Məhkəmə qərarları › İş №2(044)-2514/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2514/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2514/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-338/2018 saylı qətnaməsi ilə xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 170 manat müəyyən edilməsi, həmçinin onun müalicəsi üçün hər ay 150 manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bigə nikahlarından xx.xx.2011-ci il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Onlarıb şəxsi münasibətləri pisləşdiyindən ayrılmışlar. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-338/2018 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 130 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin alimentin miqdarı çox azdır, həmin məbləğ hətta uşağın minimum ehtiyaclarını da ödəmir və uşağın cüzi tələbatını belə ödəmir. Bundan başqa uşağın sağlamlığında müxtəlif problemlər var, bu səbəbdən də fasiləsiz olaraq ciddi müalicəyə ehtiyacı var, hər gün müxtəlif dərmanlar qəbul edir, uşağın müalicəsinə hər ay xeyli vəsait tələb olunsa da, cavabdehin maddi köməklik etməməsi səbəbindən bunları etməkdə çətinlik çəkir, cavabdeh isə uşağın müalicəsi ilə maraqlanmamış, bununla bağlı heç bir maddi köməklik göstərməmişdir. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə 2010-cu il tarixdə ailə qurmuş və onların xx.xx.2011-ci il tarixdə anadan olmuş X6 adlı bir uşaqları var. Onun aylıq əmək haqqısı 615-620 manat təşkil edir və o, hazırda uşağın saxlanması üçün hər ay 150 manat məbləğində aliment ödəyir, hər ay 300 manat məbləğində kirayə haqqı ödəyir, özü isə ona qalan 150 manat hesabına yaşayır, onun artıq ödəməyə maddi imkanı yoxdur, uağın xəstəliyi var və Sankt Peterburq şəhərində müalicə olunubdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-338/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(044)03159/2017 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmış, ilk və qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında X10 xx xxxxxxx 2010-cu il tarixdə bağlanmış və 397 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin nikahları pozulduqdan sonra xx xxxx 2011-ci il tarixdə anadan olmuş X5 İddiaçı yanında saxlanılmış, tərəflərin birgə nikahlarından xx xxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına açtana kimi saxlanılması üçün xx xxxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 13 saylı evin 23 saylı mənzilinin İddiaçı ilə Cavabdeh mülkiyyəti hesab edilməsi və həmin mənzildə onların hər birinin payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür kİ, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2011-ci il tarixdə X5 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iddia tələbinin uşağın müalicəsi üçün hər ay 150 manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh tutularaq ona verilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı iddia tələbinin həmin hissəsinə dair sübutlar təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(044)-338/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1920 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(044)- 338/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-2514/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar