Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2505/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 006A********** saylı kredit müqaviləsi üzrə 1409.42 manat məbləğində kredit borcu, 3.37 manat məbləğində faiz borcu və 317.36 manat məbləğində cərimə olmaqla, 006A920774340 saylı kredit müqaviləsi üzrə 2418.79 manat məbləğində kredit borcu, 13.04 manat məbləğində faiz borcu və 510.95 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4672 (dörd min altı yüz yetmiş iki) manat 93 (doxsan üç) qəpik məbləğində borcun və bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 26.07.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1605.73 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 01.03.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 196.31 manat ödəniş etmiş və onun iddiaçıya 1409.42 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 30.04.2021-ci il tarixə 60 gün üçün hesablanmış faiz borcu 3.37 manat təşkil edir. 30.04.2021-ci il tarixə 60 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə borcu isə 317.36 manat təşkil edir. Cavabdeh İddiaçı QSC ilə 26.07.2019-cu il tarixdə bağladığı 006A920774340 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2475.41 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə aylıq üçün ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 56.62 manat ödəniş etmiş və onun iddiaçıya 2418.79 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 30.04.2021-ci il tarixə 211 gün üçün hesablanmış faiz borcu 13.04 manat, cərimə borcu isə 510.95 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə məlumat ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən, yəni hər iki müqavilə üzrə əsas və faiz borcu hissəsində tam şəkildə qəbul edir, cərimə hissəsində isə qismən qəbul edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 faizlə 1605.73 (min altı yüz beş manat, yetmiş üç qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 faizlə 2475.41 (iki min dörd yüz yetmiş beş manat, qırx bir qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 26.05.2021-ci il tarixli, 12160 saylı maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə cavabdehin 2418.79 manat əsas, 13.04 manat faiz, 510.95 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş 26.05.2021-ci il tarixli, 12158 saylı maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə cavabdehin 1409.42 manat əsas, 3.37 manat faiz, 317.36 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş 08.04.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh banka olan borcunu qaytarmayacağı təqdirdə məhkəməyə veriləcəyi barədə İddiaçı QSC tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 1409.42 manat əsas, 3.37 manat faiz borcu, 10 manat cərimə və 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2418.79 manat əsas, 13.04 manat faiz, 15 manat cərimə olmaqla, cəmi 3869.62 (üç min səkkiz yüz altmış doqquz manat, altmış iki qəpik) manat və ödənilmiş 30 manat məğləbində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 26.07.2019-cu il tarixli 006A********** saylı və 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 1409.42 manat əsas, 3.37 manat faiz borcu, 10 manat cərimə və 26.07.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2418.79 manat əsas, 13.04 manat faiz, 15 manat cərimə olmaqla, cəmi 3869.62 (üç min səkkiz yüz altmış doqquz manat, altmış iki qəpik) manat və ödənilmiş 30 manat məğləbində dövlət rüsumu İddiaçı QSC -nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2505/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2505/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver