Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2506/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Arif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, iddiaçı “AccessBank“ Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “AccessBank“ QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçı onun xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 26870.19 manat məbləğində kredit borcu, 3859.92 manat məbləğində faiz borcu və 7872.15 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 38602.26 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi məhəllə A-2, sahə 4-də mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 254.6 kv.m yaşayış, 77.2 kv.m yardımçı, 331.8 kv.m ümumi sahədən ibarət 8 otaqlı bağ evinin açıq hərracdan satılması, 38602.26 məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ona ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi qaydada tutulmasına, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisi məhəllə A-2, sahə 4-də mülkiyyətində olan 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 254.6 kv.m yaşayış, 77.2 kv.m yardımçı, 331.8 kv.m ümumi sahədən ibarət 8 otaqlı bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh3 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsindəki xüsusatları təsdiq edib, iddianın təmin olunmasını xahiş etmiş, mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, onlar Cavabdeh2 adına olan restoranın fəaliyyəti üçün kredit götürmüşlər, pandemiya olduğu üçün ödənişlər edə bilməmişlər. Sonda o, mülki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxış iclasında Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu və sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçıdan kredit aldığı müəyyən olunmuşdur. Belə ki, Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh2 vergi ödəyicisi olan fiziki şəxsdir(VÖEN:**********). Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı hüquqi şəxs və Cavabdeh2 isə vergi ödəyicisi olan fiziki şəxs olduqlarından və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə mülki işə kommersiya məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “AccessBank“ Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(044)- 2506/2021 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2506/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2506/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver