Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2500/2021 09.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 iyul 2020-ci il tarixli, GNLMB-9549 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 949,43 manat, faiz borcuna görə 23,86 manat borcun cəmi məbləği 973,25 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinyət əşyalarına yönəldilməsi sep 1 ədəd, çəkisi 23,5 əyarı 583, cəmi 23,5 qram. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 17 iyul 2020-ci il tarixli, GNLMB-9549 saylı kredit müqaviləsi üzrə cəmi 973,25 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 17 iyul 2020-ci il tarixli, GNLMB-9549 saylı kredit müqaviləsi üzrə borcun ödəilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmiş şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi X1 Cəmiyyətinin baş direktorun müavini Natiq Novruzov tərəfindən imzalanmışdır. Natiq Novruzova iddia ərizəsini imzalamaq səlahiyyəti 09.03.2021-ci il tarixli, X1 Cəmiyyətinin İdarə Heyətinin X2 tərəfindən imzalanmış etibarnamə ilə verilmiş, lakin həmin etibarnamənin surəti əlavə edilmişdir. Qeyd edilən etibarnamə lazımi qaydada təsdiq edilmiş hesab edilə bilməz. Sənədin surətinin əsli ilə düz olmasının müəyyən edilməsi üçün həmin surətin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi tələb olunur. Buna görə də iddia ərizəsinə 09.03.2021-ci il tarixli etibarnamənin əsli və ya lazımi qaydada (hüquqi şəxsin rəhbərinin və ya təsis sənədləri ilə buna səlahiyyətli edilmiş digər şəxsin imzası və möhürü ilə yaxud notarial qaydada) təsdiq edilmiş surəti əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2500/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2500/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver