Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2508/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbi barədə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək vurulmuş maddi ziyanın, yəni 637,91 manat pulun cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx xxxxxxx 2019cu il tarixdə onun yaşadığı ünvana 2 ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı, Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, onun adapteri, MNQ-nun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx xxxx 2020-ci ildə Cavabdeh cəza müddəti bitmiş və ondan elektron nəzarət vasitələri təhvil alınarkən sadə elektron qolbağın qoruyucu qapağının və platasının düşüb itməsi məlum olmuşdur. Qurğu ziyanın müəyyənləşdirilməsi üçün Ədliyyə Nazirliyi Monitorinq idarəsinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusuna dəymiş ziyanın dəyəri 637.91 manat təşkil edir. Məhkum Cavabdeh təklif olunsa da, vurulmuş ziyanın tam dəyərini könüllü ödəməkdən imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh vurulmuş maddi ziyanın, yəni 637,91 manat pulun alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx xxxxxxx 2019cu il tarixdə onun yaşadığı ünvana 2 ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı, Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, onun adapteri, MNQ-nun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx xxxx 2020-ci ildə onun cəza müddəti bitmiş və ondan elektron nəzarət vasitələri təhvil alınarkən sadə elektron qolbağın həqiqətən də qoruyucu qapağının və platasının düşüb itməsi məlum olmuşdur. Onun sadə elektron qolbağın qoruyucu qapağını və platasını harada düşürüb itirməsindən xəbəri yoxdur. Həmin elektron qolbağın qoruyucu qapağını və platasını itirsə də, vurulmuş maddi ziyanı, yəni 637,91 manat pulu ödəməyə imkanı yoxdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edirlmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallrına əlavə edilmiş: -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(043)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə yaşayış yerini 23:00dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, hökmün icrası təqsirləndirilən şəxs Cavabdeh yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılmışdır. -Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ayağına sadə elektron qolbaq bağlanmış, bununla yanaşı qolbağın poverbankı, mobil nəzarət qurğusu, adapteri, 3 ədəd ev nəzarət stansiyaları məhkuma təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarlarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Biometrik məlumatların yoxlanması üçün lisenziyalar-88,26 manat, ev siqnal ötürücüsü 1 ədəd 108,32 manat, mobil nəzarət qurğusu xüsusi proqraq təminatı ilə- 1346,03 manat. Elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) 637.91 manat. -xx.xx.2018-ci il tarixli Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi məktubdan görünür ki, Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği 637,91 manatdır. İş materiallarına əlavə edilmiş məhkum Cavabdeh İddiaçınə verdiyi izahatından görünür ki, Cavabdeh cəza müddətinin qurtarmasına az qalmış evə gələrkən qolbağın əsas hissəsinin ayağından düşüb itməsini görmüş və onu itirməsini etiraf etmiş, imkanı olmadığından vurduğu ziyanı ödəyə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından görünür ki, Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 637.91 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də məhkəmə hesab edir, iddia təmin olunmalı, Cavabdeh 637.91 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.15-ci maddəsinə əsasən məhkəmələrə verilən başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qiyməti 500 manatdan çox olduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 637,91 (altı yüz otuz yeddi manat doxsan bir qəpik) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbələğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2508/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2508/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver