Məhkəmə qərarları › İş №2(044)-2552/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2552/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2552/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh 151000 manat pulun, illik 5 faiz dərəcəsi ilə hesablanmış 20667 manat faizin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 171697 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, mən bacısı X4 ilə birlikdə Gəncə şəhərindən ev almaq məqsədi ilə Gəncə şəhərinin evlərin alqı–satqısı və kirayəsi ilə məşğul olan X9 və X7 müraciət edib, onlardan ev almağına köməklik etmələrini xahiş etmişdir. Elə həmin gün, yəni xx.xx.2017–ci il tarixdə onlarla birlikdə bir neçə evə baxmışlar və o Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsi, 13 ünvanda yerləşən fərdi yaşayış evini bəyənmişdir. Onlar birlikdə evin qiymətini 150000 (bir yüz əlli min) manata razılaşmışlar. İddiaçı ona beh olaraq 5000 (beş min) manat pul vermişdir. Sonra xx.xx.2017–ci il tarixdə axşam saat 20:00-da Niyazi və Altayla onun evinə gedib ona 105000 (bir yüz beş min) manat vermiş və o, 110000 (bir yüz on min) manat almasına dair öz xətti və imzası ilə iltizamnamə vermişdir. Onlar həmin pulu ona taksi sürücüsü X8 vəsiqəsi əsasında vermişlər. Həmin vaxt vəsiqəsi üzərində yox idi, həm də artıq şəhərdə notariat kontorları bağlammşdır. Pulun qalan hissəsini, yəni 40000 (qırx min) manatın 26000 (iyirmi altı min) manatını isə xx.xx.2017-ci ildə yenə də sürücü Etibar Verdiyevin və oğlu Arazın iştirakı ilə çayxanadan çağırıb onun özünə vermişlər. Ondan bu pula da qəbz istdikdə o, dedi ki, qəbz nəyə lazımdır, kim kmin pulunu dana bilər. Bundan sonra iddiaçının oğlu avtonəqliyyat qəzası törədib, ağır xəsarət aldığı üçün o Yaquba zəng edib bildirib ki, oğlu vtonəqliyyat qəzsasında ağır xəsərət aldığı üçün onların evini alası olmadı, pulu qaytarmağını istəyib. O, isə pulu xərclədiyini bildirib. İddiaçı ona etiraz edərək, notariat qaydasında alqı–satqı olmadan nə səbəbə pulu xərclədiyini soruşanda o, söz verdi ki, tezliklə düzəldib qaytaracaqdır. O, Niyazi və Altaya başına gələnləri danışıb, onlardan xahiş etmiş ki, evə başqa müştəri tapıb onun pulunu qaytarmağa köməklik etsinlər. Sonradan onlar bildirdilər ki, Yaqub bundan imtina etmişdir. İddiaçı görəndə ki, o, pulu qaytarmaq istəmir və oğlunun səhəti biraz yaxşılaşıb, məcbur olub evin qalan pulunun 6400 (altı min dörd yüz) manatını xx.xx.2017-ci ildə və 8600 (səkkiz min altı yüZ) manatını isə 2017–ci ilin noyabr ayının axırlarında Yaquba öz evində vermişdir. İddiaçı indiyə qədər gözləyir ki, evi onun adına alqı-satqı etsin. Lakin, eşidib ki, Yaqub evi banka girov qoyub kredit götürüb. Bu səbəbdən də evi onun adıma sənədləşdirməsi mümkün deyildir. İddiaçı ondan pulunu tələb etmək məcburiyyətindədir. Odur ki, bu tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, İddiaçı və X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; xx xxxxxx 2017-ci ildə X15, X11, X26, Cavabdeh və X12 tərəfindən tərtib edilərək imzalanmış iltizamdan görünür ki, Cavabdeh X5 110.000(yüz on bir min manat) pul almışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya qarşı yazılı etirazını verərək, iddia tələbini qismən, 65.400 manata dair hissədə qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirərək məhkəmədən iddianın göstərilən hissədə, yəni qismən təmin edilməsini xahiş etdi. O, əlavə olaraq izahatında göstərdi ki, Ofeliya tərəfindən ona 110.000 manat pul verildikdən sonra ayrı-ayrı vaxtlarda onun tərəfindən 8400 manat məbləğində pul verilmişdir. O, danışdıqları qaydada öhdəliyi yerinə yetirmədiyindən,yəni pulun qalıq məbləğini vermədiyindən o Ofeliyaya evini satmamışdır. Əgər Ofeliya 150.000 manat məbləğində pulu ona verdiyi halda o dərhal evi tələb edərdi, ya da amanında məhkəməyə müraciət edərək pulunu tələb edərdi. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Cavabdxeh məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə hüquqi qiymət verərək, onların ifadələrini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən tə-min olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386-cı maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İddia tələbinin məzmunundan və məzmunu tərəflər arasında heç bir mübahisə doğurmayan xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş iltizamdan, o cümlədən tərəflərin rəftarından müəyyən edilir ki, tərəflər arasında Cavabdeh mülkiyyətində olmuş əmlakın- Gəncə şəhəri Nizami rayonu 13 nömrəli evin alınması ilə bağlı razılıq əldə edilərək hazırda mövcud olan olan əmlakın gələcəkdə alqı-satqısı barədə xx xxxxxx 2017-ci ildə müqavilə bağlamışlar. Müqavilə üzrə gələcəkdə satılmalı olan əmlakın əmlakın dəyəri 150.000(yüz əlli min)manat məbləğində qiymətləndirilmiş, həmin vaxt əmlakın dəyəri olan 150.000 manat pulun 110.000 manatı Cavabdeh verilmiş, qalıq qalmış 40.000 manatın isə fevral ayının sonuna qədər Cavabdeh verilməsi şərti ilə tərəflər razılığa gəlmişlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-394-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-394-cü maddələrinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İşin hallarından göründüyü kimi cavabdeh mülkiyyətində olan əmlakı bütünlüklə iddiaçıya verməyi, iddiaçı isə bunun müqabilində əmlakın dəyərini cavabdehə verməyi öhdəsinə götürsə də, həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinin tələblərinə uyğun şəkildə bağlanılmamışdır. Yəni, tərəflər arasında bağlanılmış müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd edilən Məcəllənin 337.3-cü maddəsinə əsasən isə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Adı çəkilən Məcəllənin 337.5-ci maddəsinə əsasən isə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın gələcəkdə, hazırki iş üzrə iddiaçıya satılmasına dair bağlanılmış əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinin tələblərinə uyğun şəkildə notariat qaydasında təsdiqlənmədiyindən həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə tərəfindən əqdin etibarsızlığı qənaətinə gəlindiyindən məhkəmə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. İşin hallarından göründüyü kimi daşınmaz əmlakın X6 verilməsi həyata keçirilməmiş, həmin əmlak Cavabdeh mülkiyyətində hələ də qalmaqdadır. Buna baxmayaraq müqavilənin digər tərəfi olan Rüstəmova Ofeliya həmin əmlakın əldə edilməsi üçün əmlakın dəyərinin bir hissəsini Cavabdeh versə də, tərəflər arasında əmlakın dəyərinə görə ödənilmiş pulla bağlı tərəflər arasında mübahisə mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, əqdin etibarsızlığı nəticəsinə gəlindiyindən Əsgərov X14 Ofeliyadan aldıqlarının hamısını ona qaytarmalıdır. Məhkəmə araşdırılması zamanı Cavabdeh X10 tərəfindən 110.000(yüz on beş min)manat pulun verilməsi işin mübahisəsiz halını təşkil etmişdir. Belə ki, iş materiallarında olan iltizamdan da göründüyü kimi 110.000 manat pul Cavabdeh verilmiş, qalan 40.000 manatın isə gələcəkdə Yaquba verilməsinə dair razılıq əldə edilmişdir. Belə ki, öncə 5000 manat beh şəklində Yaquba verilmiş, daha sonra isə 105.000 manat məbləğində pul Yaquba verilərək, tərəflər arasında iltizam tərtib edilmişdir. Mübahisə ondan ibarətdir ki, 110.000 manat pul Yaquba verildikdən bir müddət sonra Yaqub Ofeliyaya həmin pulun bir hissəsini qaytarmış,Ofeliya isə həmin dəlilləri inkar edərək, əksinə Yaquba əlavə olaraq 40.000 manat pul verdiyini iddia etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Rüstəmova Ofeliya tərəfindən Cavabdeh əlavə olaraq 40.000 manatın verilməsi sübut edilməsə də, Cavabdeh tərəfindən 53.000(əlli üç min) manat pulun Ofeliyaya qaytarılması öz təsdiqini tapmışdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ərizəsində göstərmişdir ki, 110.000 manat pul Yaquba verilərkən Yaqubdan iltizam alınmış, həmin vaxt onun şəxsiyyətini təsdiq edən sənədi olmadığından taksi sürücüsü X8 vəsiqəsi əsasında iltizam tərtib edilmişdir. Ondan sonra pulun qalan hissəsini, yəni 40.000 manatın 26.000 manatını xx xxxx 2017-ci ildə sürücü Etibar Verdiyevin və oğlu Arazın iştirakı ilə Yaqubun özünə vermiş, Yaqubdan bu barədə yenə də iltizam tələb edildikdə o iltizam verməkdən, yəni pulun alınmasına dair qəbz verməkdən imtina etmişdir.Buna baxmayaraq heç bir qəbz tərtib etmədən 26.000 manat pul Yaquba verilmişdir. O, görəndə ki, Yaqub onun pulunu qaytarmır, o məcbur olaraq evin qalıq pulu olan 6400 manatı xx xxxxxxx 2017-ci ildə, 8600 manatı isə 2017-ci ilin noyabr ayında Yaquba öz evində vermişdir. Məhkəmə qeyd edir ki, İddiaçı 110.000 manat pulun Yaquba verilməsində Etibar iştirak etmiş, Etibarın şəxsiyyət vəsiqəsi əsasında Yaqubdan iltizam alınmışdır.o, 26.000 manatı Etibarın iştirakı ilə Yaquba verərkən Ofeliyanın və yaxud Etibarın Yaqubdan iltizam almaq imkanları olduğu halda o bu barədə pulun Yaqub tərəfindən alınmasını təsdiq edən hər hansı qəbz tərtib etməmişdir. Məhkəmə iclasında X3 vəsatəti əsasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o özünə məxsus VAZ 2107 markalı avtomobillə sürücü kimi çalışır. Ofeliya və Arazı Yaqubun görüşünə aparmış, Ofeliya və Araz maşından düşməmiş, Yaqub maşının kənarında dayanmış və maşının qapısının pəncərəsindən pulu götürərək getmişdir. Həmin vaxt Ofeliyanın Yaquba verdiyi pulun konkret olaraq nə qədər olmasını görməmişdir. Məhkəmə həmin şahid ifadəsini sübut növü kimi qəbul etmir. Belə ki, əvvəla həmin şahid Yaquba hansı məbləğdə pulun verilməsinin şahidi olmamışdır. Bundan başqa da iddiaçı iddia ərizəsində Yaqubu çayxanadan çağıraraq ona 26.000 manat məbləğində pulu Araz və Etibarın iştirakı ilə verilməsini qeyd etsə də, X1 və Arazın maşından düşmədən Yaquba pulun verilməsini qeyd etmişdir. Bundan başqa iş materiallarında olan İddiaçı tərəfindən xx xxxx 2020-ci ildə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, o Nizami rayon X24 barəsində tədbir görülməsini ona görə xahiş etmişdir ki, Yaqub onun 110.000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində 150.000 manat məbləğində pulun Yaquba verilməsini iddia etsə də, 2020-ci ildə hüquq mühafizə orqanlarına şikayət edərək 110.000 manat məbləğində pulun Yaqub tərəfindən ələ keçirilməsini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, Ofeliya tərəfindən Yaquba əlavə olaraq ümumilikdə 40.000 manat pulun verilməsi inandırıcı deyildir. Əgər sonradan 40.000 manat məbləğində pul Yaquba verilsəydi, o zaman Ofelya hüquq mühafizə orqanlarına şikayət edərkən 110.000 manat məbləğində deyil, 150.000 manat məbləğində pulun Yaqub tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə dair dəlillərini şikayətində göstərmiş olardı. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş iddiaçının oğlu X30 ifadəsində göstərdi ki, Etibarın avtomobili ilə anası və özü Yaquba 26.000 manat pul vermişdir.26.000 manat pulun verilməsinin şahidi olsa da, sonradan anasından eşitmişdir ki, anası Yaquba 13.000 manat da pul vermişdir. Sonradan Yaqub şəxsən onun özünə 10.000 manat məbləğində pul qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki,Ofelya onun anasıdır.O Yaquba 110.000 manatdan başqa pulun verilməsinin şahidi olmamışdır. Anam Ofeliyaya verilməsi üçün Yaqub tərəfindən qardaşı Araza 10.000 min manatın verilməsini eşitmişdir. Ancaq Yaqub tərəfindən 10.000 manatdan başqa pulun qaytarılmasını görməmiş və baş heç kimdən də bu barədə eşitməmişdir. O, Polis şöbəsində verdiyi izahatında avtoqəza ilə bağlı ona pul lazım olduğu üçün Yaqubdan 43.000 manat pul geri almasına dair verdiyi izahat həqiqəti əks etdirmir. O, ele bir izahat verməmiş və izahatı imzalasa da oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, təxminən dörd il buncan öncə o Yaqub müəllimin evinə bir müştəri aparmış,Yaqub müəllim isə evi satdığını, amma buna baxmayaraq pulu ala bilməyəcəyini demişdir. Ofeliya ilə Yaqub arasında pulla bağlı hər hansı münasibətlərin yaranmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o Yaqubun arvadıdır. Onlar evlərini satmaq istəmiş,Ofeliya müştəri kimi onların evinə baxaraq evi bəyənmişdir.Ofeliya əvvəlcə 5000 manat, daha sonra isə 105.000 manat onlara pul vermişdir. Pulun alınmasında o da iştirak etmiş və bu barədə iltizama o da imza etmişdir. 2017-ci ilin fevral ayında Yaqub evə gələrək bildirdi ki, Kənan avtonəqliyyat qəzası törətmişdir.Yaqubda olan puldan əvvəlcə 10.000 manat Araza, daha sonra isə 43.000 manat pul Kənan vasitəsilə Ofeliyaya verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o ev və torpaq alqı-satqısı ilə məşğul olur. 2017-ci ilin yanvar ayında adını sonradan bildiyi Ofelya adlı xanım onun ofisinə gələrək Gəncə şəhərində ev almaq istədiyini bildirmiş, o da Ofeliya üçün ev axtararkən Yaqubun evini satdığından xəbər tutmuşdur. Bundan sonra Yaqubla evin alınması ilə bağlı danışığa başlamışlar. Ofeliyanın bildirməsinə görə əvvəlcə Yaquba 5000 manat məbləğində beh verilmişdir. Behin verilməsini o görməmişdir. Daha sonra 105.000 manat pul verilmişdir. O 105.000 manatın verilməsində iştirak etmişdir.Ev tərəflər arasında 150.000 manat məbləğində qiymətləndirilmiş, 110.000 manat pul verlmiş, daha sonra isə 40.000 manat pul verildikdən sonra alqı-satqı müqaviləsi bağlanmalı idi. Pulun qalıq məbləği Yaquba ödənilmədiyindən alqı-satqı baş tutmamışdır.Ofeliyanın sonradan Yaquba pul verməsi, Yaqubun isə Ofeliyaya pul qaytarmasını görməmişdir. Məhkəmə X19 polis idarəsində verdiyi izahatı oxumadan imza etməsi, orda yazılanların həqiqət olmamasına dair dəlillərini inandırıcı hesab etmir. Belə ki, o ali təhsilli olmaqla, “Eksedin” şirkətinin icraçı direktoru vəzifəsində çalışır. Məhkəmə hesab edir ki, ali təhsilli, şirkətin icraçı direktoru vəzifəsində çalışan şəxs ətrafında baş verənlərə obyektiv qiymət vermək bacarığına malik olmaqla onun polis idarəsində verdiyi izahatı oxumadan imza etməsi göstərilən səbəblərdən inandırıcı deyildir. Məhkəmə X19 və X19 məhkəmə iclasında verdiyi ifadələri anasının, yəni yaxın qohumluq münasibətlərinin təsiri altında verilmiş ifadələr kimi qiymətləndirərək, onların Polis İdarəsində verdiyi izahatları sübut növü kimi qəbul edir. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda 43.000-nin alınmasını Kənan, 10.000-in alınmasını isə Araz etiraf etmişdir. Bu da onu deməyə əsas verir ki, həqiqətən də Yaqub tərəfindən 53.000 manat pul iddiaçıya qaytarılmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ayrı-ayrı vaxtlarda Ofeliya tərəfindən Yaquba 118400 manat məbləğində pul verilmiş,Yaqub tərəfindən həmin puldan ayrı-ayrı vaxtlarda Ofeliyaya 53000 manat məbləğində pul qaytarılmışdır. X25 65400 manat məbləğində pul qaytarmalı olduğu halda o hələ də Ofeliyadan aldığı pulu qaytarmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 65400 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin illik 5 faiz dərəcəsi ilə hesablanmış 20667 manat faizin cavabdehdən alınmasına dair dəlillərinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının verdiyi pulu qanunsuz olaraq özündə saxlamamışdır. O, öhdəliyi yerinə yetirməyərək pulun qalan hissəsini vermədiyindən alqı-satqı məhz iddiaçının özünün hərəkətləri nəticəsində pozulmuş, pul məhz iddiaçının özünün iradə ifadəsi əsasında cavabehdə qalmışdır. Ona görə də məhkəmə iddia tələbinin qeyd edilən hissəsini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 65400(altmış beş min dörd yüz)manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar