir qəpik) manat əsas borc, 4.17(dörd manat on yeddi qəpik)manat faiz borcu, 5(beş)manat dəbbə borcu, cəmi 3105.78(üç min yüz beş manat yetmiş səkkiz qəpik)manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar