Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2539/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı xxxxnın Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması haqqında iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə **********5914 № li kredit müqaviləsi üzrə iddiaçı qarşısında 1324.13 ABŞ dolları məbləğində, 19.08.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği 2080.08 ABŞ dolları məbləğində 19.08.2017-ci il tarixdən 30.10.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzi, 6576.87 ABŞ dolları məbləğində 01.04.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 15% dərəcəsi ilə hesablanmış penya, cəmi 9981.04 ABŞ dolları məbləğində pul vəsaiti və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında göstərilmişdir ki, ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2014-cü il tarixli **********5914 № li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana illik 19 faiz ödəmək şərti ilə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq digər cavabdeh Əliyev Akif Qəmbər oğlu arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Gəncə şəhəri, Nizami rayonu, Yen Gəncə qəsəbəsində istifadədə olan 0.063 ha torpaq sahəsində, 54 nömrəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 55.8 kv.m yaşayış, 22.5 kv.m yardışçı sahədən ibarət olmaqa, ümumi sahəsi 78.3 kv.m təşkil edən 4 otaqlı, 22 nömrəli mənzilin ipoteka qoyulması barədə 19.08.2014-cü il tarixli **********5914/01/İP № li ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.04.2017-ci il tarixli 2(044) 2655/2017 saylı qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində istifadədə olan 0,063 ha torpaq sahəsində, 54 nömrəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 55,8 kv.m yaşayış, 22.5 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 78,3 kv.m təşkil edən 4 otaqlı, 22 nömrəli mənzilə tutma yönəldilməsi və Cavabdeh kredit müqaviləsi üzrə 13011.82 ABŞ dolları əsas borcu, 3101.15 ABŞ dolları kreditdən istifadəyə görə 27.02.2017-ci il tarixədək hesablanmış adi faiz borcu olmaqla, 20 ABŞ dolları mələğində peniyanın, cəmi 16132.97 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Həmin işlə bağlı cavabdehlər Cavabdeh, A.Q.Əliyev və Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(104)- 295/2018 № li qətnaməsi ilə qismən təmin edilərək ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə adi faiz borcu 2956,76 ABŞ məbləğinə endirilmiş, cəmi borc isə 15988,60 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasını Ali Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(102)-7897/2018 № li qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışıdr. Gəncə Apellyasiya Məhkəməsinin 03.05.2018-ci il tarixli 2(104)-295/2018 № li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin qətnamə ilə müəyyən edilmiş cəmi 15988.60 ABŞ dolları məbləğində borcu 30.10.2020-ci il tarixdə banka ödəmiş və bununla əlaqədar olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir.Lakin buna baxmayaraq cavabdehin 27.02.2017-ci il tarixdən kreditin qaytarılması müddətinin bitdiyi 19.08.2017-ci il tarixə kredit müqaviləsi üzrə iddiaçı qarşısında 1324.13 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdiilmiş məbləğə illik 15% dərəcəsi ilə penya da ödənilməlidir ki, 01.04.2020-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 6576,87 ABŞ dolları təşkil edir. Qeyd olunana əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi 19.08.2017-ci il tarixdən əsas borcun ödənildiyi 30.10.2020ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarəda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (19.08.2017-ci il) 30.10.2020-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 2080,08 ABŞ dolları təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı rədd edərək bildirmişdir ki, Cavabdeh krediti bankdan şəxsi istehlak məqsədi üçün götürmüş, onlar heç vaxt borclarından imtina etməmiş, avtomobillərini, qızıllarını satıb əldə olan pulu banka ödəmişlər, bank tərəfindən onlara təmizlik kağızı verilmiş və onun əsasında onlar evlərini ipotekadan çıxartmışlar. Daha sonra bankdan xəbərdarlıq məktubu gəlmişdir ki, onların banka orcu var. Əgər onların banka borcu qalmış olsa idi, bank onlara evin ipotekadan çıxarılması üçün sənəd verməzdi. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - 19 avqust 2014-cü il tarixli 0**********5914 saylı kredit müqaviləsinin surətindən görünür ki, ASC “Xalq” Bankı Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasəsn Cavabdeh bank tərəfindən illik 14 faiz ödəmək şərti ilə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(044)- 2655/2017 saylı qətnaməsinə əsasən ASC “Xalq” Bankının iddiası qismən təmin edilmiş, Cavabdeh 19.08.2014-cü il tarixli, **********514 saylı kredit müqaviləsi üzrə 13011,82 ABŞ dolları mələğində əsas borc, 3101,15 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində penya, cəmi 16132,97 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi öənilmiş 30 manat alınaraq ASC “Xalq” Bankın xeyrinə ödənilməsinə, tutma kredit üzrə öhdəliklərin təminatı kimi X3 məxsus olan və 42000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsində istifadəsində olan 0,063 ha torpaq sahsində yerləşən 54 nömrəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində 55,8 kv.m. yaşayış, 22,5 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 78,3 kv.m təşkil edən 4 otaqlı, 2 nömrəli mənzilə yönəldilməsi, həmin ev açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 19.08.2014-cü il tarixli, **********514 saylı kredit müqaviləsi üzrə 13011,82 ABŞ dolları məbləğində əsas borc, 3101,15 ABŞ dolları faiz borcu, 20 ABŞ dollar məbləğində penya, cəmi 16132,97 ABŞ dolları borc qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi təmin edilməsi, qalan vəsait isə Əliyev Akif Qəmbər oğluna qaytarılması, yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra sözü gedən mənzildə qeydiyyatda olan Əliyev Akif Qəmbər oğlu, Cavabdeh və Nümayəndə yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 3 may 2018-ci il tarixli, 2(104)-295/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Əliyev Akif Qəmbər oğlu, Cavabdeh və Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi faiz borcu ilə bağlı hissədə dəyişdirilməsi, Cavabdeh 13.011,82 ABŞ dolları məbləğində əsas, 2.956,78 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində penya, cəmi 15.988,60 ABŞ dolları pul ödəniş gününə olan manat məzənnəsi nisbəti ilə tutularaq ASC “Xalq” Bankın xeyrinə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018ci il tarixli 2(102)-7897/18 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 03 may 2018-ci il tarxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 07.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ASC Xalq Bankı ona həmin tarixə 15805,29 manat borcu olduğunu bildirmiş və 3 gün ərzində həmin borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Çünki iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 19.08.2014-cü il tarixli, 0**********5914 saylı kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam yerinə yetirmişdir. Bu faktı iddiaçı ƏMDX yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə ünvanladığı 29.12.2020ci il tarixli Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizəsində də qeyd etmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 29.12.2020-ci il tarixli Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizədən görünür ki, ASC Xalq Bankı ƏMDX yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 19.08.2014-cü il tarixli, 0**********5914 saylı kredit müqaviləsi üzrə öhdəliklərini Cavabdeh tam olaraq yerinə yetirdiyi üçün ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının və həmin əmlak üzərində qeydiyyata alınmış bildirişin ləğvinin həyata keçirilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının 19.08.2014-cü il tarixli, 0**********5914 saylı kredit müqaviləsi üzrə tələbləri cavabdeh tərəfindən təmin edilmiş və buna görə də cavabdehin tələbinə əsasən iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın ipotekasının dövlət qeydiyyatının və həmin əmlak üzərində qeydiyyata alınmış bildirişin ləğvini xahiş etmişdir. Ümumiyyətlə məhkəmə hesab edir ki, ipoteka ilə təmin edilmiş əsas öhdəlik cavabdeh tərəfindən tam icra olunaraq xitam verilməsə idi, ipotekaya xitam verilməzdi və iddiaçı ipotekanın qeydiyyatını aparan ƏMDX yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə bu barədə müraciət etməzdi. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir. - 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, cavabdeh 19.08.2014-cü il tarixli, 0**********5914 saylı kredit müqaviləsi üzrə öhdəliyini tam icra edərək həmin öhdəliyə xitam verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizələri rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı xxxxnın Cavabdeh qarşı qalıq borcun ödənilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı xxxxnın özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2539/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2539/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver