Məhkəmə qərarları › İş №2(044)-2556/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2556/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2556/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması tələbinə dair, Həsənov Anar Bilal oğlunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 642 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 03.05.2021-ci il tarixinə olan 46738.97 manat əsas borc, 3810.32 manat faiz borcu, cəmi borc 50549.29 manat və dövlət rüsum kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan 30 dekabr 2015-ci il tarixli 3M-218 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0506 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 642 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Gəncə şəh., Ş.İ.Xətai pr.,125 ünvanında tikilən 12 mərtəbəli yaşayış ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın dördüncü mərtəbəsində yerləşən 3 otaqlı 128 kv.m-dən ibarət olan 48 saylı ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 50.000 (əlli min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 ilə 30 dekabr 2015-ci il tarixdə "xxxx" ASC ilə 3M-218 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 27.07.2009 tarixdə Cavabdeh2 verilmiş **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında 0.0506 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 41.4 kv.m, yardımçı sahəsi 147.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evi İpoteka qoyanın mülkiyyətinə vermişdir. Fərdi yaşayış evinin satış qiyməti 70.000 (yetmiş min) manatdır. İpoteka qoyan fərdi yaşayış evini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 642 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 385.91 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 30 dekabr 2015-ci il tarixli 642 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 03.05.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 46738.97 (qırx altı min yeddi yüz otuz səkkiz manat doxsan yeddi qəpik) manaf, faiz borcu 3810.32 (üç min səkkiz yüz on manat otuz iki qəpik) manat təşkil edir. Beləliklə cavabdehin 03.05.2021-ci il tarixinə cəmi borcu 50549.29 (əlli min beş yüz qırx doqquz manat iyirmi doqquz qəpik) manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq Qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016€ il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət Olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti il: verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-nə təhkim edilmişdir. Barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli, 642 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 8% dərəcəsi ilə 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. - 30 dekabr 2015-ci il tarixli, 3M-218 saylı ipoteka müqaviləsindən görünür ki, 30 dekabr 2015-ci il tarixli, 642 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, 1-ci döngə, 46 № fərdi yaşayış evi və 0.0506 ha torpaq sahəsi "xxxx" ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, 1-ci döngə, 46 № fərdi yaşayış evi və 0.0506 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 30 dekabr 2015-ci il tarixli Həsənov Anar Bilal oğlunun notarial qaydada yazdığı ərizəsindən görünür ki, o, arvadı Cavabdeh2 məxsus Gəncə şəhəri M.Y.Axundzadə küçəsi 1-ci döngə 46 saylı evin ipotekaya qoyulmasına razılıq vermiş, ununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Anar Bilal oğlu ilə Cavabdeh2 14 sentyabr 2000-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu, VVAQ şöbəsində rəsmi nikaha daxil olmuşlar. - 06.01.2016-ı il tarixli İpotka kağızında edilmiş indossament qeydinə əsasən görünür ki, 18.05.2016-cı il tarixdə Gəncəbank ASC 30 dekabr 2015-ci il tarixli, 642 saylı kredit müqaviləsinə əsasən 49841,21 manat məbləğində ipoteka kağızı üzrə tələblərini "xxxx" ASC-yə vermiş, sonuncu 12.11.2021-ci il tarixdə həmin kredit müqaviləsinə əsasən 46818,88 manat məbləğində ipoteka kağızı üzrə tələblərini Bank "xxxx" ASC-yə vermişdir. - Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin 20 iyul 2017-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC, "xxxx" ASC, “X4” ASC, "xxxx" ASC və "xxxx" ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (AİF ASC) vəsaiti hesabına verilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqları müvafiq ipoteka kağızlarına edilmiş indossament qeydinə əsasən "xxxx" ASC-yə ötürülmüşdür. Yuxarıda adları çəkilən lisenziyası ləğv olunmuş bankların "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması Bank "xxxx" ASC-yə həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, "xxxx" ASC yenidən maliyyələşdirilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqlarını Bank "xxxx" ASC vasitəsilə həyata keçirir. - 3 may 2021-ci il tarixli arayışdan görünür ki, 03.05.2021-ci il tarixə Cavabdeh1 banka əsas borc məbləği 46738.97 manat, ümumi faiz borcu 3810.32 manat , cəmi borc 50549.29 manat təşkil edir. - 24.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq onun əmlaklarına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. - 27.01.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 ipoteka predmetinə tutmanı yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. - 03 yanvar 2021-ci il tarixli ərizədən, müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı Bank "xxxx" ASC ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, 1-ci döngə, 46 № fərdi yaşayış evi və 0.0506 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.4 kv.m, yardımçı sahəsi 147.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə müraciət etmiş və müraciət qəbul olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının ondan borcun ödənilməsini tələb etmək hüququ vardır. Bundan başqa məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, 1-ci döngə, 46 nömrəli fərdi yaşayış evi və 0.0506 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, 1-ci döngə, 46 № fərdi yaşayış evi və 0.0506 ha torpaq sahəsinin ilkin satış qiymətinin (likvid) müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(044)-2556/2021 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC-nin 13 sentyabr 2021-ci il tarixli, 01/21-446 saylı rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, 1-ci döngə, ev 46 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin və 0.0506 ha torpaq sahəsinin bazar dəyəri 59000 manat, likvid dəyəri 50000 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid) müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin (likvid) göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, 1-ci döngə, ev 46 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin və 0.0506 ha torpaq sahəsinin ilkin satış qiyməti (likvid) 50000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra həmin əmlak boşaldalmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 642 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 iddiaçının xeyrinə 46738.97 manat məbləğində kredit borcu, 3810.32 manat məbləğində faiz borcu, cəmi 50549.29 manat məbləğində borc tutulmalı, tələb Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0506 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 50000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat rüsum və 0.40 manat xidmət haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 642 nömrəli kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 46738.97 manat əsas, 3810.32 manat faiz, cəmi 50549 (əlli min beş yüz qırx doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borc tutularaq ödənilsin. Tutma Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0506 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0506 ha torpaq sahəsinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilsin, ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılsın. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 (yetmiş) manat rüsum və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar