Məhkəmə qərarları › İş №2(044)-2550/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2550/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2550/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı cavabdeh «xxxxxxxxxxx» ASC-yə qarşı «ödənişin ödənilməsi üçün verilmiş müddətin artırılması» dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh ASC-yə qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh ASC-nin ona ödənişin ödənilməsi üçün verilmiş müddətin artırılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş sənədlər məhkəmə tərəfindən araşdırılarkən müəyyən edildi ki, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadan, dövlət rüsümü ödənilmədən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli, 1436-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 108.3-cü maddə əlavə edilmiş və həmin maddədə təsbit edilmişdir ki, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələri tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz Hökümət Ödəniş portalının və “Expresspay” Ödəniş sisteminin mədaxil qəbzinin nümunəsinə müvafiq olmalı və digər hər hansı formada ödəniş qəbzləri qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa da ərizənin məzmunundan göründüyü kimi iddiaçının tələbini yönəltdiyi cavabdeh “xxxxxx”Bank ASC-dir.(yeni adı Cavabdeh) Bununla bağlı da onu qeyd edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilənlərə əsasən hesabəm edir ki, Cavabdeh ASC-nin Gəncə filialı hüquqi şəxs olmadığından prosesdə cavabdeh ola və hazırki iddia tələbi ona yönəldilə bilməz. İddiaçının tələbi üzrə cavabdeh hüquqi şəxs Cavabdeh ASC olduğundan iddia Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.2-maddəsinə əsasən Cavabdeh ASC-nin olduğu yerin məhkəməsinə verilməlidir. Həmin maddədə göstərilmişdir ki, hüququ şəxsə iddia hüquqi şəxsin olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildisə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1., 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ım: İddiaçı Cavabdeh ASC-yə qarşı «ödənişin ödənilməsi üçün verilmiş müddətin artırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən iddiaçı X1 geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar