Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2550/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı BANK "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BANK "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli RPF-00024-06/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 20.04.2021-ci il tarixə ödənilməmiş 3785.35 manat əsas, 27.07 manat faiz, 116.15 manat dəbbə borcu cəmi 3928.57 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, BANK "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli RPF-00024-06/19A saylı kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 3795.34 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00091-06/17A saylı 7 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 04 oktyabr 2024-cü il tarixinədək faizi ilə birlikdə BANK "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. BANK "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barəsində RPF-00024-06/19A saylı 04 oktyabr 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 04.10.2019cu il tarixdə iddiaçıyla RPFZ-00024-06/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh Cəfərov Eıgün Ayaz oğlu kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə 20.04.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 3785.35 manat əsas borc, 27.07 manat faiz, 116.15 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin 20.04.2021-ci il tarixinə ümümi borcu 3928.57 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dai qətnamə çıxarılmasını xaiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - BANK "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli RPF-00024-06/19A saylı kredit müqaviləsi üzrə cavabdehə 60 ay müddətinə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 3795.34 manat məbləğində kredit verilmişdir. Borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış DK- 00091-06/17A saylı 7 dekabr 2017 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və onu 4 oktyabr 2024-ci il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - 4 oktyabr 2019-cu il tarixli RPFZ-00024-06/19A № zaminlik müqaviləsinin surətindən görünür ki, borc alan Cavabdeh1 öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdən zamin Cavabdeh2 borc alanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. - RPF-00024-06/19A saylı 4 oktyabr 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı əlavəsindən görünür ki, 04.10.2019-cu il tarixli RPF-00024-06/19A saylı kredit müqaviləsi üzrə götürülmüş kredit problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri ilə restrukzisayi edilmişdir. - 20 aprel 2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, 04.10.2019-cu il tarixli RPF-00024-06/19A saylı müqaviləyə əsasən Cavabdeh1 oğlunun 20 aprel 2021-ci il tarixinə BANK "xxxx" ASC-yə 3785.35 manat əsas, 27.07 manat faiz, 116.15 manat dəbbə borcu cəmi 3928.57 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqavləsinə əsasən BANK "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə BANK "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 15 manat müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmçinin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, iddia tələbi ona aid hissədə də təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, BANK "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli RPF-00024-06/19A saylı kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 3785.35 manat əsas borc, 27.07 manat faiz borcu, 15 manat dəbbə borcu, ümumilikdə 3827.42 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 27 manat məbləğində hissəsi və 0.40 manat bank xidməti haqqının müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 BANK "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. BANK "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2019-cu il tarixli RPF- 00024-06/19A saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 3785.35 manat əsas borc, 27.07 manat faiz borcu, 15 manat dəbbə borcu, ümumilikdə 3827.42 manat məbləğində borc, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 27 (iyirmi yeddi) manat və 0.40 manat bank xidməti haqqının məbləğində hissəsi iddiaçı BANK "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2550/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2550/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver