Məhkəmə qərarları › İş №2(044)-2546/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2546/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2546/2021 14.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 26.09.2019-cu il tarixli, GTKR1495832A127 saylı kredit müqaviləsinə əsasən 3326.06 manat əsas, 751.07 manat faiz, cəmi 4077.13 manat məbləğində borcun, 26.09.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 186 manat əsas, 42.5 manat faiz, cəmi 228.50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış 26.09.2019-cu il tarixli GTKR1495832A127 saylı kredit müqaviləsinə əsasən ona illik 27.84 faiz dərəcəsi ilə 48 ay müddətinə 3800 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.09.2019-cu il tarixli, BRED1495834A127 saylı kredit xətti müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19.05.2021-ci il tarixə İddiaçı ASCyə 26.09.2019-cu il tarixli, GTKR1495832A127 saylı kredit müqaviləsinə əsasən 3326.06 manat əsas, 751.07 manat faiz, cəmi 4077.13 manat borcu, 26.09.2019-cu il tarixli, BRED1495834A127 saylı kredit xətti müqaviləsinə əsasən 186 manat \sas, 42.5 manat faiz, cəmi 228.50 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxmağı və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 26.09.2019-cu il tarixli GTKR1495832A127 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 27.84 faizlə 48 ay müddətinə 3800 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - maliyyə arayışından görünür ki, Cavabdeh 19.05.2021-ci il tarixə 26.09.2019-cu il tarixli, GTKR1495832a127 saylı kredit müqaviləsinə əsasən 3326.06 manat əsas, 751.07 manat faiz, cəmi 4077.13 manat məbləğində borcu, 26.09.2019-cu il tarixli, BRED1495834A127 saylı kredit xətti müqaviləsinə əsasən 186 manat əsas, 42.5 manat faiz, cəmi 228.50 manat borcu vardır. - Kassa məxaric orderindən görünür ki, 26.09.2019-cu il tarixdə Kapital Bank ASC tərəfindən Cavabdeh 3800 manat verilmişdir. - 26.09.2019-cu il tarixli, BRED1495834A127 saylı kredit kartına dair müqaviləyə əsaəsn Cavabdeh 35 ay müddətinə illik 25% olmaqla 300 manatlıq Birkart bank plastik kartı verilmişdir. - 19.02.2021-ci il tarixli axrıncı bildirişdən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən məlumat üçün bildirilmişdir ki, onun Kapital Bank ASC-nin Gəncə filialı arasında bağlanmış 26.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən illik 27.84 faiz hesablanmaqla, 3800 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə 18.02.2021-ci il tarixinə 38843.07 manat məbləğində ümumi borc, gecikmə 176 gün olmaqla 272.87 manat məbləğində gecikmə yaranmış. Gəncə filialı arasında bağlanmış 26.09.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən, ona bank tərəfindən 300 manat məbləğində Birkart üzrə kredit xətti açılmış və gecikmə günü 192 gün olmaqla 54.37 manat məbləğində gecikmə yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun ödəniş aparmadığı üçün vaxtı keçmiş borc yaranmışdır. Bu xəbərdarlığı aldqdan sonra bank qarşısında olan gecikdirilmiş 327.24 manat məbləğində öhdəliyi dərhal yerinə yetirilməsi tələb olunur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 26.09.2019-cu il tarixli, GTKR1495832A127 saylı kredit müqaviləsinə əsasən 3326.06 manat əsas, 751.07 manat faiz, cəmi 4077.13 manat məbləğində borc, 26.09.2019-cu il tarixli, BRED1495834A127 saylı kredit xətti müqaviləsinə əsasən 186 manat əsas, 42.5 manat faiz, cəmi 228.50 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.09.2019-cu il tarixli, GTKR1495832A127 saylı kredit müqaviləsinə əsasən 3326.06 manat əsas, 751.07 manat faiz, cəmi 4077.13 manat məbləğində borc, 26.09.2019-cu il tarixli, BRED1495834A127 saylı kredit xətti müqaviləsinə əsasən 186 manat əsas, 42.5 manat faiz, cəmi 228.50 manat, ümumilikdə 4305 (dörd min üç yüz beş) manat 63 (altmış üç) qəpik borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar