Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-25/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı İKB ASC-nin («xxxx» ASC) cavabdehlər Cavabdeh, X3 və X8 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC-ti («xxxx» ASC) cavabdehlər Cavabdeh, X3 və X8 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 16801.97 manat, faiz borcu üzrə 4792.89 manat, cərimə 35.09 manat, cəmi 21629.95 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 mant və 20 manat xidmət haqqı İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilinə yönəldilməsi və həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X1 və X7 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh, X1 və X7 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış 19.12. 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmiş, kreditin təmini kimi Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikıəri vaxtında və lazımınca yerinə yetirməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 60 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmiş, kreditin təmini kimi onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. O, ilk vaxtlar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığında ödənişlər edə bilməmişdir. O, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 2812 saylı rəyi razı deyildir və rəydə onun banka olan borcu iddia tələbində göstərilən məbləğdən artıq göstərilmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdehlər X5 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X1 və X7 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 10-G-2-0-2883-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” İKB ASC-ti tərəfindən Cavabdeh 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 10-G-2-0-2883-14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxx” İKB ASC-ti ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 42 saylı evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 42 saylı evin 28 saylı mənzili Cavabdeh adına qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 42 saylı evin 28 saylı mənzil “xxxx” İKB ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borc üzrə 16801.97 manat, faiz borcu üzrə 4792.89 manat, cərimə 35.09 manat, cəmi 21629.95 manat məbləğində bocu vardır. xx.xx.2018-ci il tarixli Ç-795 saylı “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 42 saylı 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 28 saylı mənzilin hazırkı dövrə olan real bazar dəyəri 50000 (əlli min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 26231 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 10-G-2-0-2883-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh “xxxx” İKB ASC-nə əsas borc üzrə 12055.53 manat, faiz borcu üzrə 2772.91 manat, xx.xx.2018-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu 14828.44 manat müəyyən edilmişdir. Qeyd edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən sonra cavabdeh tərəfindən banka 3260 manat məbləğində ödəniş olmuşdur. Lakin ekspert qarşısında qoyulmuş sualda kredit borcunun hesablanması xx.xx.2018-ci il tarixədək soruşulduğundan, xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 3260 manat təhqiqatla hesablanmada nəzərə alınmamışdır (ekspert xərci 145 manat). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 2812 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 10-G-2-0-2883-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2018-ci il tarixinə və xx.xx.2019-cu il tarixədək banka ödənilən məbləğlər nəzərə alınmaqla iddiaçı “xxxx” İKB ASC-nə xx.xx.2018-ci il tarixinə əsas borc üzrə 16812.01 manat, faiz borcu üzrə 4734.95 manat, xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 16812.01 manat, faiz borcu 8214.11 manat olduğu müəyyən olunmuşdur (ekspert xərci 200 manat). xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borc üzrə 16801.97 manat, faiz borcu üzrə 9845.61 manat, cərimə 1229.12 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış beş faiz) 1014.25 manat, cəmi 27876.7 manat məbləğində bocu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 2812 saylı rəyi ilə, Cavabdeh “xxxx” İKB ASC-nə xx.xx.2018-ci il tarixinə əsas borc üzrə 16812.01 manat, faiz borcu üzrə 4734.95 manat, xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 16812.01 manat, faiz borcu 8214.11 manat məbləğində borcu olmasına qiymət verərək hesab edir ki, ekspert tərəfindən Cavabdeh “xxxx” İKB ASC-nə olan borcu iddia tələbində göstərilən məbləğdən artıq göstərildiyindən ekspert rəyi sübut növü kimi qəbul edilməməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək hesab edir ki, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada tutulması hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 19.12. 2014-cü il tarixli 10-G-2-0-2883-14 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 16801.97 manat, faiz borcu üzrə 4792.89 manat, cərimə 5 manat, cəmi 21599.86 (iyirmi bir min beş yüz doxsan doqquz manat səksən altı qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 mant və 20 manat xidmət haqqı İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməli, Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 42 saylı evin 28 saylı mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X1 və X7 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər Cavabdeh, X5 və X11 həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq və iddiaçıya təhvil verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci xx.xx.2018-ci il tarixli 26231 saylı rəy üzrə 145 manat və xx.xx.2019-cu il tarixli 2812 saylı rəy üzrə 200 manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 19.12. 2014-cü il tarixli 10-G-2-0-2883-14 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 16801.97 manat, faiz borcu üzrə 4792.89 manat, cərimə 5 manat, cəmi 21599.86 (iyirmi bir min beş yüz doxsan doqquz manat səksən altı qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 mant və 20 manat xidmət haqqı (İddiaçı İKB ASC) «xxxx» ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilinə yönəldilsin və həmin mənzil açıq hərracdan satılsın. İlkin satış qiyməti 50000 (əlli min) manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilin hərracdan satışından əldə olunmuş vəsait hesabına cəmi 21599.86 (iyirmi bir min beş yüz doxsan doqquz manat səksən altı qəpik) manat (İddiaçı İKB ASC) «xxxx» ASC-nə ödənilsin. Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 42 saylı evin 28 saylı mənzilinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X1 və X7 Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin və cavabdehlər Cavabdeh, X5 və X4 şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzildən çıxarılsınlar. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 4 otaqlı, 84 kv.m ümumi, 56.9 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 42 saylı evin 28 saylı mənzil boşaldılsın və (İddiaçı İKB ASC) «xxxx» ASC-nə təhvil verilsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci xx.xx.2018-ci il tarixli 26231 saylı rəy üzrə 145 manat və xx.xx.2019-cu il tarixli 2812 saylı rəy üzrə 200 manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-25/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-25/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver