Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2490/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02.11.2012-ci il tarixli müqaviləsinə əsasən 1861.07 manat əsas, 1610.43 manat faiz, 7296.33 manat cərimə və kredit müqaviləsi üzrə 02.05.2014-cü il tarixdən, 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 475.3 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11243.13 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, borcun əvəzi olaraq Cavabdeh1 mülkiyyətindəki ümumi 49.4 qr olan 1 ədəd boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, 02.11.2012 -ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən illik 30 faizlə 18 ay müddətinə 4000 Manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 02.11.2012-ci il tarixli girov müqaviləsi bağlayaraq mülkiyyətindəki ümumi çəkisi 49.4 qr olan bir ədəd boyunbağıdan ibarət qızıl-zinət əşyasını banka girov qoymuş, Cavabdeh2 ilə 02.11.2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1nın banka 03.05.2021-ci ilədək 02.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1861.07 manat əsas, 1610.43 manat faiz, 7296.33 manat cərimə və kredit müqaviləsi üzrə 02.05.2014-cü il tarixdən, 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 475.3 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11243.13 manat borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02.11.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 30 faizlə 18 ay müddətinə 4000 Manat kredit vermişdir.; İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, 02.11.2012-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh1 banka cəmi 11243.13 manat borcu vardır; 02.11.2012-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə zamin durmuşdur; 02.11.2012-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə bank arasında girov müqaviləsi bağlanmışdır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı ASC nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişlər və işə оnların iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit, ona hesablanmış faiz və cərimə borcu tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 oğlunın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, borclu tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 qarşı tələbi qanuni və əsaslıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının digər Cavabdeh2 qarşı tələbi isə qanuni deyildir. Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində müqaviləyə xitam verilməsi müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da göründüyü kimi əsas öhdəliyin icrası başa çatdığı halda kreditor zaminə qarşı bir il müddətində tələb irəli sürmədiyindən zaminliyə qanunun tələbinə əsasən xitam verilmişdir. Bu səbəbdən də kreditor göstərilən müddətdən sonra əsas borclu ilə bərabər, öhdəliyinə xitam verilmiş şəxslərə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi zaminə münasibətdə təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 7296.33 manat cərimə hesablanmışdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir və hesab edir ki, dəbbə pulu azaldılaraq 296 manat məbləğində saxlanılmalıdır. Məhkəmə 02.05.2014-cü il tarixdən, 03.05.2021-ci ilədək əldən çıxmış faydaya görə illik beş faiz məbləğində kredit borcuna dair hissədə məhkəmə iddia tələbini əsaslı hesab etmir. Belə ki,həmin hissə ilə bağlı ərizəyə sübutlar təqdim edilməmişdir. Cərimə məbləğinin yuxarıda göstərilmiş qaydada təmin edilməsi kreditorun itirmiş vəsaitini balanslaşdırır. Bundan başqa da məhkəmə hesab edir ki, öhdəliyin icrası vaxtı 2015-ci ildə bitməsinə baxmayaraq kreditor müqavilə müddəti bitdikdən 7 il sonra məhkəməyə müraciət etmişdir ki, bu da kreditorun öz iradəsindən asılı olan səbəblərdən faydanın əldən çıxması ilə nəticələnmişdir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, tutma girov predmeti olan qızıl-zinət əşyalarına yönədilməli və əşyaların ilkin satış qiyməti 890 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərracdan satılaraq banka olan borc həmin əmlakın satışından əldə edilən vəsait hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1861.07 manat əsas borc, 1610.43 manat faiz borcu, 296 manat cərimə, ümumilikdə 3767.5 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalı, tutma bank qarşısında götürülmüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus ümumi 49.4 qr olan 1 ədəd boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilməli, qızıl-zinət əşyasının hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməli, qızıl-zinət əşyaların ilkin satış qiyməti 890 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1861.07 manat əsas borc, 1610.43 manat faiz borcu, 296 manat cərimə, ümumilikdə 3767.5 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma bank qarşısında götürülümüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh1 mülkiyyətindəki ümumi çəkisi 49.4 qr olan 1 ədəd boyunbağıdan ibarət qızıl-zinət əşyasına yönəldilsin. Həmin qızıl-zinət əşyası açıq hərracda satılaraq satışdan əldə olunacaq vəsait hesabına İddiaçı ASC-yə olan borcu ödənilsin. 49.4 qr olan 1 ədəd boyunbağıdan ibarət qızıl-zinət əşyasının ilkin satış qiyməti 890 manat müəyyən edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2490/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2490/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver